BDU-nun tədqiqatçıları “Texnologiyaların transferi” proqramında qalib olub

21-07-2025 / 16:28

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin təqdim etdiyi layihə Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının təşəbbüsü, Təhsilin İnkişafı Fondu və SABAH.HUB İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Texnologiyaların transferi” proqramının qalibi olub.

Xeberler.az məlumat verir ki, layihə fiberoptik rabitə texnologiyalarında istifadə üçün yüksəktezlikli fotodetektorların hazırlanmasına yönəlib. Layihənin müəllifləri Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Əli Hüseynov, həmin kafedranın müəllimi Fidan Əhmədova və doktorantı Lamiyə Balayevadır.

Layihənin əsas məqsədi müasir fiberoptik rabitəli informasiya texnologiyalarında istifadə olunan ifrat yüksək tezlikli, sadə quruluşlu və yüksək effektivlikli fotodetektorların hazırlanmasından ibarətdir.

Bu tədqiqatın nəticələri yalnız elmi yenilik deyil, həm də praktiki tətbiq və patentləşdirmə potensialı baxımından böyük əhəmiyyət daşıyır. Layihə müddətində yeni yarımkeçirici materiallar əsasında hazırlanmış fotorezistorların kommersiyalaşdırılması və müasir optoelektronika sahəsində geniş tətbiqi planlaşdırılır.

Proqrama ümumilikdə 76 layihə təqdim edilib. Onlardan 5-i uğur qazanıb. BDU tədqiqatçılarının layihəsi bu beşlikdə yer alıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə