Previous Next
Bağla

Deputat:“Elektron xidmətlərin inkişafı qənaətə səbəb olacaq”

29-08-2016 17:39
Deputat:“Elektron xidmətlərin inkişafı qənaətə səbəb olacaq”

Məlumat verdiyimiz kimi, Prezident İlham Əliyev  avqustun  4-də "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncam imzaladı.

Hazırda Vergilər Nazirliyi tərəfindən sərəncamın icrası ilə bağlı ciddi işlər görülür.

Müşahidələrimiz də göstərir ki, sərəncamdan irəli gələrək ölkəmizin vergi sisteminin təkmilləşdirilməsində elektron xidmətlərin inkişafına daha çox üstünlük verilir.

Vergilər Nazirliyi də vurğuladığı kimi,  Azərbaycanda rəqəmsal ticarətin vergiyə cəlb olunması və transfert qiymətləri ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi məsələsi üzərində də işlər davam edir.

Son vaxtlar Vergilər Nazirliyi əsasən elektron, rəqəmsal ticarət istiqamətində vergi sistemin beynəlxalq standartalara uyğunlaşdırılması istiqamətində ciddi addımlar atır.

Ölkəmizdə bu istiqamətdə görülən işlərlə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili Xeberler.az-a bildirib ki, Azərbaycanın rəqəmsal  ticarətindəki Elektron xidmətlərin inkişafı Ümum Daxili Məhsulun (ÜDM) 2%-i həcmində iqtisadi qənaətə səbəb ola bilir.

Onun sözlərinə görə, Azərbaycanda vergi toplama sistemi maliyyə effektivliyinə görə dünyadakı ən effektiv toplama sisteminə çox yaxındır:

“Dünyada ən effektiv vergi(rüsum) yığılma sistemi Estoniya sistemi sayılır. Hər 100 avro vəsaitin toplanması üçün estonlar 0.4 avro xərcləyirlər (vergi və gömrük orqanlarının saxlanmasına büdcədən sərf olunan vəsait). Bu cür effektivliyə estonlar elektron xidmətlərin maksimal tətbiqi sayəsində nail olublar”.

Millət vəkili qeyd edib ki, Azərbaycanın vergi sistemi adı çəkilən ölkələrin vergi sisteminə çox yaxındır:

 “Azərbaycanda 2015-ci il üzrə büdcə rəqəmlərini təhlil etdikdə vergilərin(rüsumların) yığılmasının effektivlik əmsalı (büdcədən vergi və gömrük orqanlarının saxlanmasına ayrılan bütün vəsaitin büdcəyə yığılan vergi və gömrük rüsumlarına nisbəti) 0.46 dır. Yəni, hər 100 manat vəsaitin toplanması üçün büdcədən 0.46 manat xərclənir. Bu o demək ki, Azərbaycanda olan vergi toplama sistemi maliyyə effektivliyinə görə Estoniyaya, yəni, dünyadakı ən effektiv vergi yığılma sisteminə çox yaxındır. Müqayisə üçün deyək ki, vergi yığılmanın effektivlik əmsalı Türkiyədə 0.7, İtaliyada 1.0, Fransada 1.3, Almaniyada 1.4, Slovakiyada isə 3.0 dır. Bütün bunlarla yanaşı, ölkələr bu effektivlik əmsalını daim yaxşılaşdırmaq yollarını axtarır. Təkmilləşdirmə yollarından ən əsaslarından biri elektron xidmətlərin inkişafı sayılır. Avropa Birliyi Komissiyalarının hesablamalarına görə Elektron Xidmətlər və Elektron Sənəd Dövriyyəsinin (kağızdan imtina) tam tətbiqi Avropa Birliyi ölkələrinin iqtisadiyyatlarında ÜDM-in 2% -i həcmində qənaətə səbəb olacaq”.

Tahir Mirkişili hesab edir ki,  bu beynəlxalq təcrübəni ölkəmizdə də tətbiq etsək, elektron xidmətlərin inkişafı Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək:

“ÜDM-in 2%-i və ya bütün hüquqi şəxslərin mənfəət vergisi həcminin 50% -i həcmində qənaətə səbəb ola bilər. Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə Azərbaycanda hüquqi şəxslərin mənfəət vergisinin ümumi həcmi ölkənin ÜDM-nin 4% həcmində olub. Bu qanunauyğunluğu ölkəmizə də tətbiq etsək, elektron xidmətlərin inkişafı Azərbaycan iqtisadiyyatında ÜDM-in 2%-i və ya bütün hüquqi şəxslərin mənfəət vergisi həcminin 50% -i həcmində qənaətə səbəb ola bilər. Bu isə mütləq ifadədə 1 milyard 100 milyon manat qənaət və ya əlavə investisiya dəyəri deməkdir”.

Millət vəkili xatırladıb ki, bu ilin avqust ayının 4-də ölkə Prezidentinin imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamı yuxarıda deyilən məsələləri də hədəfləməklə ölkə iqtisadiyyatında böyük artıma səbəb olacaq:

“Aparılan islahatların iqtisadiyyata verdiyi əlavə dəyərlər, yuxarıda göstərildiyi kimi, hələ təkcə bir istiqamətdə milyardlarla manat dəyərində ölçülməkdədir”.

 

 

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron ticarətdən vergi tutulacaq

10-08-2016

Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

05-09-2016

Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb

21-12-2016

Süni intellekt modulları əsasında informasiya sistemləri qurulacaq

15-02-2024

Vergi inzibatçılığı təkmilləşdirilir-Sərəncam

05-08-2016

“Vergilər üzrə elektron xidmətlərin sayı artacaq”

28-07-2015

Vergi ödəyiciləri üçün elektron xidmətlər təkmilləşdirilir

25-09-2015

İnternet ticarətdə vergi nəzarətini gücləndirir

29-12-2010

Blokçeyn texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu artır

11-12-2018

Azərbaycanda vergi sahəsində yeni interaktiv e-xidmətlər tətbiq ediləcək

11-02-2023

E- ticarətin vergiyə cəlb olunmasının səmərəli mexanizmi yaradılır

02-09-2016

Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

07-01-2011

Vergilər Nazirliyi 59 növ elekton xidmət göstərir

09-02-2015

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015

Azərbaycan və Estoniya əməkdaşlıq məsələlərini müzakirə edib

03-12-2025

"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

19-02-2025

Nazirliyə elektron müraciətlərin sayı artıb

07-02-2015

Vergilər nazirliyinin E-qeydiyyat sistemi istifadəyə verilib

01-07-2011

Böyük Britaniya şirkəti elektron qaydada vergi uçotuna alınıb

22-04-2025

Vergi inzibatçılığında tətbiq edilən ən son yeniliklər

16-06-2017

“İKT məhsulların ixracına fərqli vergi tətbiq olunmalıdır”

09-09-2016

Çağrı Mərkəzindən 17 mindən çox müraciət cavablandırılıb

11-03-2015

“Elektron cinayət işi” sistemi təqdim edilib-Foto

10-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə