“Davamlı iqtisadi inkişaf innovativ ideyalar üzərində gerçəkləşə bilir”

19-09-2016 / 10:37

“Bu gün həyatımızı İKT olmadan təsəvvür etmək qeyri-mümkündür. Artıq hər bir sahədə informasiya texnologiyaların imkanlarından istifadə edilir. İKT artıq bir sektor olmaqdan çıxaraq digər sektorlara əlavə dəyər yaradan vasitəyə çevrilməkdədir.  Bu da o deməkdir ki, innovativ ideyalar toplusu olan İKT katalizator rolunu oynamağa başlayıb”.

Bu barədə Xeberler.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili  dünyada və Azərbaycanda İKT-nin inkişafı və imkanlarından danışarkən deyib.

Millət vəkili vurğulayıb ki, bu gün İKT artıq hər bir sahədə əlavə dəyər yaradan vasitəyə çevrilməkdədir:

“Bu sahə artıq sektor olmaqdan çıxıb. Dünyada bu sahə sürətlə inkişaf edir. Artıq İKT yalnız texnologiyalardan ibarət deyil. Demək olar ki, həyatımızın bütün sahələrində texnologiyaların imkanlarından istifadə edilir. Ölkəmizdə bu sahənin inkişafı üçün böyük potensial var. Şəffaflığın və hesabatlılığın artırılması yalnız İKT alətlərinin tətbiqi ilə mümkündür. Məlumdur ki, hazırda dünyada 4-cü sənaye inqilabı baş verir. Bu inqilabın əsas məqamı insanı fiziki deyil, əqli işlərlə məşğul olmasına nail olmaqdır. Ənənəvi peşə ixtisasları məhv olmaqdadır. Belə bir şəraitdə İKT mütəxəssislərinə maraq daha da artır”.

Millət vəkili xatırladıb ki, son 10 ildə  Azərbaycanda da İKT-yə xüsusiən dövlət tərəfindən böyük diqqət ayrılır  və bu istiqamətdə görülən işlər ölkəmizdə bu sahənin inkişafını sürətləndirib:

Onun sözlərinə görə, bu gün dünyada ən çox tələb olunan ixtisaslar proqramçılıq, İT mühəndislik kimi texnoloji və tətbiqi ixtisaslardır. Bir çox ölkələr bu sahələrin inkişafından böyük gəlirlər əldə edir:

“Belarusiya hər il proqram məhsulları ixracından 1 milyard, Ukrayna 2,5 milyard dollar gəlir əldə edir. Bizdə də bu sahələrdə çalışan mütəxəssislərə yüksək məvaciblər verilir və ən çox tələb olunan ixtisaslardır. Bu, dünyanın hər yerində belədir. Bu sahələrin inkişafının böyük prespektivləri  var”.

Deputat qeyd edib ki, bu gün Azərbaycan iqtisadiyyatı yenidən qurulur, qeyri-neft sektoru sürətlə inkişaf etdirilir.

O hesab edir ki, indiki dövrdə iqtisadiyyatda aparıcı qüvvə insan amildir:

“Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə dərin iqtisadi islahatlar aparılır. İslahatlarn əsas məqsədlərində biri də müasir texnologiyalara və biliklərə əsaslan dayanıqlı iqtisadiyyatın formalaşdırılmasıdır. Müasir iqtisadiyyatda aparıcı və yaradıcı amil insan amildir. İnsan amilinin də ən sürətli inkişaf etdiyi və reallaşdığı sahə İKT-dir. İKT isə ideya olmadan inkişaf edə bilməz. İdeyalar əsasən təhsil müssisələrində gənclər tərəfindən formalaşır. Bu baxımdan dünayda məşhur olan bir təhsil ocağının – STEP İT Akademy-nin Azərbaycanda da fəaliyyətə başlaması bütövlükdə Azərbaycanın iqtisadiyyatında öz müsbət töhfəsini verəcək”.

Tahir Mirkişili xatırladıb ki, bu yaxınlarda ABŞ-da, Kanadada, Almaniyada startap vizaların verilməsinə başlanılması ilə bağlı  qərarlar bir daha göstərir ki, güclü iqtisadiyyata malik olan ölkələr belə iqtisadiyyatın davamlı inkişafını təmin etmək üçün ideyaların aparıcı rola malik olacaqlarını proqnozlaşdıraraq bütün ideya daşıyıcılarını öz ölkələrinə toplamağa çalışır.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə