Previous Next
Bağla

Dağlara da sürətli internet çəkilir-Fotolar

05-01-2023 20:48
Dağlara da sürətli internet çəkilir-Fotolar

Balakəndə fiber-optik internet şəbəkəsinin tikintisi ilə maraqlandım. Hazırda Mahamalar kəndində, dağın ətəyindəki evlərə internet xətti çəkilir.

Kənddə bir briqada (5-6 nəfər) işləyir. Ümumiyyətlə, fiber-optik şəbəkənin qurulması və sonda internet əldə edilməsi işi bir neçə hissədən ibarətdir:

- layihələndirmə

- kabelləri uzatmaq üçün dəmir dirəklərin basdırılması və onların bərkiməsini gözləmək

- kabelləşmə

- internetin evlərə paylanması üçün, ərazidəki evlərin sayından asılı olaraq , hər 3-4 dirəkdən bir splitterlərin quraşdırılması

- splitterdən evlərə internet xəttinin çəkilməsi və evdə fiber-optik modemin quraşdırılması

Bu gün mənim tanış olduğum Aztelekom-un briqadası kabelləşmə işlərini görürdülər.

Briqada rəisi Hacı bəy işlərin yaxşı getdiyini, əvvəlki vaxtlara nisbətən zəruri materialların yetərincə olduğunu bildirdi. Briqada üzvləri arasında 20 il bu işlə məşğul olanlarla yanaşı, gənclər də vardı. Türk və Çin istehsalı olan optik kabellərdən istifadə edilir.

İşlərin sürətlənməsi üçün çatışmayan yalnız əlavə işçi qüvvəsi, əlavə briqadaların olmasıdır. Bir briqada bir günə adətən şəraitdən asılı olaraq 1-3 km. kabel çəkə bilir.

Kənd yerində kabelləşmədə əsas çətinlik həyətyanı sahələrdə olan ağacların maneçilik yaratmasıdır. Bəzən bu ağacların kəsilməsi lazım gəlir ki, bu problemi də bələdiyyə sədri ilə birgə həll edirlər.

Briqada rəisi hətta layihəyə düşməyən, lakin yaşayış olan ərazinin, hətta dağlıq hissədə olsa belə, kabelləşməsinə tapşırıq verildiyini qeyd etdi.Ötən gün onlar hətta dağın döşünədək kabelləşmə apardıqlarını bildirdilər.

Kabeləşmə aparılarkən gələcəkdə yeni evlərin tikiləcəyi də nəzərdə tutulub. Belə ki, kabelin tutumu (optik liflərin sayı) indi lazım olandan da çox nəzərdə tutulub. Kabelin parametrlərindən də bu görsənirdi. İşlər sürətli getsə də, hiss olunurdu ki, yeni briqadalara ehtiyac var.

Ötən ildən başlanmasına baxmayaraq Balakənin heç yarısı kabelləşməyib. İndi rayona, Qullar kəndinə əlavə briqadaların gələcəyi bildirildi.

Beləliklə, bu kabelləşən ərazidə ən yaxın vaxtda, digər bir briqada - montajçılar tərəfindən splitterin quraşdırılması və başqa bir komanda, rayon telekommunikasiya qovşağının əməkdaşları tərəfindən evlərin internetə qoşulacağı gözlənilir.

Əgər kimsə əvvəldən ADSL istifadəçisidirsə onun üçün hər şey (qoşulma, modem və s) pulsuzdur. Əgər yeni müştəri olarsa çəkiliş xərcindən başqa ödəniş nəzərdə tutulmur.

Rayonun başqa bir kəndində, Qasbinədə bütün işlər görülüb, splitterlər quraşdırılıb və hazırda əhaliyə internet xidməti təklif olunur.

Abunəçilər yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketlər seçə bilərlər.

İnternet xidmətinin haqqı isə seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 56 AZN-dək dəyişir. ( Bəzi abunəçilər aşağı sürətin seçilməsinə imkan verilmədiyini də qeyd etdilər)

Ümumiyyətlə, diqqətimi cəlb etdi ki, keyfiyyətli internet xidməti alan sakinlər çox sevinirdilər. Hansı evin qarşısında tikinti gedirsə o evin sahibi adət-ənənəyə uyğun olaraq soyuqda çalışan fəhlələrə çay da təklif edirdilər.

Nəticə.

Soyuq havaya baxmayaraq bir briqada tərəfindən görülən işlər yetərincə sürətli və keyfiyyətlidir. Zəruri materiallar yetərincədir. Lakin yeni işçi qüvvəsinə, yeni briqadalara ehtiyac var. İndiki gedişatla bir rayonun kabelləşməsinin və internetə qoşulmasının hədsiz çox vaxt aparacağı şübhəsizdir.

 

Osman Gündüz

Azərbaycan İnternet Formunun Prezidenti, ekspert 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Aztelekom” MMC Quba rayonunda GPON texnologiyasının tətbiqinə başlayıb  

13-09-2022

Ailə TV -dən 1 ay pulsuz istifadə imkanı

04-03-2016

“Aztelekom” MMC Gəncə şəhərinin 90 faizdən çox hissəsini yüksəksürətli internetlə əhatə edib

11-06-2024

Ailə NET internet sürətini artırır

17-03-2018

Zirə qəsəbəsinə genişzolaqlı internet xidmətləri təqdim edilib

17-11-2022

"Aztelekom” Oğuzda 2 mindən artıq evi yüksəksürətli internetlə təmin edib

31-03-2023

“Baktelecom” Qaradağ rayonu ərazisində əhalini genişzolaqlı internetlə təmin edir

30-12-2023

GPON texnologiyası ilə genişzolaqlı xidmətlərin təqdim edilməsinə başlanılıb

30-07-2022

“Aztelekom” Qobustan rayonunun 98 faizini yüksəksürətli internetlə əhatə edib

26-09-2024

Göygölün kəndlərinə sürətli internet çəkilişi davam edir

17-09-2015

Azərbaycanda fiber-optik internetlə təmin olunan evlərin sayı açıqlandı

01-11-2022

Naxçıvanda 28 fərdi mənzilə optik kabel xətti çəkilib

30-07-2015

Ucar rayonunda təsərrüfatların 66,5%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

23-04-2024

“Aztelekom” MMC tərəfindən Oğuz rayonunun 97%-i yüksəksürətli internetlə əhatə olunub

20-04-2024

Ailə NET internetin sürətini artırır

13-05-2015

Qusarda yeni elektron ATS quraşdırılıb

05-07-2019

Zaqatalada 7000-dən artıq evə yüksəksürətli internetə qoşulma imkanı yaranıb

08-09-2023

Yevlax rayonunu GPON texnologiyası ilə yüksəksürətli internetlə təmin edilir

08-12-2023

Qobustan rayonunda təsərrüfatlar internetə çıxış imkanı əldə edib

02-04-2024

“Aztelekom” Şabran rayonunu yüksəksürətli internetlə təmin edir

03-02-2024

Sakinlərə pulsuz avadanlıq verildi

14-12-2018

Naxçıvanda telefon abunəçiləri və internet istifadəçilərinin sayı artıb

04-03-2013

Şəki rayonunda təsərrüfatların 98 faiznin genişzolaqlı internetə çıxışı təmin edilib

20-05-2024

Xızı rayonunda təsərrüfatların 98%-nin genişzolaqlı internetə çıxışı təmin edilib

28-06-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə