Previous Next
Bağla

Azərbaycan fişing hücumlarının sayına görə 79-cu yerdədir

19-03-2019 12:01
Azərbaycan fişing hücumlarının sayına görə 79-cu yerdədir

2018-ci ildə “Kaspersky Lab” 500 milyona yaxın fişing səhifəyə keçid cəhdinin qarşısını alıb. Bu ötən illə müqayisədə 2 dəfə çoxdur.

Xeberler.az  bildirir ki, “Kaspersky Lab” bu il ilk dəfə olaraq Azərbaycanı fişing hücumlar monitoringinə daxil edib. Azərbaycan 169 ölkə arasında 13.83% göstərici ilə 79-cu yerdə qərarlaşıb. Siyahıda ilk pilləni 28.28%-lə Braziliya tutur. Sinqapur 4.54% göstərici ilə sonuncudur.

“2018-ci il bir daha sübut etdi ki, fırıldaqçılar xəbərlərdən öz məqsədləri üçün istifadə etməkdə davam edirlər. Biz kriptovalyutalarla bağlı resurslara olunan fişinq hücumların sayında stabil artım müşahidə edirik. Kriptovalyutaların məzənnəsinin düşməsinə baxmayaraq, fırıldaqçılar və spamçılar bu bazardan yetəri qədər mənfəət əldə etməyə çalışırlar” – “Kaspersky Lab” şirkətinin baş kontent analitiki Tatyana Sidorina deyib.

Fişinq hücumuna məruz qalmış qurbanların fırıldaqçılara könüllü vəsait ödəməsi üçün məşhur səbəblərdən biri də lotereyada zəmanətli uduş və ya sorğuda iştirak etdikdən sonra nəzərdə tutulmuş mükafatlandırmadır. 2018-ci ildə “Kaspersky Lab” həlləri bu tipli saytlara edilən 3 milyondan çox giriş cəhdinin qarşısını alıb. İstər lotereya, istərsə də sorğu saytlarının işləmə mexanizmi demək olar ki, eynidir : Öncə istifadəçidən müəyyən proseslər üçün (komissiyanın ödənilməsi, qəbzin işlənməsi və s.) kiçik miqdarda ödəniş etməsi xahiş olunur, daha sonra isə yüksək məbləğdə mükafatlandırma söz verilir. Lotereya kimi tətbiq olunan fırıldaqçılıqda “qurban”ı daha çox ilkin ödəniş etməyə həvəsləndirirlər və bunu mükafatlandırmanın həcminin ilkin ödənişdəki məbləğdən asılı olması ilə izah edirlər. Belə ki, ilkin ödəniş nə qədər çox olarsa, mükafatlandırma da müvafiq olaraq, bir o qədər artıq olacaq.

Ötən il “Kaspersky Lab” “özüyayılan” fişinqi ifşa etdi. Bu fişinq əsasən messenger və sosial şəbəkələrdə, xüsusilə də “Whatsapp”da çox geniş yayılmışdı. Fırıldaqçılar ənənəvi olaraq istifadəçilərə pulsuz qazanmaq təklifləri və ya mövcud olmayan
mükafatlandırma vəd edirdilər. Bunun üçün isə cari mesajın dostlar arasında və sosial media hesablarında paylaşılması təklif olunurdu. Fişinqin qurbanına çevrilməmək üçün “Kaspersky Lab” istifadəçilərə sadə qaydalara riayət etməyi tövsiyə edir:

  • Məktub göndərənin ünvanını və məktuba daxil olan linkin doğruluğunu yoxlayın. Güvənmədiyiniz halda, məktubu açmayın. Əgər istəmədən belə, şübhəli sayta daxil olsanız, orada şəxsi məlumatlarınızı daxil etməyin. Şifrənizin fırıldaqçıların əlinə keçdiyini fikirləşirsinizsə, mütləq şifrəni yenisi ilə əvəzləyin.
  • Vacib saytlara daxil olarkən (məsələn internet bankinq sisteminə), müdafiə olunan əlaqədən istifadə edin, mümkün olduqca, ictimai WI-FI sistemindən uzaq qaçın. Bütün bunlar fişinq səhifələrə girmə ehtimalı riskini azaldır. Maksimal güvənlilik üçün şəbəkəyə qoşulmaq üçün xüsusi proqram və həllərdən istifadə edin.
  • Anti-fişinq texnologiyaları ilə olan qorunma həllərindən istifadə edin. Proqram fırıldaqçıların saytına girərkən sizə xəbərdarlıq edəcək və müvafiq səhifəni bloklayacaq.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky Lab sosial şəbəkələrə olan hücumlarda artım qeydə alıb

Kaspersky Lab sosial şəbəkələrə olan hücumlarda artım qeydə alıb

17-08-2018
Kaspersky Lab saxta hədiyyə kartlı fırıldaqçı sxem aşkar edib

Kaspersky Lab saxta hədiyyə kartlı fırıldaqçı sxem aşkar edib

25-07-2018
Fişinq hücumun əsas hədəfi  kimlərdir?-Araşdırma

Fişinq hücumun əsas hədəfi kimlərdir?-Araşdırma

24-02-2017
Kaspersky Lab kiberfırıldaqçıların necə pul qazandıqlarını açıqlayıb

Kaspersky Lab kiberfırıldaqçıların necə pul qazandıqlarını açıqlayıb

01-06-2018
 "Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022
Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023
Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

04-12-2020
Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı  artıb

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020
Cinayətkarlar spamları şirkətlərin saytları vasitəsilə yayır

Cinayətkarlar spamları şirkətlərin saytları vasitəsilə yayır

15-08-2019
Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

03-10-2019
Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020
 “Bu il kriptovalyuta spamları artacaq”

“Bu il kriptovalyuta spamları artacaq”

23-02-2018
Kriptovalyuta birjalarına yüzdən çox keçid cəhdlərinin qarşısı alınıb

Kriptovalyuta birjalarına yüzdən çox keçid cəhdlərinin qarşısı alınıb

12-07-2018
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Kaspersky 2019-cu ildə onlayn fırıldaqçılıqda fəallaşma qeydə alıb

Kaspersky 2019-cu ildə onlayn fırıldaqçılıqda fəallaşma qeydə alıb

12-12-2019
YouTube-dan fırıldaqçılıq məqsədilə istifadə olunur

YouTube-dan fırıldaqçılıq məqsədilə istifadə olunur

02-08-2019
“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020
Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022
Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018
Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021
Kasperdky: Cinayətkarlar tanışlıq xidmətlərinin adlarından istifadə edir

Kasperdky: Cinayətkarlar tanışlıq xidmətlərinin adlarından istifadə edir

27-02-2020
Onlayn alış-veriş edənlər, diqqətli olun

Onlayn alış-veriş edənlər, diqqətli olun

24-11-2017
Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022
70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə