Previous Next
Bağla

DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib

11-12-2018 15:11
DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib

Dövlət sosial xidmətlərində tam şəffaflığın, operativliyin, nəzakətliliyin təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunması Prezident İlham Əliyevin sosial siyasətinin əsas hədəflərindən biridir.

Dövlət başçısının “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 10 dekabr 2018-ci il tarixli Fərmanı bu məqsədlə ölkəmizdə bir yenilik olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) və “DOST” mərkəzlərinin qurulması, eyni zamanda fəaliyyəti üçün əsas hüquqi platformanı təmin edir.

Xeberler.az  bildirir ki, nazirlikdən verilən məlumata görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan “DOST” layihəsinin reallaşdırılması əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin “bir pəncərə”dən, tam şəffaf, vətəndaşlarla açıq iş şəraitdə, nəzakətli şəkildə, sadə və əlçatan prosedurlarla təqdim edilməsinə imkan yaradacaq.

Fərmanla DOST Agentliyinin Nizamnaməsi, Agentliyinin strukturu, “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı və həmin mərkəzlərdə xidmət göstərilməsi Qaydası təsdiq edilib. Agentliyin Nizamnaməsinə görə, Agentlik “DOST” mərkəzlərinin idarə edilməsini, onların fəaliyyətinə nəzarət və qiymətləndirməni həyata keçirən, məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin həmin mərkəzlərdə göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə hüquqi və fiziki şəxslərə təqdim olunan xidmətlərin inkişafı, təkmilləşdirilməsi və həmin xidmətlərin göstərilməsində şəffaflığın artırılması ilə bağlı tədbirlər görəcək. Qurumun vəzifələri sırasına “DOST” mərkəzlərinin fəaliyyətinə xüsusən gənc mütəxəssislərdən və tələbələrdən ibarət olmaqla könüllülərin cəlb edilməsi, onların həvəsləndirilməsi üçün tədbirlərin görülməsi, bu məqsədlə təhsil müəssisələri ilə əməkdaşlıq edilməsi də daxildir. Nizamnamədə Agentliyin idarəetmə orqanları kimi Müşahidə Şurası və İdarə Heyəti müəyyən olunub.

Dövlət başçısının 10 dekabr 2018-ci il tarixli Fərmanında Agentliyin nizamnamə fondunun 10 milyon manat olmaqla, dövlət büdcəsinin vəsaiti hesabına formalaşdığı, Agentliyinin aparatının işçilərinin say həddinin 312 ştat vahidi olduğu müəyyən edilib. “DOST” mərkəzləri işçilərinin say həddinin, onların göstərdiyi xidmətlərin həcmi nəzərə alınmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edildiyi bildirilir.

Fərmanla təsdiq edilən DOST Agentliyinin strukturuna Agentliyin Aparatı və “DOST” mərkəzləri daxildir. “DOST” mərkəzlərində göstəriləcək xidmətlərin Fərmanla təsdiq edilən siyahısında isə Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi, əmək münasibətləri, əlillik və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi, məşğulluq, əmək pensiyası və sosial müavinət, ünvanlı dövlət sosial yardımının, sığortaolunanların fərdi uçota alınması və uçotdan çıxarılması, sosial xidmət sahəsində göstərilən xidmətlər, funksional yardımçı xidmətlər üzrə 124 xidmət yer alıb.

“DOST” mərkəzlərində xidmət göstərilməsi Qaydasına görə, Mərkəzdə xidmətlər birbaşa (yerində) xidmət, özünəxidmət, “çağrı mərkəzi” vasitəsilə xidmət və səyyar xidmət formasında təşkil edilir. Birbaşa (yerində) xidmət – vətəndaşın müraciətinə əsasən, ona bilavasitə mərkəzdə xidmət göstərilməsini, özünəxidmət – mərkəzdə daim internetə açıq olan kompüterlər və ya mərkəzdə quraşdırılmış xüsusi köşklər vasitəsilə vətəndaşların bütün növ elektron xidmətlərdən yararlana bilmək imkanını, “çağrı mərkəzi” vasitəsilə xidmət isə - vətəndaşın mərkəzə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat almaq, növbə tutmaq, Nazirliyin və mərkəzin fəaliyyəti ilə bağlı təkliflər bildirmək imkanını nəzərdə tutur.

Mərkəzdə xidmətlər Nazirliyin müəyyən etdiyi inzibati ərazi vahidi (vahidləri) üzrə, həftənin bütün günləri (bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) və bir-biri ilə qarşılıqlı əlaqədə informasiya texnologiyalarından geniş istifadə etməklə göstərilir. Göstərilən xidmətlə bağlı müraciətə baxılma və həmin müraciətin nəticəsinin rəsmiləşdirilməsi müraciət edildiyi vaxt mümkün olduğu hallarda, qərar yerində qəbul edilərək vətəndaşa təqdim olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
DOST mərkəzlərində hazırda 160-dan çox xidmət göstərilir

DOST mərkəzlərində hazırda 160-dan çox xidmət göstərilir

26-03-2025
DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib

DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib

14-03-2025
DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

17-12-2021
DOST rəsmi internet saytını təqdim edib

DOST rəsmi internet saytını təqdim edib

21-05-2020
Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

20-08-2024
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

30-10-2025
Dövlət sosial xidmətləri üzrə e-sosial internet portalı iki ay ərzində hazır olacaq

Dövlət sosial xidmətləri üzrə e-sosial internet portalı iki ay ərzində hazır olacaq

14-09-2018
DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

03-10-2024
DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

29-12-2024
DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

18-04-2025
Türkiyənin nümayəndə heyəti DOST Agentliyi və mərkəzi ilə tanış olublar

Türkiyənin nümayəndə heyəti DOST Agentliyi və mərkəzi ilə tanış olublar

08-11-2019
Ötən ay DOST mərkəzlərində 84 min vətəndaşa xidmət göstərilib

Ötən ay DOST mərkəzlərində 84 min vətəndaşa xidmət göstərilib

20-02-2025
DOST xidmətlərinin sayı artaraq 162-ə çatıb

DOST xidmətlərinin sayı artaraq 162-ə çatıb

02-01-2026
DOST mərkəzlərində əhaliyə proaktiv xidmətlər də göstəriləcək

DOST mərkəzlərində əhaliyə proaktiv xidmətlər də göstəriləcək

03-12-2018
Ötən ay DOST mərkəzlərində 86 min vətəndaşa xidmət göstərilib

Ötən ay DOST mərkəzlərində 86 min vətəndaşa xidmət göstərilib

16-02-2026
Bakutel sərgisində DOST Mərkəzi xidmət göstərir

Bakutel sərgisində DOST Mərkəzi xidmət göstərir

03-12-2019
Son dörd ayda DOST mərkəzlərində 335 min vətəndaşa xidmət göstərilib

Son dörd ayda DOST mərkəzlərində 335 min vətəndaşa xidmət göstərilib

20-05-2026
DOST Məsləhəti proqramı fəaliyyət göstərəcək

DOST Məsləhəti proqramı fəaliyyət göstərəcək

27-02-2019
Yanvar-avqust aylarında DOST mərkəzlərində 506 min vətəndaşa xidmət göstərilib

Yanvar-avqust aylarında DOST mərkəzlərində 506 min vətəndaşa xidmət göstərilib

17-09-2024
Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib

24-01-2026
DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

20-08-2025
On ayda DOST mərkəzlərində 739 min vətəndaşa xidmət göstərilib

On ayda DOST mərkəzlərində 739 min vətəndaşa xidmət göstərilib

17-11-2025
DOST mərkəzlərində 300 min vətəndaşa xidmət göstərilib

DOST mərkəzlərində 300 min vətəndaşa xidmət göstərilib

15-05-2025
9 ayda DOST mərkəzlərində 658 min vətəndaşa xidmət göstərilib

9 ayda DOST mərkəzlərində 658 min vətəndaşa xidmət göstərilib

16-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə