Previous Next
Bağla

“Daşınan şəhər telefon xidməti” ilə 856 telefon çəkilib

20-08-2015 20:01
“Daşınan şəhər telefon xidməti” ilə 856 telefon çəkilib

Əvvəllər də məlumat verdiyimiz kimi ,“Daşınan şəhər telefon xidməti “ - 585 sayəsində Bakı nömrələrini rayonlara daşımaq xidmətini təqdim etmişdi. 

Aztelekom MMC tərəfindən istifadəyə verilən "585" - "Daşınan şəhər telefon xidməti" layihəsi üzrə rayonlarda telefonların çəkiliş prosesi hazırda davam edir. Xüsusilə, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan və Hacıqabul telekommunikasiya qovşaqlarında bu xidmətə daha çox maraq göstərilir və qısa müddətdə telefon istifadəçilərinin sayı xeyli artıb.

Aztelekom MMC-dən Xeberler.az-a verilən məlumata görə, avqustun 1-nə qədər “585” prefiksi ilə ümumilikdə 856 telefon çəkilib.

 “585” prefiksli Bakı nömrələrinin rayon telekommunikasiya qovşaqlarının ərazilərinə İP protokolu vasitəsilə daşınmasını təşkil etmək məqsədilə 10 min tutumlu yeni stansiyanın tikintisi məqsədəuyğun hesab edilir. Bunun üçün gələcəkdə “Aztelekom”un şəbəkəsində NGN/İMS texnologiyası ilə stansiyanın qurulması planlaşdırılır.

Bu stansiyanın Bakı telefon şəbəkəsi, bütün rayon “toll” stansiyaları, mobil və digər operatorların şəbəkələri ilə qarşılıqlı əlaqədə işləməsi təmin olunacaq.

“585” prefiksli nömrəsi olan abunəçilər Bakı şəhərində fəaliyyət göstərən bütün sabit telefon operatorlarının şəbəkələrinə ödənişsiz zəng edə bilirlər.

Belə nömrələrdən istifadə edən abunəçilər, eyni zamanda adi qaydada internet şəbəkəsinə də qoşularaq internet və televiziya (İPTV və ya WebTV) xidmətlərindən yararlanırlar.

Bu xidmətdən istifadə etmək üçün 30 manat telefon çəkiliş haqqı və aylıq xidmət haqqı kimi 15 manat ödəməklə ay ərzində şəbəkə daxilində pulsuz danışmaq imkanı əldə edilir.

“585” prefiksli bütün nömrələrdən çıxış zəngləri mobil şəbəkələr və beynəlxalq istiqamətlər istisna olmaqla ödənişsizdir.

 

Mirvari Nəcəf

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rayonda yaşayanlar Bakıdakı yaxınları ilə limitsiz danışa bilər

18-02-2016

Aztelekom “Daşınan şəhər telefon xidmətini” rayonlara daşıyır

24-07-2015

Daşınan şəhər telefon xidməti istifadəyə verildi

02-03-2015

Monitorinq Sistemi və “585” - daşınan şəhər telefon xidmətinin təqdimatı keçirilib

13-03-2015

Bütün abunəçilər üçün Aztelphone xidməti istifadəyə verildi

28-08-2015

Ev telefonları dünyanın hər yerinə daşınacaq-Yenilik

11-09-2015

“Aztelphone xidmətindən xarici ölkələrdə istifadə ödənişsizdir”

21-09-2015

Daha iki provayderin ödənişini MilliÖN-də həyata keçirmək olar

26-04-2016

Ev telefonu çəkdirmək 30 manata başa gələcək

06-08-2025

Aztelekom telefonla bağlı problemin SMS-lə qəbuluna başlayıb

30-09-2015

Telefon qovşaqlarının adları dəyişdirilib

30-11-2018

Baktelecom internet qiymətlərini endirdi

01-02-2018

"Aztelekom"un nizamnamə kapitalı 3 dəfəyə yaxın artırılıb

30-05-2025

Azərbaycanın bölgələrində İP-TV xidmətlərinin tarifləri endirilib

29-12-2008

Göygölün kəndlərinə sürətli internet çəkilişi davam edir

17-09-2015

Azərbaycanda yeni telefon nömrələri tətbiq edilib

31-03-2015

Göygöl Milli Parkında rabitə xidmətləri necə təşkil olunub?

25-08-2015

Azərbaycanın rayon mərkəzi ATS-lərinin elektronlaşdırılması yaxın bir ildə başa çatacaq

20-11-2008

Naxçıvanda 10 mindən çox yeni telefon nömrəsi istifadəyə verilib

14-02-2017

Nazirliyin qurumu təşkilati hüquqi formasını dəyişdi

27-07-2017

Son 5 ildə Azərbaycanda mobil telefon abunəçilərinin sayı artıb

26-08-2025

Şəhər telefon nömrəsini telefon qovşağına getmədən necə dəyişmək olar?

06-01-2016

RİTN-in strukturuna daxil olmayan qurumlar - SİYAHI

04-05-2011

Telefon rabitəsinə görə də öncədən ödəniş sistemi tətbiq olunacaq

20-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə