Previous Next
Bağla

Mastercard kiber hücumlardan zərər çəkənlərə yardım edəcək

16-10-2019 10:49
Mastercard kiber hücumlardan zərər çəkənlərə yardım edəcək

Xeberler.az bildirir ki, kiber hücumların artan təsirlərini aradan qaldırmaq üçün yaradılan Kiber Sülh İnstitutu həssas icmalara yardım edərək şəffaflığı təşviq edəcək və kiber məkanda qəbul edilmiş davranışlar barədə müzakirələri genişləndirəcək.

Kiber Sülh İnstitutu - böyük kiber hücumların artan təsirlərini aradan qaldırmaq məqsədilə yaradılmış müstəqil QHT-dir. O, kiber məkanda münaqişələrin azaldılması, sülh və sabitliyin artırılması üçün edilən qlobal səylərin nəticəsidir. Öz missiyasını yerinə yetirmək üçün Kiber Sülh İnstitutu üç əsas funksiyaya köklənəcək:

Yardım: Kiber hücumların qurbanları üçün bərpa səylərini koordinasiya etmək və həssas icmalara və təşkilatlara hücumlara qarşı daha möhkəm olmaqda köməklik göstərmək.

Hesabatlılıq: Zərəri qiymətləndirmək və problemə böyük həcmdə şəffaflıq təmin etmək də daxil olmaqla, kiber hücumların təhlili, araşdırması və təhqiqatını asanlaşdırmaq və bununla da hər kəsi hücuma qarşı hərəkətə keçmək üçün daha yaxşı məlumatla təmin etmək.

İnkişaf: Beynəlxalq hüquq və qaydalara riayəti gücləndirməklə, kiber məkanda məsuliyyətli davranışı inkişaf etdirmək.

Kiber hücumların bütün dünya üzrə insanlara və mülki infrastruktura vurduğu zərər hər zamankından daha çoxdur. Ən zərərli hücumlar bizneslərin məhvinə, iqtisadiyyatların çöküşünə və xəstəxanaların bağlanmasına gətirib çıxarıb. Bu yaxınlarda kiber hücum nəticəsində yerli hökümət idarələrinin fəaliyyətini dayandı, elektrik şəbəkələri və seçki infrastrukturu təhlükə altına düşdü.

Kiber Sülh İnstitutuna hazırda Avropa daxilində İnternet İstinadı İdarəsinin başçısı olan və Avropa Kiber Cinayət Mərkəzinin yaradılmasında müstəsna rolu olmuş Stefan Duquin rəhbərlik edəcək. Avropa Parlamentinin hazırki üzvü Marietye Şaake Kiber Sülh İnstitutunun Prezidenti və Məşvərət Şurasının Sədri vəzifələrini icra edəcək.

Bundan əlavə, o, bu yaxınlarda Stanfordun Kiber Siyasət Mərkəzinə və onun Süni İntellekt İnstitutuna qoşulub. “Kiber hücumlar nəticəsində yaranan qlobal nasazlıqlar sülh vaxtı insanları hədəf alan gizli təhlükənin simptomlarıdır. Həssas icmalar arasında möhkəmlik yaratmaq, hücum edənlərin zərərli fəaliyyətlərini işıqlandırmaq və kiber məkanda məsuliyyətli davranış barədə məlumatlandırma işləri aparmaq üçün bizə konkret həllər lazımdır. Kiber Sülh İnstitutunun akademik mühiti, vətəndaş cəmiyyətini, hökümətləri və sənayeni kiber məkanda kollektiv sülh axtarışına cəlb etməsini səbrsizliklə gözləyirəm.” - deyə Duquin bildirib.

“Mülki şəxslər kiber hücumlara məruz qalmaq baxımından daha böyük risk altındadırlar. Biz bu hücumları azaltmalı və kiber məkanda sülhə köklənməliyik. Kiber Sülh İnstitutunun prezidenti olaraq, qlobal gündəmə töhfə verməyi səbrsizliklə gözləyirəm,” - deyə Şaake vurğulayıb.

İnstituta 8 üzvdən ibarət idarə və 14 üzvü olan məşvərət heyəti rəhbərlik edəcək. Öz missiyasını icra etmək üçün Kiber Sülh İnstitutu növbəti aylarda mütəxəssislər və maraqlı tərəflərlə görüşlər keçirəcək və onları əməkdaşlığa cəlb edəcək. Onların əsas işi bütün dünya üzrə dövlət və özəl sektorla, vətəndaş cəmiyyəti və akademik mühit ilə tərəfdaşlıq qurmaq olacaq.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kiber hücumların sayı artıb

11-07-2018

MHM-də Kiber Hücumların Simulyasiya Laboratoriyası yaradılıb

16-07-2021

Bank hakerlərin hücumuna məruz qalıb

13-07-2018

Müdafiə Nazirliyində kiber ordu yaradılır

16-09-2015

Kaspersky “Şifrəni dəyiş” adlı podkast təqdim edib

10-06-2021

Türkiyədə Kiber Təhlükəsizlik İdarəsi qurulub

08-01-2025

Kiberhücumlara qarşı yeni qurum yaradılıb

23-04-2022

CYBERO Kibertəhlükəsizlik Mərkəzi .az zonası üzrə kiber hücumların monitorinqini aparıb

05-01-2019

İlqar Musayev: "Azərbaycana çoxlu sayda kiberhücum olur, lakin hamısını açıqlaya bilmirik"

25-09-2024

Azərbaycan universitetləri arasında “Kiber klub” yaradılıb

17-03-2022

Ağ Ev kiber hücuma məruz qaldı

09-04-2015

KasperskyOS Night yay konfransını Yevgeni Kasperski açıq elan edəcək

25-06-2021

Kiber-cinayətkarlar ötən il şirkətlərə 1 trln. zərər vurub

02-02-2009

Kiber-təhlükəsizlik bir ildə dünyaya 445 milyard dollara başa gəlir

16-09-2015

Azərbaycan beynəlxalq kibertəhlükəsizlik təlimə qatılacaq

16-12-2019

Dövlət Xidmətindən İcbari Sığorta Bürosuna kiberhücumla bağlı açıqlama

20-06-2022

Avropa İttifaqı kiber təhlükəsizliyin təmin olunmasına 55 milyon avro ayıracaq

28-10-2008

Bakıda kibertəhlükəsizlik üzrə seminar keçiriləcək

07-09-2010

Deputat: “Azərbaycanda kibertəhlükəsizlik qüvvələrinin yaradılmasına ehtiyac var”

08-06-2016

Bu il şirkətlərə qarşı kiber-hücumların sayı iki qat artıb

25-12-2015

Kaspersky Paris Çağırışı təşəbbüsü işçi qrupun həmsədri olub

05-03-2021

İsrail Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa maraqlıdır

03-02-2020

Azərbaycanı Hədəf Alan Kiber Təhdid Qrupları Haqqında Hesabat hazırlanıb

28-12-2024

Azərbaycanda şirkətlər niyə kiber hücuma məruz qalır?

09-11-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə