2025-ci il 5 dekabr tarixində Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində Startap Azərbaycan platformasının tərəfdaşlığı ilə “Startap Günləri” tədbirinin açılış mərasimi keçirilib. Tədbir innovativ ideyalara maraq göstərən tələbələrin, mentorların və ekspertlərin iştirakı ilə yüksək dinamika və aktivlik şəraitində baş tutub.
Xeberler.az bildirir ki, açılış nitqi ilə Startap Azərbaycan platformasının rəhbəri Osman Gündüz çıxış edərək ölkədə startap ekosisteminin inkişafı, gənclərin innovativ təşəbbüslərə cəlb olunması və bu tip tədbirlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Ardınca Azərbaycan Texniki Universitetinin Maliyyə-təsərrüfat işləri üzrə prorektoru Rəşad Əliyev və Sabah qruplarının dekanı Aytən Şıxəliyeva çıxış edərək tələbələri qarşıdakı iki gün ərzində gözləyən proqram və qiymətləndirmə meyarları barədə məlumatlandırıblar.
Tədbirin davamında AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev Startap Günlərinin gedişatı haqqında ətraflı məlumat verib. O, bütün proses boyu tələbələrə moderatorluq edərək onların təqdim etdiyi yeni startap ideyalarını dinləyib, həmçinin ideyalar arasında keçirilən yarış mərhələsinə rəhbərlik edib. Bu mərhələdə iştirakçıların qısa təqdimatlarından sonra səsvermə aparılıb və ən perspektivli ideyalar müəyyənləşdirilib.
İlk günün əsas hissəsi startap ideyaları üzrə yarışa həsr olunub. Tələbələr tərəfindən ümumilikdə 43 innovativ ideya təqdim olunub. Ekspert və tələbə səsverməsi nəticəsində 8 ən perspektivli ideya seçilərək növbəti mərhələyə keçib.
Seçilmiş ideyalar üzrə komandalar formalaşdırılıb və mentorların, ekspertlərin və təlimçilərin dəstəyi ilə layihələrin ilkin prototiplərinin və biznes modellərinin hazırlanmasına başlanılıb. Birinci gün komandalar üçün həm yaradıcılıq, həm də praktiki hazırlıq baxımından intensiv və məhsuldar olub.
Tədbirin ikinci günündə komandalar hazırladıqları layihələri münsiflər heyətinə təqdim edəcək və ideyaların innovativliyi, reallaşdırılma potensialı və biznes dəyəri üzrə qiymətləndirilmə aparılacaq.
“Startap Günləri”nin əsas məqsədi ölkədə startap ekosisteminin inkişafına dəstək olmaq, gənclərin ideya istehsalında və biznes quruculuğunda fəal iştirakını təşviq etmək və yeni startapların formalaşmasını stimullaşdırmaqdır.








Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları