“Hibrid təhdidlərə qarşı mübarizə” layihəsinin yekun tədbiri baş tutub

05-12-2025 / 22:24

29 noyabr tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən icra olunan “Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş” layihəsinin yekun tədbiri keçirilib. 

Xeberler.az bildirir ki, tədbirdə universitetlərin, dövlət və özəl sektorun nümayəndələri, eləcə də layihənin hədəf auditoriyasını təşkil edən potensial benefisiar qruplar iştirak edib. Görüş zamanı layihə çərçivəsində həyata keçirilmiş fəaliyyətlər, əldə olunan nəticələr və gələcək əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb. 

Layihə rəhbəri Təbriz Cəfərov tədbirdə layihənin yekunlarına dair geniş təqdimatla çıxış edərək aparılmış tədqiqatların əsas məqamlarını, hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə işin vacibliyini və təklif olunan praktiki həll mexanizmlərini iştirakçıların diqqətinə çatdırıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə