Previous Next
Bağla

Bu tətbiqlə onlayn kurslara pulsuz qatıla biləcəksiz

10-10-2015 14:52
Bu tətbiqlə onlayn kurslara pulsuz qatıla biləcəksiz

Xeberler.az olaraq  oxucularımız  üçün faydalı və maraqlı ola biləcək tətbiqlər barədə ətraflı və anlaşılqlı yazıları təqdim edirik.

Bu dəfə ödənişsiz təhsil tətbiqi iTunes haqqında məlumat verəcəyik.

Apple şirkəti iOS-a sahib mobil cihazları üçün bir sıra tətbiqlər hazırlayıb ki, bunlardan ən vaciblərindən biri də iTunes U tətbiqidir. Ödənişsiz təhsil tətbiqi olan iTunes U-nu əldə etmək üçün iOS 8.3 və ya daha yüksək sistemə sahib iPhone, iPad və iPod-ların olması kifayətdir. Bu tətbiqdən iki istiqamətdə istifadə etmək mümkündür.

Siz dünyanın aparıcı təhsil mərkəzlərinin hazırladığı ödənişsiz kurslarda iştirak edə bilərsiniz, həmçinin eyni zamanda  müəllim və təlimçi kimi kurslar hazırlaya, bunları iştirakçılarınızla Apple mobil cihazları vasitəsilə paylaşa, tapşırıqlar və qiymətləndirmələr verə bilərsiniz.

Hələlik sadəcə burada fərdi qaydada kursları tapıb onlara üzv olmağın və iştirak etməyin yollarını göstərəcəyik. Təlimçi kimi istifadə etməyin yolları üçün əlavə material hazırlayacağıq. Tətbiqi açdığımız zaman qarşımıza bu görüntü çıxır. 

Mövcud kursların və kolleksiyaların kataloqunu görmək üçün ortadakı “View Catalogue” və ya aşağıdakı ulduz işarəsi ilə göstərilmiş “Featured” düyməsini seçmək lazımdır. Sol üst tərəfdəki “+” işarəsini seçdikdə yaradılmış özəl kurslara xüsusi şifrə ilə daxil ola və ya yeni kurslar əlavə edə bilərsiniz (yalnız iPadlərdə). “Featured” menyusunda qarşımıza kurslar və kolleksiyalar çıxır. İlkin olaraq bütün kateqoriyalar üzrə nəticələr görünsə də, yuxarıdakı “More” düyməsinə klikləyib kateqoriyalar arasından lazımi mövzu üzrə seçə bilərik. Qeyd edək ki, burada Dünyanın ən nüfuzlu universitetlərinin də kursları mövcuddur. Kurslar ingilis, ispan, italyan, portuqal, alman, çin, yapon və s. dillərində mövcuddur.

 

 

 “Top Charts” menyusunda ən çox müraciət edilən kursları və kolleksiyaları tapa bilərsiniz, sol-üst tərəfdəki “All Categories” menyusuna  daxil olaraq lazımi kateqoriyalarla da məhdudlaşdıra bilərsiniz. :

Siz hər hansısa konkret mövzunu axtarırsınızsa, bunu yuxarıdakı axtarış bölməsinə yazaraq axtara bilərsiniz

 

Sizə lazım olan kursu tapdıqdan sonra üstünə basaraq detalları, haqqındakı rəyləri və s. görə bilərsiniz. Daxil olmaq üçün “Subscribe” düyməsini seçmək basmaq kifayətdir.

 

 İştirak etdiyiniz kursları aşağıdalı “My Courses” bölməsində görə bilərsiniz:

 

Buradan kursa daxil olduqda kurs haqqında ümumi məlumatı əks etdirən məlumatı görürsünüz. Sol tərəfdəki “Instructor” bölməsində kursu hazırlayan qurum və ya şəxs haqqında məlumat, “Outline” bölməsində isə planı mövcuddur.

 

Aşağıdakı “Posts” bölməsində kurs haqqında instruktorunun yayımladığı hər şeyi-tapşırıqları, izahları, dərs materialları və s. görmək mümkündür.

Hər hansısa posta daxil olaraq mövzunun nə olması, nələrdə danışılacağı, yerinə yetirilməli olunan tapşırıqlar və s. kimi məlumatlar əldə olunur.

 

 

Sonda isə “Materials” bölməsində Siz kursda istifadə edilən mətnləri, audio və video faylları yükləyə bilərsiniz:

 

Əlbəttə, müxətlif kursların  və kolleksiyaların quruluşlarında kiçik fərqliliklər ola bilər-bu tərtibatı aparan instruktordan asılıdır, lakin ümumilikdə iTunes U öz biliklərini genişlənidirib təkmiləşdirmək istəyən şəxslər üçün çox gözəl tətbiqdir.

 

Murad Məmməzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
iPhone və iPad-lərə necə pulsuz musiqi yükləmək olar?

iPhone və iPad-lərə necə pulsuz musiqi yükləmək olar?

23-02-2016
Smartfonlar üçün geniş funksiyalı fotoredaktor - Enlight

Smartfonlar üçün geniş funksiyalı fotoredaktor - Enlight

16-10-2015
Google Photos tətbiqindən necə faydalanmaq olar?

Google Photos tətbiqindən necə faydalanmaq olar?

22-09-2015
Görəcəyiniz işlərin elektron siyahısını hazırlayan tətbiq

Görəcəyiniz işlərin elektron siyahısını hazırlayan tətbiq

01-10-2015
Televizorda Skype video-zənglərini necə etmək olar?

Televizorda Skype video-zənglərini necə etmək olar?

12-11-2015
Bakcell-də Facebook artıq pulsuzdur

Bakcell-də Facebook artıq pulsuzdur

08-07-2011
iOS 9-un yeni versiyası istifadəyə verildi

iOS 9-un yeni versiyası istifadəyə verildi

17-09-2015
Bir telefonda iki Whatsapp-dan istifadə etmək mümkündür

Bir telefonda iki Whatsapp-dan istifadə etmək mümkündür

08-06-2015
iOS 9-un istifadəyə veriləcəyi tarix açıqlandı

iOS 9-un istifadəyə veriləcəyi tarix açıqlandı

10-09-2015
Kaspersky mütəxəssisi Telegram-ı daha etibarlı istifadə etmək üçün tövsiyyələr verib

Kaspersky mütəxəssisi Telegram-ı daha etibarlı istifadə etmək üçün tövsiyyələr verib

25-01-2021
Qeyd aparmaq üçün ən yaxşı mobil tətbiqlər-Video

Qeyd aparmaq üçün ən yaxşı mobil tətbiqlər-Video

10-02-2017
Xəbər tapmağa kömək edən milli mobil tətbiqlərimiz

Xəbər tapmağa kömək edən milli mobil tətbiqlərimiz

13-07-2015
Facebook yeni proqramlarını istifadəyə verdi

Facebook yeni proqramlarını istifadəyə verdi

26-03-2015
Telefonda videonu necə redaktə etmək olar?

Telefonda videonu necə redaktə etmək olar?

13-11-2015
Azərbaycan dilli rəngli klaviatura yaradılıb

Azərbaycan dilli rəngli klaviatura yaradılıb

19-02-2015
Gizli iOS emosiyalarını necə istifadə etmək olar?

Gizli iOS emosiyalarını necə istifadə etmək olar?

15-02-2016
Ən yaxşı 5 Android musiqi proqramı

Ən yaxşı 5 Android musiqi proqramı

12-05-2015
Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021
"iPAD"– ə "skype" necə yükləməli?

"iPAD"– ə "skype" necə yükləməli?

04-05-2011
Bu proqram vasitəsilə Wi-Fi şəbəkənizə nəzarət edəcəksiniz

Bu proqram vasitəsilə Wi-Fi şəbəkənizə nəzarət edəcəksiniz

24-12-2015
iPhone-da gizli qovluq necə yaratmaq olar?

iPhone-da gizli qovluq necə yaratmaq olar?

05-02-2016
Əyləncəli mobil tətbiqlərimiz

Əyləncəli mobil tətbiqlərimiz

05-08-2015
Events.az-dan yeni xidmət

Events.az-dan yeni xidmət

01-09-2015
Səyahət etdiyiniz yerləri FindOut-la kəşf edin

Səyahət etdiyiniz yerləri FindOut-la kəşf edin

24-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə