“Daxili Motivasiya -3D Səyahət” mövzusunda seminar keçirilib

16-05-2016 / 10:21

Baku Business Factory gənclərin biznes biliklərinin artırılması ilə bağlı fəaliyyətlərinə davam edir.

Bu məqsədlə mayın 14-də təşkilatın ofisində startaplar və bizneslə məşğul olmaq istəyən şəxslər üçün “Daxili Motivasiya – 3D Səyahət” mövzusunda seminar təşkil edilib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, seminarın əsas mövzusu biznesə yeni başlayan gənclərin bu yolda daha qəti addımlar ata bilməsi üçün onların özlərinə inamlarının artırılması, özlərini daxildən motivasiya edə bilmə və öz bacarıqlarını kəşf etmə yolları  haqqında olub.

Seminar GR8 Ünsiyyət Kurslarının həmtəsisçisi, KVAN kitabının müəllifi Coşqun Kərimov tərəfindən keçirilib.

Seminarda BBF-də qeydiyyatda olan startaplarla yanaşı, mövzuya marağı olan digər şəxslər də iştirak edib.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə