İnternetdə adi istifadəçilərə fayda verəcək xeyli sayda proqramlar, tətbiqlər var.
İstifadəçilərin çoxu isə ətraflı məlumatları olmadığından bu cür faydalı tətbiqlərdən istifadə etməkdə çətinlik çəkirlər.
Bu da əksər vaxt bizi bu tətbiqlərin istifadəsindən yayındırır.
Bunları nəzərə alaraq Xeberler.az olaraq oxucularımız üçün faydalı və maraqlı ola biləcək tətbiqlər barədə ətraflı və anlaşılqlı yazılar yazmaq qərarına gəldik.
Məqsədimiz, istifadəçilərə tətbiqlər barədə məlumat vermək və yazımızda onlara tətbiqlərdən istifadə qaydalarını anlaşıqlı dildə göstərməkdir.
Bu yazımızda həm bulud, həm foto redaktor funksiyalarını yerinə yetirən Google Photos (versiya 1.3.0) tətbiqinin geniş imkanlarından bəhs edəcəyik.
Öncə qeyd edək ki, tətbiq həm Android, həm də iOS üçün mövcuddur, həmçinin veb-saytı vasitəsilə(photos.google.com) kompüterlər vasitəsi ilə tətbiqə daxil olmaq mümkündür.
Google Photosdan istifadə etmək üçün mütləq Google hesabınız olmalıdır. Hesabı olan şəxslər bilir ki, şirkət hər bir hesaba pulsuz 15 GB-lıq yaddaş ayırır ki, bu da Gmail, Google Drive və Google Photos arasında bölünür.
Tətbiqi yükləyib açdıqdan sonra qabağınıza belə bir seçim çıxır: “High-Quality”(Yüksək keyfiyyət) və ya “Original resolution” (Orijinal rezolusiya). Bu seçimlər nə deməkdir?
Əgər Siz “High-Quality” seçimini etsəniz, geniş yaddaşa sahib olacaqsınız, lakin şəkilləriniz 16 meqapikseldən, videolarınız isə 1080p rezolusiyadan daha aşağı olmalıdır, əks təqdirdə onların həcmini sıxaraq azaldacaq.
Əgər Siz “Original resolution” seçimini etsəniz, görüntüləriniz olduqları kimi buluda yüklənəcək, amma bu Sizə ayrılmış yaddaşın daha tez dolmasına səbəb olacaq. Əgər adətən smartfonun kamerası ilə çəkiliş edirsinizsə, Sizə “High-quality” seçimi kifayət edər, lakin “Original resoulition” seçimi ilə də minlərlə fotoşəkili serverə yükləmək mümkündür. Əgər bu yaddaşın kifayət etməyəciyini düşünürsünüzsə, Google Drive’da ayda 1,99$ ödəməklə 100GB, 9.99$ ödəməklə isə 1TB yaddaş da ala bilərsiniz.
Tətbiqi yüklədiyiniz andan etibarən avtomatik olaraq mövcud olan şəkilləri özü buluda köçürməyə başlayır.
İlkin yükləmə zamanı Siz mobil internet vasitəsilə şəkillərin köçürülüb- köçürülməməsini seçə bilərsiniz, lakin nəzər alın ki, şəkillər bir neçə meqabayt həcmə sahib olur ki, bu seçimi aktivləşdirmək mobil internet paketinizin tezliklə bitməsinə səbəb ola bilər. Şəkillər bir dəfə yükləndikdən sonra hesabınızla daxil olduğunuz bütün cihazlarda onları görə bilərsiniz. Hətta cihazda yer tutmasın deyə cihazdan silə bilərsiniz. Bunun xüsusilə yaddaşı az olan və yaddaş kartı qəbul etməyən cihazlarda çox əlverişli olduğunu deyə bilərik.
Çox rahat istifadəçi interfeysinə malik olan tətbiq ilkin görünüşündə digər tətbiqlər kimi şəkillərin düzülüşünü tarixi ardıcıllıqla verir. Burada bir neçə şəkli seçmək istədikdə bir-bir hamısına toxunmaq lazım deyil, birini seçdikdən sonra barmağınızı sürüşdürməklə eyni anda bir neçəsini seçə bilərsiniz.
Bu tətbiqin ən gözəl funksiyalarından biri Assistant-dır. Bu sizin fərdi fotoşəkil köməkçinizdir. Bəzi şəkillərə avtomatik düzəlişlər edir, Sizin üçün müxtəlif kollajlar, panoramalar və hətta animasiyalar düzəldir və hazır olduqdan sonra Sizə xəbər edir. Yuxarıdakı “+” işarəsinə basmaqla fotoşəkillərinizdən albomlar, filmlər, hekayələr, animasiyalar və kollajlar düzəldə bilərsiniz.
Düzəltdiyiniz albomlar, filmlər, animasiyalar isə “Collections” bölməsində qalır.
Tətbiqin çox gözəl axtarış sistemi var. Şəkilləri tiplərinə, rənglərinə, görünən cismlərə və s. uyğun axtara bilərsiniz. Məsələn, Siz yüzlərlə şəklin arasından sadəcə maşınların göründüyü şəkilləri axtarırsınızsa, “cars” yazıb axtarış edirsiniz. Bu da yüzlərlə şəkil arasından lazımlı olanları tapmağa çalışarkən vaxta qənaət etməyə çox kömək edir.
Tətbiqin redaktə imkanları
İstənilən şəklin üzərindəki karandaş işarəsinə basdıqda redaktə bölməsi açılır. Aşağıdakı şəkildə “Auto” düzəlişin təsirini görər bilirsiniz. Burada işıq, rəng, kölgələndirmə kimi kiçik toxunuşlar, müxtəlif filterlər tətbiq edə bilərsiniz:
Şəkillərdə “info” bölməsinə daxil olduqda şəklin çəkilmə tarixi, həcmi və pikselləri, çəkilən cihaz və onu diafraqram, İSO xüsusiyyətləri və şəklin çəkildiyi yeri görmək mümkündür. Bu, xüsusilə, fotoqrafiyanın öyrənməyə çalışan şəxslər üçün olduqca faydalıdır.
Həmçinin şəklinizi buradan sosial şəbəkələrdən paylaşa, hətta açıq keçid əldə edərək istədiyiniz şəxslərə göndərə bilərsiniz:
Qeyd edək ki, bu tətbiq professional səviyyədə fotoqrafiya ilə məşğul olan və ya olmağa çalışan şəxslər üçün çox geniş imkanlar yaratmır. Sadəcə öz smartfonu ilə şəkillər çəkib bunların heç birindən silmək məcburiyyətində qalmadan, kiçik toxunuşlarla redaktə edib paylaşmaq və ya xatirə kimi saxlamaq istəyən şəxslər üçün çox əlverişli və rahat tətbiqdir.
Murad Məmmədzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri