Previous Next
Bağla

Dilarə Rüstəmzadə: “Dünya nəhəngləri ilə rəqabət aparmaq qürurvericidir”

04-11-2016 15:57
Dilarə Rüstəmzadə: “Dünya nəhəngləri ilə rəqabət aparmaq qürurvericidir”

Azərbaycan dünyaya müxtəlif vasitələrlə inteqrasiya olunur. Bu mənada böyük önəm kəsb edən sahələrdən biri də internetdir. Kiçik bir araşdırma nəticəsində Azərbaycanı qlobal miqyasda təmsil edən, aylıq 10 milyondan artıq istifadəçiyə xidmət göstərən yerli veb-layihənin varlığından xəbər tutduq. 

Bununla bağlı müsahibimiz məhz elə həmin şirkətin - Azscore.com-un layihə meneceri Dilarə Rüstəmzadədir:

- Dilarə xanım, ilk növbədə şirkətin fəaliyyəti haqqında qısaca məlumat verərdiniz

- Şirkət 2007-ci ildən livescores.biz adı altında fəaliyyət göstərməkdədir. Layihənin qlobal bazardakı uğurlu nəticələrini gördükdən sonra daha böyük hədəflərə çatmağın mümkün olduğunu anladıq və bu ilin iyun ayından etibarən rebrendinq işləri apararaq şirkətin adını azscore.com ilə əvəzləmək qərarına gəldik. Azscore.com olaraq real vaxt rejimində futbol oyunlarının nəticələri - hesab, qırmızı və sarı vərəqə datası, qol haqqında avtomatlaşdırılmış detallar - barədə məlumatları istifadəçilərimizə çatdırırıq. Bununla yanaşı, dünənki, bugünkü, sabahkı, habelə təqvimdə istənilən tarix axtarışı üzrə futbol maçları haqqında məlumatları da təqdim edə bilirik. Qeyd edim ki, sistem hal-hazırda veb, tablet, mobil, eləcə də Android və İOS proqram təminatı şəklində futbolsevərlərin istifadəsinə buraxılıb.

- Rebrendinq zamanı niyə məhz “Azscore” adına üstünlük verdiniz?

- Bilirsiniz ki, ölkəmizin xaricdə təqdimatı istiqamətində böyük işlər görülür. Biz də öz növbəmizdə, elektron layihə olaraq Azərbaycanı tanıtmaq məqsədi ilə “Az” önlüyünü seçdik. Bundan başqa “Azscore” qlobal sferada “A-dan Z-yə bütün nəticələr kimi” də qəbul olunur.

- Fəaliyyətdə olduğunuz müddət ərzində hansı problemlərlə üzləşmisiniz?

- Biz startap olaraq işə başlamışıq. Əlbəttə ki, bu inkişaf yolunda etibarlı komanda üzvlərinin seçimində çətinliklərimiz olub. “Azscore” qlobal bazara birbaşa çıxışı olan və müəyyən bir gəlirə malik böyükmiqyaslı layihədir. Odur ki, komanda üzvlərinin potensialı bu kriteriyalara cavab verməlidir. Bununla yanaşı, sayta giriş sayı gündən-günə artdığına görə server problemləri ilə qarşılaşırdıq. Qeyd edim ki, artıq daha güclü serverlərə keçməklə çətinliyi aradan qaldırmışıq.

- Hazırda saytın istifadəçilərinin sayı nə qədərdir?

- Dünyanın ən etibarlı hesablayıcılarından sayılan “Google Analytics”in statistiki göstəricilərinə əsasən deyə bilərəm ki, Azscore.com-a gündəlik 400-600 min arası ziyarətçi daxil olur.

- Bu qədər böyük istifadəçi kütləsi olmasına baxmayaraq, “Azscore” niyə ölkə daxilində az tanınır?

- Daha öncə də qeyd etdiyim kimi, “Azscore” qlobal bazara hədəflənmiş bir layihədir və bu səbəbdən istifadəçilərimizin demək olar ki, 99%-ini xarici ölkə vətəndaşları təşkil edir. Lakin rebrendinqdən sonra yerli bazara xidmət göstərməyi və futbolsevərlərimizin qarşısına daha güclü, daha etibarlı data ilə çıxmağı özümüzə məqsəd qoymuşuq.

- Azərbaycan bazarının kiçik olması, gəlir mənbələrinin məhdudluğu dünya bazarına yönəlməyinizdə əsas faktordurmu?

- Əlbəttə, bu amili inkar etmək olmaz. Lakin gəlir mənbələrinin az olması heç də ən əsas faktor deyil. Daha çox gəlir əldə etmək üçün daha çox təcrübəyə malik olmaq lazımdır. Bunun üçün də bizə yalnız dünya bazarının təcrübəsi – tələbat, yeniliklər, yaranan xətaların həlli yolları - kömək edə bilərdi. Artıq kifayət qədər praktikaya malik olduğumuzu deyə bilərik. Yalnız bundan sonra yeni gəlir mənbələrini araşdırmağa başladıq. Bu yolda yerli bazara giriş ilk hədəflərimizdən biridir.

- Livescore.com, Flashscore.com kimi nəhənglərlə mübarizə aparmaq çətin deyilmi? Ümumiyyətlə, bazarda rəqabəti necə tənzimləyirsiniz?

- Çətin yox, maraqlı deyərdim. Dünya nəhəngləri ilə rəqabət aparmaq qürurvericidir. İstifadəçi məmnuniyyəti bizim üçün həmişə prioritet məsələ olub. Bu səbəbdən də daim yeniliklər üzərində işləyirik. Həmçinin digərlərindən üstün olan tərəflərimiz var ki, onları ön plana çıxarmaqla rəqiblərimizi qabaqlamağa çalışırıq və deyim ki, bunun öhdəsindən layiqincə gəlirik.

- Bu yaxınlarda Prezident İlham Əliyev Azərbaycanda idman mərc operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görülməsi ilə bağlı fərman imzaladı. Aydın məsələdir ki, canlı futbol nəticələrini Azscore.com-dan öyrənmək istəyənlərin müəyyən hissəsini mərcsevərlər təşkil edir. Sizcə, bu addım saytın izləyici itirməsinə səbəb olacaqmı?

- Fikrimcə, çox yerində verilmiş qərardır. Ölkə ərazisində qanunsuz mərc oyunlarının qadağan olunmasını doğru addım hesab edirəm. Onsuz da yerli mərcsevərlərin böyük əksəriyyəti Azərbaycanın yeganə qanuni idman mərc oyunları operatoru olan “Topaz”a üstünlük verir. İstifadəçi sayına gəlincə, bunun bizim sayta təsir edəcəyini düşünmürəm.

- Son olaraq, gələcəklə bağlı planlarınıza nələr daxildir?

- Hazırda sistem demək olar ki, bütün platformalarda fəaliyyət göstərir. Lakin inkişaf sxemimizdə bir çox hədəf nöqtələrimiz var. Onlardan biri böyük həcmli məlumat bazası təqdim etməkdən ibarətdir. Belə olan halda, müştərilərimizin sayı artacaq. Təbii, bu, həm də tələb və iş həcminin artımı deməkdir. Qısası, daha böyük uğurlara imza atmaq üçün inadla və həvəslə fəaliyyətimizi davam etdiririk.

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

MilliNet 2017 Nominantları hansı saytlardır?

11-12-2017

MilliNet-də Nominant olan növbəti mobil tətbiqlər

14-12-2017

“Mobil tətbiqlər biznesin inkişafına təkan verir”

30-03-2015

"İnternet portallarında qanunsuz idman mərc oyunları reklam edilir"

16-02-2023

“Kimlərin hazırlamasından asılı olmayaraq “Fatal Fight” Azərbaycanın məhsuludur”

11-02-2015

DİN qumar oyunlarında iştirak edən şəxslərə qarşı əməliyyatlar keçirib

21-11-2025

Sosial şəbəkədə qumar oyunlarını reklam edənlər saxlanılıb

07-11-2025

Delta Telecom mobil internet bazarında haqsız rəqabət yarada bilərmi?

14-10-2015

“Xarici investorların Azərbaycan bazarına yatırım etməsinə çalışırıq”

29-01-2016

Yerli və təbii balın onlayın satışı- Mr.Bee

22-01-2016

Kim sevirsə idmanı, həmişə sağlamdır canı - Rubrika

16-05-2015

Startapın uğur əldə etməsi məkandan asılıdırmı?

20-04-2015

“Azərbaycanın yerli İT məhsullarını istehsal edəcəyik”

07-12-2015

Məmməd Kərim: “Regionun startap ekosistemində risk sərmayəsi mədəniyyəti formalaşır”

03-09-2025

Güclü e-hökumət olan ölkədə stabillik hökm sürür

30-01-2015

Xarici startapları ölkəyə gətirək, yoxsa yerli startapları dəstəkləyək?-Müzakirə

10-10-2016

Azərbaycanda qanunsuz mərc oyunlarının fəaliyyəti məhdudlaşdırılacaq

24-05-2023

“Koreyada investorlar layihədən çox komandaya yatırım edir”-Müsahibə

10-05-2016

Əzizlərinizə sevgi daşıyan onlayn platforma-Buket.al

06-02-2017

Azərbaycanda e-ticarət sahəsində ciddi mütəxəssis çatışmazlığı var

16-12-2022

Xidmət rəisi: Azərbaycana kiberhücumların sayı çoxalıb

05-03-2019

Avropa Oyunları İnternet biznesə necə təsir edə bilər?

24-04-2015

PAŞA Bank: Məqsədimiz şirkətlərə yardım etməkdir

23-04-2019

Startapçılarımız informasiyanın əldə edilməsini asanlaşdıran yeni sistem yaradıb

22-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə