“CeBIT Bilişim Eurasia 2010” informasiya texnologiyaları sərgisinə start verilir.
Bu gün İstanbulda (Türkiyə) CeBIT Bilişim Eurasia 2010 illik beynəlxalq informasiya texnologiyaları sərgi və konfransına start verilir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, “CeBIT Bilisim Eurasia” regionun ən iri informasiya-kommunikasiya texnologiyaları (İKT) sərgisidir və Azərbaycan artıq bir neçə ildir ki bu mühüm tədbirlə yaxından maraqlanır.
Bununla belə, məhz builki sərgidə respublika ayrıca pavilyonla təmsil olunur. Bu, Azərbaycanın İKT sahəsindəki potensialını nümayiş etdirmək və ölkəyə ən yeni texnologiyaları cəlb etməyə imkan yaranacaq. Dövlət və özəl sektorun təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyətinə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rəhbərlik edir.
Azərbaycanın milli pavilyonunda respublikanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi ən son nailiyyətlər, eləcə də bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələrin nümayişi nəzərdə tutulur. Eyni zamanda, milli pavilyonda Azərbaycan hökuməti tərəfindən irəli sürülmüş və regionun 20-dən çox ölkəsinin yüksəksürətli informasiya şəbəkəsi ilə təmin edəcək Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi xüsusi yer alacaq. Həmçinin sərgidə Regional İnnovasiya Zonasının yaradılması, eləcə də ölkənin ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması və həmçinin, təhsil və digər sahələrdə İKT-nin tətbiqinə dair layihələr də təqdim olunacaq.
Dövlət sektorundan başqa, pavilyonda ölkənin özəl İKT-şirkətlərinin də nailiyyətləri əks olunacaq. Azərbaycanı sərgidə təmsiledən nümayəndə heyətinin tərkibinə 10-dan çox özəl İKT şirkətlərinin nümayəndələri daxildir.
Sərgi oktyabrın 10-a kimi davam etdiriləcək.
LENT.AZ
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri