Previous Next
Bağla

Delta Telecom-dakı yanğının prezidentin ölkədə olmadığı zaman baş verməsi təsadüfdürmü?

24-12-2015 13:44
Delta Telecom-dakı yanğının prezidentin ölkədə olmadığı zaman baş verməsi təsadüfdürmü?

Xəbər verdiyimiz kimi, noyabrın 16-da ölkənin əsas internet təchizatçısı Delta Telecom şirkətində yanğın baş vermişdi. Bunun da nəticəsində ölkədə 6 saat müddətində internet olmamışdı.

İndiyədək bir sıra rəsmi şəxslərin çıxışlarında problemin, yəni yanğına səbəbin  texniki xəta olduğu bildirilirdi.

Bununla belə Xeberler.az və ekspertlər yanğının bu qurumda Telekommunikasiya haqqında Qanunun 39-cu maddəsinə uyğun olaraq quraşdırılan MTN-nin Data Mərkəzi ilə əlaqəli ola biləcəyini vurğulamışdı.

Bir müddət öncə  Delta Telecom-un Baş direktoru Ramazan Vəliyev ANS TV-də çıxış edərkən bu ehtimalların tamamilə həqiqətə uyğun olduğunu bir daha təsdiqlədi.

Bununla belə yanğının hansı ərazidə olması bilinsə də ,əslində hələ də yanğının hansı səbəbdən olması haqqında rəsmi açıqlama verilməyib.

Son günlərdə isə yanğının baş vermə səbəbi ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.

Xeberler.az  AzPolitika.info-ya  istinadən bildirir verir ki,  yanğının birbaşa müdaxilə, təxribat nəticəsində ola biləcəyi haqqında əsaslı şübhələr var.

Belə ki, məlumata görə, MTN Delta Telecom-da yalnız özünün hansısa məqsədlər üçün istifadə etdiyi avadanlığı yerləşdirməklə kifayətlənməyib.

AzPolitika.info bildirib ki, MTN öz avadanlığının yerləşdiyi otaqlara – fiber  optik kabellərin olduğu hissəyə daxil olmaq imkanı olan Delta Telecom-un əmkdaşlarından birini (bəlkə də daha çoxunu-müəl.) hansısa vasitə ilə əməkdaşlığa da cəlb edib. Yəni, şirkət daxilində özünə işləyən, onun əmrini icra edən şəxslər də müəyyənləşdirib. Mənbənin sözlərinə görə, bu fakt da məhz Delta Telecom-da yanğından sonra məlum olub.

Belə ki, istintaq zamanı Delta Telecom-un  fiber optik kabellərin olduğu hissədə çalışan əməkdaşlarından birinin yanğından bir gün qabaq ölkəni tərk etdiyi məlum olub.

Rəsmi açıqlama verilməsə də, hadisənin məhz həmin şəxs tərəfindən törədildiyi ehtimal edilir.

Hazırda axtarışda olduğu deyilən həmin şəxsin ad-soyadını dəqiqləşdirmək cəhdləri isə baş tutmayıb.

Ekspertlər bildirilər ki, əgər təxribat faktı təsdiqlənərsə, məsələ daha da ciddiləşəcək  və tamamilə yeni məqamlar ortaya çıxa bilər.

Belə ki, təxribatın məhz prezidentin ölkədə olmadığı müddətdə həyata keçirilməsi bunun öncədən planlaşdırıldığını göstərir  və ölkədə uzunmüddətli informasiyasızlıq mühiti yaradılmasına, ölkəni qlobal dünyadan təcrid edilməsinə yönəlib.

Bütün bunlar isə şübhələnmək üçün əsaslar verir ki, yanğının törədilməsində təşkilatçıların tamamilə başqa məqsədləri olub.

Xeberler.az bir daha bildir ki,  Delta Telecom-da yanğın  baş verən gündən xeyli müddət ötsə də, onun səbəbləri haqqında hələ də rəsmi açıqlama verilməyib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Delta Telecom-dakı yanğının səbəbləri niyə açıqlanmır?

07-12-2015

Delta Telecom-da baş verən yanğın təxribatdırmı ?

17-11-2015

Mobil internetlə WhatsApp zəngi etmək hələ də mümkün deyil

04-12-2015

Azərbaycan İnternet tarixində ən “qara gün”dür

16-11-2016

16 noyabr tarixdə Delta Telecom-da nə baş verib ?

21-11-2015

Delta Telecom: “Yanğının fəsadları tam aradan qaldırılıb və alternativ sistem qurulub”

03-12-2015

Delta Telecom-dakı yanğında MTN izi

30-11-2015

Delta Telecom mobil rabitə xidməti göstərəcək

23-09-2015

Delta Telecom internetlə bağlı yaranmış problemə aydınlıq gətirib

04-08-2016

Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

25-12-2009

CityNet artıq Delta Telecom-dan internet almır

07-04-2016

Delta Telecom SAZZ provayderini məhkəməyə verdi

23-05-2017

AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

17-11-2015

Data Plus da Delta Telecom-dan ayrılıb?

01-11-2017

İltimas Məmmədov: “Delta Telecom-da avadanlıqların köçürülməsi başa çatır”

20-11-2015

Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

07-12-2016

RYTN Delta Telecom -da baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

17-11-2015

Delta Telecom provayderləri məhkəməyə verəcək

12-01-2016

Delta Telecom-un provayderlərlə borc qalmaqalı nə yerdə qaldı?

29-12-2015

Azərbaycanda bütün rəsmi saytlar dayandı

25-09-2018

Delta Telecom provayderlərin həftəlik və aylıq statistikasını təqdim edib

14-03-2016

«Delta Telecom» şirkəti DATA mərkəzinin yaradılmasını başa çatdırır

27-02-2009

Azərbaycanın ikinci backbone provayderi Azərtelekom alternativlər təklif edir

16-11-2015

WhatsApp-ın zəng funksiyası qismən bərpa olunub

17-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə