Previous Next
Bağla

Startapçımızın yazdığı kitab maraqla qarşılanır

15-02-2016 14:10
Startapçımızın yazdığı kitab maraqla qarşılanır

Azərbaycanın startap eksosistemində  yaxından tanıdığımız , “Startap Azərbaycan” –nın münsif  nümayəndəsi Coşqun Kərimov ölkəmizdə bir ilkə imza atacaq  “KVAN” kitabını yazıb.

Əvvəlcə onu deyim ki, startap layihələri üzərində çalışan əksər şəxslər yazmağa o qədər də meyilli olmur. Müşahidələrimiz göstərir ki, İT sahəsi ilə məşğul olan  mütəxəssislərin  həm nəzəri, həm də təcrübi bilikləri çox yüksək olsa da, bunları fikirdən kağıza tökməyə sözün əsl mənasında tənbəllik edirlər.

Həmişə düşünürəm ki, jurnalistlər hər kəsin də görə biləcəyi məqamları yazır. Yəni, sadəcə bunun cəmiyyətə çatıdırlmasında (doğru, qərəzsiz, ətraflı) vasitəçi rolunu oynayır.  Amma bu işin içində olan insanların bu məqamları öz təcrübəsi ilə yazması cəmiyyətə  daha böyük təsir edib, nələrisə dəyişə bilər.

Coşqun Kərimovun 30 yaşı var. Ailəlidir və 2 övladı var. Qafqaz Universitetinin İngilis dili və Ədəbiyyatı üzrə filoloq ixtisasını bitirib. 27 yaşımda ilk şirkətini təsis edib. Bu yaşına qədər o, Turizm və Müştəri xidmətləri sektorunda işləyib.  Müştəri xidmətləri, satış və təqdimat bacarıqları üzrə (7+) illik təlimçilik təcrübəsi var. Dünyanın top 5 təlimçisindən biri olan Brian Tracy-dən (satış, natiqlik və vaxtın idarə edilməsiylə bağlı) master klass almıb. Azercell MMC-də təlimçi mütəxəssis, VitalCV və Manads lahiyələrinin həmtəsisçisi olub.

Hazırda ingilis dilində ünsiyyət və şəxsi inkişaf klubu olan GR8-in həmtəsisçisidir.

İndi isə hamımıza maraqlı gələn “KVAN”-dan danışacam.

Kitabın “müəllif hədiyyəsi” olan ilk 65 səhifəsini PDF formada oxudum.

Bəli, kitab çapdan çıxmamış oxudum.  Xatırladaq ki, ABŞ-da bu təcrübə var. Belə ki, kitabı çap etməzdən əvvəl müəllif birbaşa sosial media platformaları üzərindən paylaşır, kitabını təqdim edir. Oxucuların rəyləri və dəstəyini alaraq çap mərhələsini həyata keçirir. Məsələn, məşhur KickstarterLeanPub  platformaları  üzərindən belə fəaliyyətlər həyata keçirilir.

Motivasiya ilə dolu olan kitabda siz həm özünüzü, həm Coşqun Kərimovu, həm də dünyaca tanınmış yazıçıları, rəssamları, musiqiçiləri, idmançıları çox fərqli prizmadan görəcək və tanıyacaqsınız.

Kitabda həmin insanlarla birgə maraqlı səyahətə çıxacaqsınız. Coşqun bəyin də kitabda qeyd etdiyi kimi, özünüz də “3D Səyahətinizə”  başlayacaqsınız.

“KVAN”-da daxili motivasiya üçün 7 mühüm sualı müəlliflə birgə cavablandırırsınız. Kitabın başqa kitablardan fərqi odur ki, sonuncu fəsli məhz oxucular yazır. Bu addımı atmaqla həyatınıza sahib çıxmış olursunuz.

Bir sözlə, tamaşaçı olmaq əvəzinə aktiv ifaçı olursunuz.

Kitabı oxuyanda bəlkə də deyəcəksiniz ki, “aaa... mən də belə idim”, “bu nə hadisələrdir ki, mən bundan da çətinlərini, çıxılmaz olanını yaşamışam, amma heç yazmamışam”. Bəli, siz yazmayıbsınız. Siz risk etməyibsiniz. Mən də risk etməmişəm . Amma Coşqun Kərimov risk edib, yaşayıb və ən əsas bunu yazıb. 

Kitabını oxuduqdan sonra Coşqun Kərimovla elə dünən oturub ətraflı söhbət etdik.

Coşqun Kərimovun sözlərinə görə, insanların daxilindəki şübhələr, narahatlıqlar və qorxular onları etmək istədiklərindən uzaqlaşdırır.  Həm də cəmiyyətin basqısı- “sən bunu bacara bilməzsən, səndən əvvəlkilər heç bacarmadı, sən necə  bacaracaqsan? “ kimi   yanaşmaları da insanların risk edib, uğur qazanmasında ciddi maneə törədir.

“Bu gün cəmiyyətdə depsessiya ilə yaşayan  insan çoxdur. Belə insanlar olduqları sahədə özlərini xoşbəxt hiss etmir. İşdə olarkən dəqiqələri sayır ki, canını qurtarıb evə getsin. Onların fikirləri əslində  olmaq istədikləri işdədir.”

Kitabı çapdan öncә sifariş etmiş hәr kәsin adı kitabın arxasında “KVAN-a həyat vermişlər siyahısında” qeyd edilir.

Hazırda ilk 65-səhifəni əldə etmiş oxucuların dəstəyi ilə 500 kitablıq tirajın çapı üçün məbləğ toplanıb.

Kampaniya çərçivəsində www.kitabsiz.az saytına yüklənilmiş PDF-i saytın istifadəçiləri tərəfindən 760+ dəfə yüklənib.

Üstəlik kampaniya çərçivəsində yeni ildə 250+ nəfər də “65 səhifəni” öz mail ünvanlarına göndərərək əldə edib.

Kitabı əldə etmək istəsəniz, www.kvanoxu.com daxil olun və kitabla bağlı fikirləri #kvanoxu həştəqindən izləyin.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Layihələrin maliyyələşdirilməsi üçün yeni platforma yaradılıb

Layihələrin maliyyələşdirilməsi üçün yeni platforma yaradılıb

06-07-2016
 “Daxili Motivasiya -3D Səyahət” mövzusunda  seminar keçirilib

“Daxili Motivasiya -3D Səyahət” mövzusunda seminar keçirilib

16-05-2016
Oracle sevənlər üçün şad xəbər- Azərbaycan dilində  praktik kitab çap olunub

Oracle sevənlər üçün şad xəbər- Azərbaycan dilində praktik kitab çap olunub

14-07-2016
“Bu kitabla proqramlaşdırmanı daha asan öyrənə bilərsiniz”

“Bu kitabla proqramlaşdırmanı daha asan öyrənə bilərsiniz”

27-05-2016
ABB-nin dəstəyi ilə uşaqlar üçün iqtisadiyyat kitabı təqdim edilib

ABB-nin dəstəyi ilə uşaqlar üçün iqtisadiyyat kitabı təqdim edilib

30-05-2025
Rəqəmsal marketinqə aid kitab çap olunub

Rəqəmsal marketinqə aid kitab çap olunub

25-05-2016
Tanınmış yazıçının kitabını elektron variantda oxumaq mümkün olacaq

Tanınmış yazıçının kitabını elektron variantda oxumaq mümkün olacaq

04-02-2011
Ölkəmizi dünyanın məşhur startap yarışmasında təmsil edən gənclərlə görüş

Ölkəmizi dünyanın məşhur startap yarışmasında təmsil edən gənclərlə görüş

25-09-2016
55 dərsə Excel-i öyrənmək imkanı- Yeni kitab nəşr edildi

55 dərsə Excel-i öyrənmək imkanı- Yeni kitab nəşr edildi

15-08-2016
“Jurnalistlər üçün İnformasiya  Texnologiyaları”  kitabı nəşr olunub

“Jurnalistlər üçün İnformasiya Texnologiyaları” kitabı nəşr olunub

25-01-2009
“A-dan Z-yə qədər telexəbər” kitabı nəşr olundu!!!

“A-dan Z-yə qədər telexəbər” kitabı nəşr olundu!!!

05-05-2009
11 yaşındakı uşaqdan Bitcoin kitabı

11 yaşındakı uşaqdan Bitcoin kitabı

27-02-2018
İnformatikada işlədilən terminlərin 3 dildə izahı-Yeni kitab

İnformatikada işlədilən terminlərin 3 dildə izahı-Yeni kitab

28-03-2017
Azərbaycanda İKT ədəbiyyatı nəşr edilib

Azərbaycanda İKT ədəbiyyatı nəşr edilib

28-08-2015
 “İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar” kitabı işıq üzü görüb

“İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar” kitabı işıq üzü görüb

01-08-2013
Müstəqillik Günü münasibətilə “Cümhuriyyət xatirələri” kitabı nəşr edildi   

Müstəqillik Günü münasibətilə “Cümhuriyyət xatirələri” kitabı nəşr edildi  

27-05-2022
Ana dilində Data Analitika: Ms Excel Ms Power BI kitabı çap edilib

Ana dilində Data Analitika: Ms Excel Ms Power BI kitabı çap edilib

07-09-2019
Azərbaycanda kitaba marağın azalma səbəbi nədir?

Azərbaycanda kitaba marağın azalma səbəbi nədir?

03-08-2009
 “Təhsildə İKT kitabı çapdan çıxıb

“Təhsildə İKT kitabı çapdan çıxıb

21-05-2025
Azərbaycan dilində ilk profesional İT kitabı satışda

Azərbaycan dilində ilk profesional İT kitabı satışda

07-12-2010
“İKT sektorunda bir-biri ilə rəqabətə girəcək sahələr varsa, inkişaf olacaq”

“İKT sektorunda bir-biri ilə rəqabətə girəcək sahələr varsa, inkişaf olacaq”

09-12-2016
“Facebook-dan bir qəpik də qazanmamışam”

“Facebook-dan bir qəpik də qazanmamışam”

02-03-2015
Azərbaycanlı mütəxəssisin yazdığı kitab  dünyada maraqla qarşılanır

Azərbaycanlı mütəxəssisin yazdığı kitab dünyada maraqla qarşılanır

12-10-2016
Startap Günləri haqqında iştirakçıların təəssüratları

Startap Günləri haqqında iştirakçıların təəssüratları

11-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə