Previous Next
Bağla

Azərbaycanın yeni intellektual tədris sisteminin təqdimatı keçirilib

29-07-2020 21:18
Azərbaycanın yeni intellektual tədris sisteminin təqdimatı keçirilib

Xeberler.az bildirir ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) və Parkın rezidenti olan yerli “Emsys” startapının iştirakı ilə onlayn videokonfrans keçirilib.

Tədbir “Emsys” startapının məhsulu olan yeni intellektual tədris sistemi “Empro”nun təqdimatına həsr olunub.

Videokonfransda Azərbaycanda təhsil sektorunda innovasiyaların tətbiqinin son illər vüsət aldığı bildirilib, hazırda innovativ texnologiyaların tədrisdə real alət kimi istifadəsinin genişlənməkdə olduğu vurğulanıb.

Qeyd olunub ki, Azərbaycanda ali təhsilin potensialının, habelə tədris və təlimin keyfiyyətinin artırılması istiqamətində qarşıya qoyulan başlıca strateji məqsədlərdən biri Azərbaycanda “təhsildə texnologiyalar” (EduTech) seqmentini genişləndirmək və ölkəmizdə rəqəmsal təhsil xidmətlərini Qərbin mövcud standartları səviyyəsində təqdim etməkdir.

Azərbaycanın milli məhsulu olan “Empro” sisteminə ali təhsil müəssisəsi kontingentinin (müəllim, tələbə, inzibati işçilər və s.) elektron qaydada qeydiyyatı, tədrisin elektron planlaşdırılması, fənn qruplarının onlayn qaydada təşkili, fənlərin tələbələr tərəfindən onlayn seçilməsi və mənimsənilməsi, tələbələrin bütün növ fəaliyyətlərinin elektron qaydada qiymətləndirilməsi, müəllim heyətinin müvafiq tələbələr tərəfindən müxtəlif meyarlar üzrə onlayn qiymətləndirilməsi, imtahanların elektron qaydada tərtibi və təşkili  kimi modullar daxildir. Həmçinin daxili kommunikasiya alətləri, çatlar, forumlar, bildirişlər, xəbər və elanlar, müəllimlər tərəfindən tələbələrə distant formada fənnin kontentinin təqdim edilməsi, müəllim və tələbələr arasında tapşırıqların elektron qaydada mübadiləsi və qiymətləndirilməsi, məsafədən tədrisin canlı videogörüntü ilə təşkili və monitorinqi, eləcə də müxtəlif növ statistik və dinamik hesabatlar da sistemdə öz əksini tapıb.

Vurğulanıb ki, “Empro” platformasının 2021-2022-ci illərdə Mərkəzi Asiyada fəaliyyət göstərən universitetlərə təqdim olunması planlaşdırılır.

Tədbirdə yeni intellektual tədris sisteminin daha dərindən, modullar üzrə yoxlanılması, təhsil standartlarına uyğunluğunun, keyfiyyət göstəricilərinin qiymətləndirilməsi prosesinin UNEC-in peşəkar mütəxəssisləri tərəfindən aparılması tövsiyə olunub.

Qeyd edək ki, bu tədbir “Emsys” startapı tərəfindən ölkəmizdə ilk dəfə hazırlanmış və YTP-da uğurla sınaqdan keçmiş milli platforma – onlayn videokonfrans sistemi vasitəsilə baş tutub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ilk onlayn videokonfrans sistemi sınaqdan keçirilib

22-07-2020

Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

17-02-2020

BDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilir

19-04-2020

Təhsil Nazirliyi universitetlərə məsafədən tədrislə bağlı təklif verib

18-03-2020

Təhsil Sistemində Elektron Tədris Resurslarını Qiymətləndirən Şura yaradılacaq

07-10-2009

Azərbaycan İlahiyyat İnstitutunda Unibook sisteminin tətbiqinə başlanılıb

14-02-2019

UNEC-də imtahanların da distant keçirilməsi mümkündür

17-03-2020

Təhsil nazirliyinin elektron tədris resursların qiymətləndirilməsi üzrə Şurası yaradılmışdır

10-02-2010

Daha bir Universitetdə təhsil prosesi elektronlaşdırılır

16-09-2015

Azərbaycanda daha bir universitet təhsil prosesini avtomatlaşdırır

13-01-2016

UNEC-də elmi fəaliyyət və kitabxana işi onlayn şəkildə davam etdirilir

10-04-2020

Azərbaycanda yeni elektron tədris idarəetmə sisteminin tətbiqinə başlanıb

18-09-2014

Universitetlərdə yazılı imtahanlar elektronlaşdırılır

03-06-2016

Milli Təhsil Portalında elektron resursların sayı artırılır

08-04-2013

“Blackboard” – tədrisin idarə olunması sistemi ilk dəfə Azərbaycan dilində platforma təqdim edir

08-07-2022

UNEC Beynəlxalq Distant Ali Təhsil Forumu 2020-yə start verib

28-04-2020

Əcnəbi tələbələrin UNEC-ə qəbul qaydaları elektronlaşdırılıb

01-07-2015

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019

“Elektron təhsil” müsabiqəsində 644 layihə mübarizə aparacaq

23-10-2017

Azərbaycanda müəllimlər onlayn təlim alacaq

30-08-2017

“Elektron Təhsil” müsabiqəsinin yekunları müzakirə olunub

21-12-2015

Azərbaycanın innovasiya ekosistemində yenilik

02-12-2022

Azərbaycanın təhsil sistemində yenilik

13-09-2016

UNEC distant təhsilə hazırlaşır

23-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə