“Data Mərkəz-də informasiyanı yerləşdirmək müəssisəyə daha rahat, çevik və daha ucuz qiymətə başa gələcək”.
Xeberler.az-ın məlumatına görə, bunu AzİnTelecom MMC-nin Şəbəkə Texnologiyaları şöbəsinin rəisi Füzuli Məlikov bildirib.
O, qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən DATA Mərkəz-lərin fəaliyyəti maliyyə itkisi yaradır: “Bu günə qədər Azərbaycanda belə bir mərkəz olmadığından hər bir böyük müəssisənin əgər belə demək mümkünsə özünə məxsus DATA Mərkəz-i vardır. Əlbəttə ki, təhlükəsizlik baxımından o qədər də güvənli və əlverişli olmayan bu mərkəzlərdə bir neçə İT mütəxəssisləri, sistem adminstratorları və s. çalışırlar. Bu isə müəyyən maliyyə itkisinə səbəb olur”.
Şöbə rəisi qeyd edib ki, DATA Mərkəzdə informasiyanı yerləşdirmək müəssisəyə daha rahat, çevik və daha ucuz qiymətə başa gələcək.
“Qiymətlər isə enerji sərfiyyatına, avadanlıqların amortizasiyasına və rəfin tutduğu yerə görə tənzimlənəcək”, deyə o əlavə edib.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri