Previous Next
Bağla

Kaspersky Lab sosial şəbəkələrə olan hücumlarda artım qeydə alıb

17-08-2018 13:08
Kaspersky Lab sosial şəbəkələrə olan hücumlarda artım qeydə alıb

Kaspersky Lab şirkətinin ekspertləri fişinq və digər fırıldaq növlü kontentin yayılmasının artıq e-poçt məktubları çərçivəsindən çıxdığına əmin olublar.

Xeberler.az məlumat verir ki, ilk yarımilin sonunda bu cür ən böyük kütləvi hücumlar messenger və sosial şəbəkələrdə qeydə alınıb.

Belə ki, istifadəçilər özləri də anlamadan fırıldaqla dolu mesajları könüllü şəkildə öz yaxın dostları ilə bölüşməklə cinayətkarlara “kömək etmiş” olurlar. Kaspersky Lab şirkətinin analitiklərinin müşahidələrinə əsasən fırıldaqçılar öz kontentlərinin daha geniş yayılması üçün tez-tez WhatsApp tətbiqindən istifadə edirlər. Bu cür ismarıclar, əsasən, mövcud olmayan uduşlar və digər sərfəli təklifləri özundə əks etdirir. Məsələn, Rusiyada ötən rübdə cinayətkarlar aktiv şəkildə məşhur pərakəndə şəbəkələrinin, fastfud restoranlarının adından müxtəlif bonuslar təklif edən ismarıclardan istifadə ediblər. Bu bonusları əldə etmək üçün istifadəçidən tələb olunan sadə sorğunu doldurmaq və messengerdə lazımi miqdarda şəxsə həmin ismarıcı göndərmək idi. Lakin sadəcə göndərişlərlə iş bitmir. İstifadəçi həmin keçidi tanışlarına göndərdikdən sonra, onu yerləşdiyi məkandan və ya istifadə olaraq qurğudan asılı olaraq kontenti dəyişən digər resurslara yönləndirirlər. Belə ki, əgər istifadəçi smartfondan daxil olursa, çox zaman onu avtomatik şəkildə ödənişli xidmətlərə abune edirlər. Digər hallarda isə cinayətkarlar qurbanın şəxsi məlumatlarını əldə etmək üçün sorğu və ya uduşlu başqa bir səhifəyə yönləndirirlər.

Bildirək ki, Twitter sosial şəbəkəsində başqa bir fırıldaqçılıq sxemindən istifadə olunur: burda cinayətkarlar məşhur şəxslərin və şirkətlərin adından saxta hesablar yaradır və ödənişsiz kriptopulların paylandığını idddia edirlər. Bu cür “mükafat”ı əldə etmək üçün isə ismarıcda göstərilən kripto pulqabına müəyyən miqdarda kriptovalyuta köçürmək lazımdır, bunun qarşılığında isə həmin məbləğin bir neçə misli vəd edilir. İkinci rübdə isə kibercinayətkarlar daha çox Elon Mask, Pavel Durov və Vitali Buteritn adı altında maskalanıblar.

Qeyd edək ki, kriptovalyuta və İCO ( İnitial Coin Offering) mövzuları fırıldaqçılar üçün əvvəlki kimi aktual olaraq qalmaqdadır. Kaspersky Lab antifişinq müdafiə sistemi ikinci rübdə 58 min dəfə istifadəçilərin kriptovalyuta pulqabı və birjalara bənzəyən saxta vebsaytlara daxil olmasının qarşısını allb. Fişerlərin hal-hazırda ən məşhur kriptovalyutası Etherium (ETH) hesab edilir. Kapersky Lab şirkətinin hesablamalarına görə saxta İCO-lar vasitəsilə fırıldaqçılar klasik fişinqi nəzərə almadan, istifadəçilərdən 2 milyon ABŞ dollarından çox pul qopara biliblər. “3 hesabat ayı ərzində bizim antifişinq sistemimiz 107 milyondan çox fişinq səhifələrinə keçid cəhdinin qarşısını alıb ki, bu da ötən rüblə müqayisədə 17 milyon dəfə daha çoxdur. Bu cür artım, əsasən, ondan xəbər verir ki, istifadəçilərin böyük bir qismi fişinq təhlükəsini düzgün qiymətləndirmir ,diqqətsizlik ucbatından və ya məlumat azlığından fırıldaqçıları müəyyən edə bilmirlər”, - deyə Kaspersky Lab şirkətinin aparıcı kontent-analitiki Nadejda Demidova bildirib.

Fişerlərin digər fırıldaqları və spamerlər haqqında daha ətraflı bu linkə daxil olarq tanış ola bilərsiniz.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan fişing hücumlarının sayına görə 79-cu yerdədir

Azərbaycan fişing hücumlarının sayına görə 79-cu yerdədir

19-03-2019
Kriptovalyuta birjalarına yüzdən çox keçid cəhdlərinin qarşısı alınıb

Kriptovalyuta birjalarına yüzdən çox keçid cəhdlərinin qarşısı alınıb

12-07-2018
Fişinq hücumun əsas hədəfi  kimlərdir?-Araşdırma

Fişinq hücumun əsas hədəfi kimlərdir?-Araşdırma

24-02-2017
Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

04-12-2020
Cinayətkarlar spamları şirkətlərin saytları vasitəsilə yayır

Cinayətkarlar spamları şirkətlərin saytları vasitəsilə yayır

15-08-2019
 “Bu il kriptovalyuta spamları artacaq”

“Bu il kriptovalyuta spamları artacaq”

23-02-2018
Kaspersky Lab saxta hədiyyə kartlı fırıldaqçı sxem aşkar edib

Kaspersky Lab saxta hədiyyə kartlı fırıldaqçı sxem aşkar edib

25-07-2018
Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

Azərbaycanda kriptovalyuta sahəsində fişinqin həcmi 3 dəfə artıb

13-04-2023
Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020
Kaspersky Lab kiberfırıldaqçıların necə pul qazandıqlarını açıqlayıb

Kaspersky Lab kiberfırıldaqçıların necə pul qazandıqlarını açıqlayıb

01-06-2018
Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021
Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018
Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019
“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020
Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022
Onlayn alış-veriş edənlər, diqqətli olun

Onlayn alış-veriş edənlər, diqqətli olun

24-11-2017
iOS qurğularında yeni zərərverici aktivlik qeydə alıb

iOS qurğularında yeni zərərverici aktivlik qeydə alıb

28-09-2018
Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

19-12-2018
Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

03-10-2019
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Dünyanın tanınmış universitetləri haker hücumlarına məruz qalıb

Dünyanın tanınmış universitetləri haker hücumlarına məruz qalıb

25-10-2018
Cinayətkarların kriptovalyuta yığımı üçün yeni üsulu

Cinayətkarların kriptovalyuta yığımı üçün yeni üsulu

14-12-2016
Kaspersky 2019-cu ildə onlayn fırıldaqçılıqda fəallaşma qeydə alıb

Kaspersky 2019-cu ildə onlayn fırıldaqçılıqda fəallaşma qeydə alıb

12-12-2019
Routerin sındırılması cinayətkarlara pul oğurlamağa imkan yaradır

Routerin sındırılması cinayətkarlara pul oğurlamağa imkan yaradır

24-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə