Previous Next
Bağla

BTİ yeni binasının hazırlanması üçün müsabiqə keçirir

17-04-2017 17:35
BTİ yeni binasının hazırlanması üçün müsabiqə keçirir

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Cenevrədə (İsveçrə) yerləşən mənzil-qərargahının yeni binasının hazırlanması üçün arxitektura müsabiqəsi keçirir.  

Xeberler.az NRTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, BTİ-nin mənzil-qərargahı 1962-ci ildən Cenevrədə “Millətlər meydanı”nda (Place des Nations) yerləşir. Yeni layihə sayəsində “ağıllı” mənzil-qərargahın inşası təşkilatın Cenevrədə beynəlxalq təsisatların diqqət mərkəzində olmaqla üzv dövlətlərə, özəl sektorun nümayəndələrinə, assosiativ üzvlərə və akademik təşkilatlara xidmətlərin göstərilməsini gücləndirəcək. Yeni mənzil-qərargahı konfranslar üçün müasir yerlərdən istifadə etməklə əyani və virtual iclaslar üçün forum təqdim edəcək.

Müsabiqədə təşkilata üzv 193 dövlətdən birində tələb olunan qaydada qeydiyyatdan keçən bütün peşəkar arxitektorlar iştirak edə bilər. İki mərhələdən ibarət olacaq müsabiqədə iştirak üçün ərizələr münsiflər heyətinə anonimliyə riayət edilməklə və İsveçrə Mühəndis və Arxitektorlar Cəmiyyətinin (SIA) “SIA-142” standartına uyğun təqdim edilməlidir.

Müsabiqədə iştirak etmək istəyənlər BTİ-nin saytında yerləşdirilən məlumatla tanış ola, layihə və müsabiqədə iştiraka dəvətlə bağlı daha ətraflı informasiyanın verildiyi İsveçrə dövlət satınalmaları platformasında qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat 5 may 2017-ci il tarixinədək aparılır.

Müsabiqə əlaqələndiricisi ilə “[email protected]” elektron poçtu vasitəsilə əlaqə yaratmaq olar.

Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. 150 il ərzində BTİ qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım edir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 Beynəlxalq Telekommunikasiya İttifaqı yeni sayt yaratdı

Beynəlxalq Telekommunikasiya İttifaqı yeni sayt yaratdı

04-03-2015
Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının illik sessiyası keçirilir

Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının illik sessiyası keçirilir

13-05-2015
Azərbaycan Cenevrədə keçirilən Ümumdünya Radiorabitə Seminarında iştirak edir

Azərbaycan Cenevrədə keçirilən Ümumdünya Radiorabitə Seminarında iştirak edir

10-12-2010
Ölkəmiz Cenevrədə İKT konfransda təmsil olunur

Ölkəmiz Cenevrədə İKT konfransda təmsil olunur

18-04-2018
Nümayəndə heyətimiz  BTİ-nin iclasında iştirak edir

Nümayəndə heyətimiz BTİ-nin iclasında iştirak edir

17-05-2017
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının illik sessiyasında iştirak edir

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının illik sessiyasında iştirak edir

12-07-2023
Ölkələrin rəqəmli yayıma keçidinə həsr edilən simpozium keçiriləcək

Ölkələrin rəqəmli yayıma keçidinə həsr edilən simpozium keçiriləcək

02-06-2015
Cenevrədə Ümumdünya Radiorabitə konfransı öz işini davam etdirir

Cenevrədə Ümumdünya Radiorabitə konfransı öz işini davam etdirir

03-11-2015
Azərbaycan BTİ-nin yubiley tədbirində Qızıl Tərəfdaş kimi çıxış edəcək

Azərbaycan BTİ-nin yubiley tədbirində Qızıl Tərəfdaş kimi çıxış edəcək

02-05-2015
Beynəlxalq Telekommunikasiya İttifaqı 150 illiyini qeyd etdi

Beynəlxalq Telekommunikasiya İttifaqı 150 illiyini qeyd etdi

19-05-2015
İnformasiya-kommunikasiya texnologiyaları muzeyi yaradılır

İnformasiya-kommunikasiya texnologiyaları muzeyi yaradılır

10-11-2009
Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti keçirilir

Cenevrədə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti keçirilir

26-05-2015
Rabitə və informasiya texnologiyaları naziri BTİ-nin Səlahiyyətli Konfransının işinə qatılıb

Rabitə və informasiya texnologiyaları naziri BTİ-nin Səlahiyyətli Konfransının işinə qatılıb

11-10-2010
Beynəlxalq Telekommunikasiya İttifaqına yeni Baş katib seçilib

Beynəlxalq Telekommunikasiya İttifaqına yeni Baş katib seçilib

02-11-2018
2 milyard insanın maliyyə xidmətlərindən istifadəsi təmin ediləcək

2 milyard insanın maliyyə xidmətlərindən istifadəsi təmin ediləcək

17-09-2015
Azərbaycan qızıl medalla təltif edildi

Azərbaycan qızıl medalla təltif edildi

19-05-2015
Azərbaycan beynəlxalq İKT müsabiqədə qalib olub

Azərbaycan beynəlxalq İKT müsabiqədə qalib olub

14-06-2017
BTİ 5G mobil rabitəsinin inkişafı üçün konsepsiyanı müəyyənləşdirir

BTİ 5G mobil rabitəsinin inkişafı üçün konsepsiyanı müəyyənləşdirir

20-06-2015
Cenevrədə Azərbaycan startaplarının təqdimatı keçiriləcək

Cenevrədə Azərbaycan startaplarının təqdimatı keçiriləcək

10-10-2018
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

01-09-2021
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

01-09-2021
Nazir müavini Rövşən Rüstəmov Yaponiyanın daxili işlər və rabitə nazirinin müavini ilə görüşüb

Nazir müavini Rövşən Rüstəmov Yaponiyanın daxili işlər və rabitə nazirinin müavini ilə görüşüb

13-01-2022
Rəşad Nəbiyev Baş katib Dorin Boqdan Martin ilə görüşüb

Rəşad Nəbiyev Baş katib Dorin Boqdan Martin ilə görüşüb

10-07-2025
Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Sammitdə təmsil olunur

Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Sammitdə təmsil olunur

09-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə