Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

18-03-2025 / 12:25

Martın 20-dən 31-dək olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Xeberler.az məlumat verir ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 17 bankın 212 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 30 poçt filialı və şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 8 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 2-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində iş qrafiki:

Banklar - https://uploads.cbar.az/press-releases/046ea175d0808c24cff95ca15.pdf

“Azərpoçt MMC - https://uploads.cbar.az/press-releases/fda46b8b074a19358596848be.pdf

Valyuta mübadilə məntəqələri - https://uploads.cbar.az/press-releases/c8adadb969b53134172e58057.pdf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə