Bəzi ölkələrdə “Google” işləmir

23-03-2021 / 15:45

Dünyanın bir sıra ölkələrində Amerikanın “Google” axtarış sisteminin işində problemlər müşahidə olunub.

Xeberler.az bildirir ki, bu barədə internet resursların işini izləyən məşhur “Downdetector” xidmətinin səhifəsində bildirilib.

Problemlərlə bağlı şikayətlərin əksəriyyəti ABŞ, İngiltərə və Fransadakı istifadəçilərdən daxil olub.

Xidmətə görə ən çox şikayət (800-dən çox) ABŞ-da qeydə alınıb. İstifadəçilərin 52% -i hesablarına daxil olmağa çalışarkən çətinliklərin olduğunu, 47% -i axtarışda problemin olduğunu bildirib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə