Daha öncə də məlumat verdiyimiz kimi 14-16 Avqust tarixlərində Gəncədə keçiriləcək “BarKamp Azərbaycan 2009” qeyri-konfransına sayılı günlər qalıb.
“BarKamp Azərbaycan 2009, Gəncə” qeyri-konfransının məqsədi İnternet və media layihələrinin inkişafına kömək etmək, Yeni və Ənənəvi Media mütəxəssisləri arasında təcrübə mübadiləsi yaratmaq, yeni internet layihələrini tanıtmaq, eləcə də İT və media mütəxəssisləri arasında müxtəlif mövzularda müzakirələr təşkil etmək, “start-up” tipli, o cümlədən mövcud İnternet və Yeni Media layihələrinin inkişafı üçün müxtəlif biznes və qeyri-biznes qurumları ilə gənclər arasında əlaqənin qurulmasına kömək etməkdir.
HP şirkəti, Soros Fondu, Azərbaycan İnternet Forumu (AİF) eləcə də Nexus, UniBank tərəfindən dəstəklənən qeyri-konfransda Azərbaycanın müxtəlif bölgələrindən 200-250- yə yaxın İT və Yeni Media mütəxəssislərinin, jurnalistlərin və bu sahələr ilə yaxından maraqlanan gənclərin iştirakı gözlənilir. Tədbrin əsas hissəsi Gəncə şəhərindəki Emon oteldə baş tutacaqdır.
Tədbirdə iştirak pulsuzdur və iştirak üçün www.barcamp.az/2009 saytında qeydiyyatdan keçmək kifayətdir.
“BarKamp Azərbaycan 2009” -un informasiya dəstəyi isə xeberler.az və mak.az saytlarına aiddir.Biz də öz növbəmizdə, informasiya dəstəkçisi olaraq,“BarKamp Azərbaycan 2009” iştirakçılarına uğurlar arzu edirik.
Xatırladaq ki, BarKamp Azərbaycanda ilk dəfə 2008-ci ildə, 29-31 avqust tarixində Lənkəran şəhərində keçirilmişdir. 2009-cu ildə, 27-29 mart tarixində isə Qafqaz Universitetində Beynəlxalq dərəcəli “BarCamp Caspian” təşkil olunmuşdur. 15 ölkədən iştirakçıların qoşulduğu bu tədbirdə ümumilikdə 450-dən çox şəxs iştirak etmişdir
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri