“Barcamp Central Asia 2009” Qazaxıstanda baş tutacaq

13-04-2009 / 01:40

17-19 aprel tarixlərində Qazaxıstanın Alma-ata şəhərində - \"Barcamp Asia 2009\" qeyri-konfransı reallaşacaq. KonfransdaAzərbaycandan olan nümayəndələrin iştirakı da gözlənilir.Bu haqda məlumatı xeberler.az-a nümayəndə heyətinin üzvləri verib.

\"Barcamp Azərbaycan\"ı təmsil edəcək nümayəndə heyəti 17 apreldə tədbirə qoşulacaq. Üç gün ərzində tədbirdə iştirak edəcək azərbaycanlı iştirakçılar müxtəlif ölkələrdən olan mütəxəssislərlə təcrübə mübadiləsi edəcək, Azərbaycanın İT sahəsində olan yenilikləri ilə onları tanış edəcəklər.

Tədbir haqqında ətraflı məlumatı “Barcamp Central Asia 2009” nın rəsmi internet səhifəsindən - http://www.barcampkz.net əldə edə bilərsiniz.

Xatırladaq ki, cari ilin , mart ayının sonunda Bakıda da analoji tədbir \"Barcamp Caspian 09\" adı altında gerçəkləşmişdi. 400-dən artıq iştirakçının olduğu tədbirdə 18 ölkədən, 60-a yaxın xarici qonaq da iştirak edirdi.

Qeyd edək ki, BarCamp İnternet texnologiyaları, resursları, bloqlar, sosial şəbəkələr, web 2.0, vətəndaş jurnalistikası, OpenSource, proqram təminatı və bütün bunlarla əlaqəli olan sahələri əhatə edən İnformasiya Texnologiyaları və Müasir Media qeyri-Konfransıdır. 2005-ci ildə Amerikada formalaşan Barcamp qeyri-konfransı qısa zamanda Amerika və Avropa da daxil olmaqla dünyanın İT sahəsində məşhurlaşmışdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə