Previous Next
Bağla

Danimarka sosial şəbəkələrdə uşaqları qorumaq əzmindədir

07-07-2025 15:25
Danimarka sosial şəbəkələrdə uşaqları qorumaq əzmindədir

Danimarka növbəti altı ay ərzində Avropa İttifaqı Şurasına sədrlik etdiyi üçün Aİ böyük texnologiya şirkətlərinin təsirini məhdudlaşdırmaq, hər şeydən əvvəl rəqəmsal mühitdə uşaqları və gəncləri qorumaq əzmindədir.

Xeberler.az məlumat verir ki, bu həftə vəzifəsinin icrasına başlayan Danimarka hökuməti avropalıların, xüsusən də gənclərin texnologiya ilə qarşılıqlı əlaqəsini dəyişdirə biləcək iddialı qanunvericilik gündəliyinin hazırlanmasını prioritet vəzifə kimi qarşıya qoyub.

“Uşaqları və gəncləri zərərli onlayn məzmundan, asılılıq yaradan alqoritmlərdən və onların məlumatlarının kütləvi şəkildə toplanmasından qorumaq gündəliyimizin əsas mövzusudur”, -deyə Danimarka rəhbərliyinin proqramında vurğulanır. Praktikada bu, asılılıq yaradan xüsusiyyətlərin aradan qaldırılması və daha sərt yaş yoxlama sistemlərinin tətbiqi üçün məhsulun yenidən dizaynı tələblərinə qapı açır.

Paralel olaraq, Aİ də müəllif hüquqlarına riayət olunmasına xüsusi diqqət yetirməklə, süni intellekti tənzimləməyə çalışacaq.

Bu ilin payızında Avropa İttifaqı, çox güman ki, ən mübahisəli və bölücü qanunlardan biri ilə bağlı yekun qərar qəbul edəcək. Belə ki, gündəmdə “WhatsApp”, “Instagram”, “Google” və “TikTok” kimi böyük platformaların istifadəçilərinin şəxsi söhbətlərini pedofiliya üçün skan etmələri tələbi var. Əlbəttə, bu yoxlama həmişə məhkəmə icazəsi ilə aparılacaq. Avropa Şurasının məlumatına görə, məqsəd Aİ-də hər beş uşaqdan birinə təsir edən bu bəla ilə mübarizə aparmaqdır.

Artıq 2023-cü ildə parlament tərəfindən təsdiqlənməsi nəzərdə tutulan təklif Almaniya və Niderland kimi əsas üzvlərin şiddətli müqaviməti səbəbindən təxminən iki ildir ki, dalana dirənib. Bəzi dövlətlər qorxur ki, yetkinlik yaşına çatmayanları qorumaq adı altında aparılacaq bu yoxlamalar kütləvi nəzarətə qapı açacaq və təhlükəsiz onlayn ünsiyyətin təməl daşı olan şifrləmə prinsipini pozacaq. Bu, həmçinin “WhatsApp” kimi bəzi proqramlar vasitəsilə gündəlik göndərilən mesajların söhbətdən kənar hər kəsə, o cümlədən xidmətin sahibi olan şirkətə görünməsini qeyri-mümkün edir.

Danimarkanın Aİ-yə sədrliyi bu məsələdə maneələri aradan qaldırmaqda və razılığa gəlməkdə qərarlıdır. Təqvimdə qırmızı ilə yazılmış tarix – oktyabrın 14-ü Avropada məxfiliyin gələcəyini müəyyən edəcək müzakirələrin yenidən başlanacağı gündür. Məqsəd sosial mediadan istifadə üçün minimum yaş həddi, bəlkə də 15 yaş müəyyənləşdirmək və platformaları bu məhdudiyyətə hörmət etməyə məcbur etməkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Türkiyədə uşaqlara sosial medianın qadağan edilməsi müzakirə olunur

02-02-2026

Qazaxıstanda sosial şəbəkələr uşaqlara qadağan edilə bilər

05-12-2025

Böyük Britaniyada “TikTok” və “Reddit”ə qarşı təhqiqat başlanıb

03-03-2025

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020

Aİ ölkələri sosial şəbəkələrdə məhdudiyyətini nəzərdən keçirir

25-10-2025

Danimarkada azyaşlı uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək

08-11-2025

ChatGPT istifadəçilərdən yaş təsdiqi tələb edir

24-11-2025

Qazaxıstanda sosial şəbəkələrdə yaş məhdudiyyətləri tətbiq edilə bilər

12-11-2025

Britaniyada uşaqlara sosial şəbəkə məhdudiyyətləri tətbiq ediləcək

09-06-2025

Makron uşaqlar üçün sosial media, mobil telefon qadağasını sürətləndirmək istəyir

25-01-2026

Türkiyədə sosial şəbəkəyə yaş məhdudiyyəti qoyula bilər

30-11-2024

Avropa Komissiyası "TikTok"a xəbərdarlıq edib

06-02-2026

İş yerində fərdi məlumatları qorumaq üçün bunları edin

17-08-2023

Britaniya uşaqlara sosial mediadan istifadəni qadağan etməyi planlaşdırır

20-01-2026

“Telegram” Fransa bazarını tərk edə bilər

25-04-2025

Fransa və İspaniya sosial şəbəkələrə məcburi yaş məhdudiyyəti qoya bilər

16-05-2025

Ekspert: “Roblox” və “Mavi Balina” kimi oyunlarda real təhlükə var

04-12-2025

Nazirlikdən təhlükəli oyunla bağlı xəbərdarlıq

01-12-2017

Uşaqları internetdəki təhlükələrdən necə qorumalı?

01-02-2017

Kinematoqrafçılar İlon Maskın təsirini məhdudlaşdırmağa çağırıblar

30-01-2025

Malayziyada uşaqlar üçün sosial media qadağan edilir

24-11-2025

Avropa İttifaqı WhatsApp və Skype-da təhlükəsizliyi gücləndirir

09-09-2016

Avstraliya sosial mediadan istifadədə yaş həddi tətbiq edən ilk ölkə olacaq

09-12-2025

Mavi balina oyunu Azərbaycanda bloklanır? - Nazirlikdən cavab

19-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə