Previous Next
Bağla
REKLAM YERİ

Görəcəyiniz işlərin elektron siyahısını hazırlayan tətbiq

01-10-2015 13:24
Görəcəyiniz işlərin elektron siyahısını hazırlayan tətbiq

Any.Do həm iOS, həm Android, həm də fərdi kompüterlər üçün mövcud olan sadə, rahat və əlverişli “to-do list” tətbiqidir, yəni görüləcək işlərin siyahısının elektron variantıdır.

Eyni zamanda, bir neçə cihazda öz hesabınıza daxil olaraq siyahınızı görə bilərsiniz.

Tətbiqi açdığımız zaman bu görüntü ilə rastlaşırıq:

Lakin görüləcək işləri  yalnız zamana görə yox, eyni zamanda məzmununa görə də siyahılaşdırmaq da olar. Bu kateqoriyaları görmək, nizamlamaq və yenilərini əlavə etmək üçün sol-üst küncdə yerləşən  düyməyə basmaq lazımdır:

Yeni tapşırıq əlavə etmək üçün əsas menyuda sağ-aşağı küncdə mavi dairənin içində yerləşən “+” işarəsini seçmək lazımdır. Adını yazdıqdan sonra sağda çıxan “+” işarəsini klikləmək lazımdır. Əgər xatırlatma siqnalı quraşdırmaq istəyirsinizsə, təsdiqləməmişdən əvvəl işarənin yanındakı zəng işarəsinə klikləyin.

Əsas menyuda hansısa işin üzərinə klikləməklə aşağıda belə kiçik pəncərə açılır:

“Ulduz”u seçərkən sağ tərəfdə sarı ulduz görünür, bu da onu digərlərindən fərqləndirməyə kömək edir. “Siyahı” işarəsinə kliklədikdə əvvəldə qeyd etdiyimiz məzmun siyahıları açılır və beləliklə, işi uyğun siyahıya əlavə edə bilirsiniz və ya ehtiyac varsa, yeni siyahı yarada bilirsiniz. “Zəng” işarəsinə klikləyərək xatırlatma siqnalı quraşdıra bilərsiniz, həmçinin əgər təkrarlanan işdirsə, bunu da “Repeat task” bölməsində edə bilərsiniz. “Sənəd” işarəsinə basaraq qeydlər və fayllar əlavə edə bilərsiniz. Ən sonda isə siyahınızdakı işi başqa şəxslərlə bölüşmək üçün sondakı işarəni seçmək lazımdır.

Bu cür siyahılarla bağlı ən gözəl məqam işi tamamladıqdan sonra üstündən xətt çəkməkdir. Tamamladığınız işin üzərindən barmağınızı sürüşdürərək xətt çəkirsiniz və silmək istəsiniz sağ tərəfdə çıxan “x” işarəsinə basmağınız kifayət edir:

Any.do bu cür sadə və rahat tərtibatı və vəd etdiyi işi lazımınca görə bilməyinə görə istifadəçilərin rəğbətini qazanıb, hətta bir neçə dəfə mükafata da layiq görülüb. Proqramın özü ödənişsizdir. Lakin tətbiqin ödənişli premium versiyası da var ki, burada yeni və geniş imkanlar da təklif edir. 

 

Murad Məmmədzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Smartfonlar üçün geniş funksiyalı fotoredaktor - Enlight

16-10-2015

Google Photos tətbiqindən necə faydalanmaq olar?

22-09-2015

Bu tətbiqlə onlayn kurslara pulsuz qatıla biləcəksiz

10-10-2015

Instagram hesabını necə dondurmaq olar?

08-02-2016

3D Touch hansı tətbiqlərdə istifadə edilə bilir?

14-11-2015

WhatsApp-ın Android versiyasına yeni funksiya əlavə edildi

26-11-2015

Rəngli statuslar artıq WhatsApp-da

05-08-2017

Uber Bakıda yeni xidmət istifadəyə verdi

28-08-2017

Facebook istifadəçilərinə müjdə

04-02-2015

Kompüterdən Instagam-a necə şəkil yükləmək olar?

18-02-2016

Meta AI istifadəçilərin adından instagramda şərh yaza biləcək

24-03-2025

Qeyd aparmaq üçün ən yaxşı mobil tətbiqlər-Video

10-02-2017

Twiterdə şəkil paylaşmaq daha sadə oldu

10-08-2011

Bakcelldə qonaq olun

01-01-2011

WhatsApp-a yeni funksiya əlavə edilib

07-10-2015

Instagram fotolarını telefonun yaddaşında necə saxlamaq olar?

05-08-2015

Televizorda Skype video-zənglərini necə etmək olar?

12-11-2015

iPhone və iPad-lərə necə pulsuz musiqi yükləmək olar?

23-02-2016

WhatsApp istifadəçiləri üçün möhtəşəm xəbər

07-01-2015

WhatsApp-a yeni funksiya əlavə edildi

02-08-2016

Veb-kameralarla şəxsi təhlükəsizliyi necə təmin etmək olar?

26-11-2015

Facebookda bilməniz lazım olan 10 təhlükəsizlik nizamı

09-02-2011

Instagram hekayələrinə emosiyalarınızı bildirə biləcəksiniz

19-07-2018

Twitter-ə yeni funksiya əlavə edildi

04-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə