Previous Next
Bağla

BMU-da Dünya Robot Çempionatı ilə bağlı infosessiya keçirilib

25-12-2024 13:03
BMU-da Dünya Robot Çempionatı ilə bağlı infosessiya keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Texnoparkın təşkilatçılığı ilə Dünya Robot Çempionatına (World Robotics Championship - WRC) dair infosessiya  keçirilib.

Tədbirdə iştirak edən WRC-nin Azərbaycan üzrə kuratoru Abdulxaliq Cəbrayıl  BMU tələbələrinə yarış haqqında ətraflı məlumat verib. Bildirib ki, WRC 8-30 yaşarası iştirakçıların robototexnika sahəsində istedadlarını nümayiş etdirmələri üçün təşkil olunan qlobal turnirdir. Çempionat gənc mühəndislərə texnologiyanın öncüllüyünü hiss etmək, kreativ düşüncə və komanda işini inkişaf etdirmək üçün əhəmiyyətli imkanlar yaradır.

Xeberler.az məlumat verir ki, yarış hər il müxtəlif robototexnika kateqoriyaları- Bots Combat (Uzaqdan idarə olunan döyüş robotlarının mübarizəsi), RC Craft (Uçuş aparatlarının dizaynı və idarəedilməsi üzrə yarışlar), Drone Racing & Drone Soccer ( Sürət və bacarıq əsaslı dron yarışları), RoboSoccer (Robot futbol komandalarının rəqabəti), Fastest Line Follower (Avtonom xətt izləyici robotların yarışı) üzrə keçirilir.

Sessiya zamanı yarışın Azərbaycan final mərhələsinin 7-8 iyun 2025-ci ildə Xankəndi şəhərində keçiriləcəyi və qalib gələn komandaların 24-27 avqust tarixlərində Hindistanda dünyanın müxtəlif ölkələrindən gələn komandalarla yarışmaq imkanı qazanacağı bildirilib.  Əlavə olunub ki, təlim və hazırlıq prosesi fevral-may aylarında təşkil ediləcək, habelə iştirakçılara WRC komitəsinin ekspertləri tərəfindən dəstək göstəriləcək.

Qeyd edək ki, yarışma üçün qeydiyyat davam edir və maraqlananlar bu linkdən  https://forms.gle/XC7D71vSvU6nCnFq5 istifadə edə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BMU-nun 4 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb

09-04-2025

AzMİU-nun 2 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb

08-04-2025

Dünya Robot Olimpiadasının finalçıları üçün düşərgə təşkil ediləcək

15-07-2019

Azərbaycan 1-ci Robototexnika yarışmasında təmsil olunub

31-10-2019

Robototexnika üzrə III-cü Respublika Olimpiadasında iki həmyerlimiz gümüş medal qazanıb

07-06-2019

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışında qalib olub

28-08-2024

Robot Olimpiadasının Azərbaycan üzrə növbəti seçim yarışı keçiriləcək

21-08-2018

III Robot Olimpiadasının qalibləri müəyyənləşib

08-06-2019

MDU-nun 7 komandası “Beynəlxalq Robot Olimpiadası”nın finalına vəsiqə qazanıb

17-02-2025

Azərbaycanda III Robot Olimpiadası keçiriləcək

22-05-2019

“2021 Dünya Robot Olimpiadası”na seçmə mərhələsi üçün son qeydiyyat tarixi müəyyənləşib

26-05-2021

BMU-da infosessiya:“Gələcək üçün bacarıqlar”

21-12-2023

BMU-da infosessiya təşkil olunacaq

31-01-2025

“ASAN xidmət” gəncləri robototexnika sahəsində bir araya gətirəcək

27-01-2025

“TEKNOFEST”in rəsmi nümayəndəsi BMU tələbələri ilə görüşüb

16-01-2025

48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

25-10-2023

İnnovasiya həftəsi çərçivəsində Roboday festivalı təşkil olunub

19-10-2019

Dünya Robot Olimpiadasının bağlanış və mükafatlandırma mərasimi olub

22-09-2024

4SİM yerli universitetlər üçün infosessiya keçirib

03-10-2025

"RobotChallenge 2026" çempionatının milli mərhələsinə qeydiyyat başlayıb

18-03-2026

Azərbaycan komandası dünya robotexnika finalında qızıl və gümüş medal qazanıb

16-09-2025

Azərbaycan Ordusunun zəfərlərini tərənnüm etmək məqsədilə təlimlər keçiriləcək

08-10-2020

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13-10-2025

Azərbaycan Dünya Robot Olimpiadasında təmsil olunub

14-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə