Layihə uşaqlar üçün nəzərdə tutulmuş beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında həyata keçirilir
Azercell şagird və valideynlər üçün “Təhlükəsiz internet” layihəsinə start verir. Layihənin məqsədi şagirdləri onlayn təhdidlər barədə, valideynləri isə övladlarının onlayn məkanda üzləşə biləcəkləri təhlükələrlə bağlı maarifləndirmək və mübarizə yolları haqqında məlumat verməkdir. “Təhlükəsiz internet”in Bakı, Sumqayıt, Naxçıvan, Lənkəran, Saatlı, Quba, Goranboy və İsmayıllı şəhərlərində həyata keçirilməsi nəzərdə tutulub.
Uşaqlar üçün nəzərdə tutulmuş sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçiriləcək dərslərdə iştirakçılar aşağıdakı mövzularla tanış olacaqlar:
Layihə çərçivəsində keçiriləcək dərslər “GID CSR Consulting”in peşəkar təlimçiləri tərəfindən aparılacaq. “Təhlükəsiz internet”də 300-dən çox uşaq və 100-dən çox valideynin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, Azercell 2016-cı ildən mütəmadi olaraq, uşaqlar və onların valideynləri üçün internet təhlükəsizliyi haqqında maarifləndirici layihələr həyata keçirdir. Bu illər ərzində 1500-dən çox internet istifadəçisi bu cür layihələrdən yararlanıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri