Google sahibi Alphabet şirkəti ağıllı Google Glass eynəyinin yeni versiyasını nümayiş etdirib.
Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, iki il yarım əvvəl istehsalı dayandırılan eynək uzun müddət iri şirkətlərin mütəxəssisləri tərəfindən sınaqdan keçirilib.
Google Glass üçün yeni istiqamət korporativ seqmentdir. Eynəklər bu və ya digər məlumatları əldən istifadə etmədən alan şirkət əməkdaşlarına tədarük edilib.
Məlumata görə, əvvəllər istehsalda eynəkdən istifadə edən şirkətlər arasında Volkswagen, DHL, General Electric və s. yer alıb. Yeni model əllə işləyən insanlar üçün nəzərdə tutulub. Məsələn, qurğu onlara tez sorğu kitabçalarına və təlimatlara müraciət etməyə və ya marşrut haqqında məlumat əldə etməyə imkan verir.
Google Glass Enterprise Edition versiyası orijinal modellə müqayisədə təkmilləşdirilib: kameranın təsvir ölçüsü 5 meqapikseldən 8 meqapikselədək artırılıb, Wi-Fi sürətləndirilib, avtonom iş vaxtı 8 saatadək artırılıb, məhsuldarlıq yüksəldilib.
Şirkət nümayəndələrinin sözlərinə görə, indi ağıllı eynəyi taxmaq daha rahatdır. Video yazılan zaman çəkilişi bildirən qırmızı diod işığı yanmağa başlayır.
Qeyd edək ki, Google Glass eynəyi ilk dəfə 2011-ci ildə təqdim olunub. Rəsmi təqdimat 2012-ci ilin ortalarında Google tərtibatçılarının konfransında baş tutub.
Google Glass eynəyinin başlıca xüsusiyyətlərindən biri istifadəçinin gözü qarşısında 640x360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da Google şirkətinin qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan yüksək təsvir ölçülü 25 düymlü ekrana bərabərdir.
Quraşdırılmış 5 meqapikselli kamera 720p yüksək təsvir ölçülü videonu yazmağa imkan verir. Məlumat və əlavələrin saxlanılması üçün istifadəçi qurğudakı 16 giqabaytlıq yaddaşın 12 giqabaytından yararlana bilər.
Akkumulyatorun enerjisi adi gərginlikdə bir gün kifayət edir, lakin bəzi funksiyalar (məsələn, videonun yazılması) enerjidən daha sürətli istifadə edir.
Qurğu Wi-Fi və Bluetooth standartlı simsiz rabitə modulları ilə təchiz edilib. Bluetooth şəbəkəsi vasitəsilə eynəyin smartfonla birlikdə işləməsi mümkün olur.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri