Previous Next
Bağla

Dövlət Gömrük Komitəsi blokçeyn texnologiyasının tətbiqinə başladı

14-06-2019 12:27
Dövlət Gömrük Komitəsi blokçeyn texnologiyasının tətbiqinə başladı

İyunun 13-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maersk və IBMşirkəti tərəfindən birgə işlənib hazırlanmış, blokçeyn texnologiyasına əsaslanan təchizat zənciri platforması olan TradeLens-ə qoşulub. 

Xeberler.az bildirir ki, bu məqsədlə ÜGT-nin Bakıda keçirilən İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi çərçivəsində tərəflər arasında görüş keçirilib. Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev bildirib ki, Azərbaycan gömrüyü informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verir.

TradeLens böyük bir təchizat zənciri platformasıdır və ona qoşulmaqla Azərbaycan Respublikasının idxal və ixrac əməliyyatlarının səmərəliliyinin artırılması və təhlükəsizliyinin daha da yüksək səviyyədə təmin edilməsi gözlənilir. DGK hazırda rəqəmsallaşdırma ilə əlaqədar səylərini artırmaq məqsədilə TradeLens-i qəbul etmək və ondan aktiv şəkildə istifadə etmək üçün bütün dünyada çoxsaylı dövlət orqanları ilə əməkdaşlıq etməyə başlayır. Komitənin əsas məqsədlərindən biri gömrük rəsmiləşdirməsi prosesinin tamamilə avtomatlaşdırılmasıdır. TradeLens-dən istifadə etməklə Dövlət Gömrük Komitəsi TradeLens ekosistemi üzrə hərəkət edən daşımalardakı konteynerlərin tərkibi və prosesdə iştirak edən tərəflər haqqında daha erkən və daha ətraflı məlumat əldə edəcək. Bu isə ölkə daxilində və xaricində həyata keçirilən daşımalar üzrə risklərin daha səmərəli şəkildə qiymətləndirilməsinə, gömrük rəsmiləşdirməsi prosesinin daha sürətli icra edilməsinə, ticarətlə məşğul olanlar üçün yüksək xərc tələb edən öhdəliklərin yüngülləşdirilməsinə və region üzrə ümumilikdə ticarət prosesinin sadələşdirilməsinə imkan verir.

  Tərəflər arasında görüş çərçivəsində Dövlət Gömrük Komitəsinin TradeLens-ə qoşulması məqsədilə sənəd imzalanıb. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev və TradeLensin hökumətlərlə işlər müdiri Norbert Kouvenhoven imzalayıb.

IMG_B8B5CA-CC9692-4ECFD4-06C420-B6FC1E-E538FE.jpg

“Bütün dünyada gömrük orqanları malların bir nöqtədən digərinə normal qaydada daşınması prosesində mühüm rol oynayır” – deyə Maersk-nin baş icraçı direktoru və TradeLens-in rəhbəri Mayk Vayt bildirmişdir. “Müasir dövrdə müvafiq qaydada məlumat axınının olmaması daşımaların yoxlanılması prosesi üçün önəmli risklər təşkil edir və bununla bağlı ciddi dəyişikliklər edilməsi olduqca zəruridir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ticarətin rəqəmsallaşdırılması üzrə səylərini daha da ciddi şəkildə artırır və biz bununla əlaqədar birlikdə çalışmağı önəmli hesab edirik.”

TradeLens platforması Maersk və IBM tərəfindən birgə işlənib hazırlanmışdır. TradeLens blokçeyn texnologiyası ilə möhkəmləndirilmiş, beynəlxalq daşıma sektoru üzrə böyük şirkətlər tərəfindən dəstəklənən açıq və neytral sənaye platformasıdır. Platforma qlobal təchizat zəncirində daha uğurlu əməkdaşlıqlar qurulması və etibarın artırılması məqsədilə məlumatların səmərəli, şəffaf və təhlükəsiz mübadiləsini təmin edir.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İqbal Babayev: Blokçeyn texnologiyasını asanlıqla gömrük sistemində tətbiq edə bilirik

12-04-2019

Şəffaf uçot sisteminin qurulması ilə bağlı məsələlər müzakirə edilib

26-01-2019

Huawei şirkəti Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqda maraqlıdır

13-06-2019

Yükdaşıma sahəsində blokçeyn texnologiyalarından istifadə olunacaq

12-06-2019

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair İşçi qrupu yaradıldı

13-01-2024

Gömrük Komitəsi: “Sahibkarlar mütləq elektron imza almalıdır”

14-01-2016

DGK və Huawei Tech. Azerbaijan niyyət protokolu imzalayıb

12-09-2019

Gömrük Komitəsi İKT ilə bağlı Xorvatiya ilə əməkdaşlığa hazırlaşır

05-12-2015

DGK sədri: Müasir texnologiyalar gömrük orqanları üçün yeni imkanlar yaradır

20-11-2024

Yaşıl dəhliz buraxılış sisteminin tətbiqi ilə bağlı növbəti seminar keçirilib

25-01-2019

Azərbaycan Qlobal Blokçeyn Konfransı 2019-da təmsil olunub

14-11-2019

Gömrük sistemində görülən işlərlə bağlı mətbuat konfransı keçirilib

22-04-2019

Blokçeyn texnologiyalarının innovativ sahibkarlıqda tətbiqi mövzusunda seminar keçirilib

13-03-2019

Bakıda İKT-nin gömrük xidmətində tətbiqinə dair beynəlxalq konfrans keçirilir

21-12-2009

Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması altqrupunun iclası keçirilib

25-09-2024

Gömrükdə elektron xidmətlərin genişləndirilməsi haqqında Sərəncam verildi

04-03-2016

İnternetdən təhlükəsiz istifadə adlı tədbir keçirilib

04-06-2018

İnformasiya təhlükəsizliyi ilə bağlı V respublika konfransı keçirilib

29-11-2019

“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - SƏRƏNCAM

19-04-2021

ASAN xidmət-lə Dövlət Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb

15-02-2019

DGK: Gömrük xidmətlərinin tam rəqəmsallaşdırılması qarşımızda duran prioritet hədəflərdən biridir

07-10-2024

Gömrük xidməti informasiya texnologiyalarının tətbiqində ciddi uğurlar qazanıb

03-06-2015

Startaplar üçün nəzərdə tutan blokçeyn platforması

14-12-2018

Nazir blokchain-in tətbiqi mexanizmlərndən danışdı

13-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə