MC&S-in media monitorinq qrupu dekabr ayı ərzində məlumatların hesabatına yekun vurub.
Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Qeyd edək ki, şirkətin media monitorinq qrupu 10 televiziya, 55 çap və 320 on-line media daxil olmaqla 385-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, telekommunikasiya, bank, sığorta, otelçilik və turizm, inşaat, ərzaq, tibb, içki, avtomobil, təhsil, dövlət qurumları və sair sahələrin media monitorinqini aparır.
Şirkətdən Xeberler.az-a verilən məlumata görə, dekabr ayında sistemə səhiyyə sisteminə dair 9938 məlumat daxil olub. Məlumatların 72 faizi ölkədə fəaliyyət göstərən klinika və xəstəxanalar, 17,1 faizi Səhiyyə Nazirliyinin fəaliyyəti, 8,3 faizi Səhiyyə naziri Oqtay Şirəliyev, 2,5 faizi Səhiyyə nazirinin müavini, digər 0,2 faizi isə səhiyyə şöbəsi ilə bağlıdır.
Dövlət Gömrük Komitəsinə dair sistemə isə dekabr ayında 5132 məlumat daxil olub.
Qeyd edək ki, nəticələr şirkətin Facebook səhifəsində daha dolğun yerləşdirilib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri