Previous Next
Bağla

Dron operatorları imtahan verəcək

05-12-2017 12:37
Dron operatorları imtahan verəcək

Böyük Britaniyada dron sahibləri uçuşların təhlükəsizliyi üzrə imtahan verməli olacaqlar.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu tələb hazırda Böyük Britaniya hökuməti tərəfindən hazırlanan dronların yeni uçuş qaydalarında yer alıb.

Britaniya hökumətinin saytında dərc olunan xəbərə əsasən, qanun layihəsi 2018-ci ilin yaz aylarında elan ediləcək. Yeni qaydalar həmin il qüvvəyə minə bilər.

Hazırda Böyük Britaniyada “Dronların kodeksi” qüvvədədir. Bu, kütləsi 20 kq-dan çox olan aparatların qeydiyyatdan keçirilməsi və lisenziyalaşdırılmasının tələb edildiyi qaydalar toplusudur.

Dronlar uçuşları 120 metrə qədər yüksəklikdə operatorun birbaşa görünmə zonasında yerinə yetirməlidir. Kameralara malik olan şəxsi dronlara insanlar, binalar və avtomobillərə 50 metrdən daha yaxın məsafəyə uçmaq olmaz. Bundan başqa, insanların toplandığı və kütləvi tədbirlərin keçirildiyi yerlərdən 150 metr radiusda uçuşlar, həmçinin hava limanlarına yaxın uçuşlar qadağan edilib.

Düzəlişlər qüvvədə olan qaydaları sərtləşdirəcək. Xüsusilə, kütləsi 250 q-dan çox olan dronların qeydiyyatdan keçirilməsi məcburi olacaq. Dronu satın alan şəxs onun qeydiyyatdan keçirilməsi üçün təhlükəsiz uçuş qaydaları üzrə imtahan verməli olacaq.

Sənəddə həmçinin qeyd edilir ki, bu gün Böyük Britaniyada “Dronların kodeksi” qüvvədə olsa da, operatorlar bu qaydalara çox vaxt riayət etmirlər. Yeni qaydalarda polis xüsusi məhkəmə icazəsi olmadan dronların detallarını və ya bütöv aparatları müsadirə etmək hüququ əldə edəcək.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ölkələrdə dronlardan istifadə necə tənzimlənir?

Ölkələrdə dronlardan istifadə necə tənzimlənir?

02-04-2018
Azərbaycanda dronların qeydiyyatı ilə bağlı qaydalar hazırlanıb

Azərbaycanda dronların qeydiyyatı ilə bağlı qaydalar hazırlanıb

14-06-2022
Dron uçuşunun təhlükəsizliyi necə təmin edilir?

Dron uçuşunun təhlükəsizliyi necə təmin edilir?

27-10-2016
Azərbaycanda dronların  yarışı təşkil edilib-Fotolar

Azərbaycanda dronların yarışı təşkil edilib-Fotolar

24-03-2016
Yaponiya dronlarla bağlı qaydaları sərtləşdirir

Yaponiya dronlarla bağlı qaydaları sərtləşdirir

17-06-2026
Dronlardan ən çox hansı sahələrdə istifadə edilir?

Dronlardan ən çox hansı sahələrdə istifadə edilir?

29-03-2016
Dronlarla mübarizə üçün xüsusi bölmələr yaradılıb

Dronlarla mübarizə üçün xüsusi bölmələr yaradılıb

18-04-2017
Pilotsuz uçan aparatlar qeydiyyatdan keçiriləcək

Pilotsuz uçan aparatlar qeydiyyatdan keçiriləcək

24-11-2015
Türkiyədə qeydiyyatda olan dronların sayı açıqlandı

Türkiyədə qeydiyyatda olan dronların sayı açıqlandı

10-05-2016
Azərbaycanda dron problemi – Deputat isə razılaşmır

Azərbaycanda dron problemi – Deputat isə razılaşmır

16-04-2019
Dron istifadə etmək olarmı? – Açıqlama

Dron istifadə etmək olarmı? – Açıqlama

04-10-2018
Türkiyədə dronların uçuşu qadağan edildi

Türkiyədə dronların uçuşu qadağan edildi

18-07-2016
Ölkəyə DRON gətirilməsi prosesi daha da sərtləşdirilib

Ölkəyə DRON gətirilməsi prosesi daha da sərtləşdirilib

08-07-2019
Dronlardan küçə fənərləri kimi istifadə ediləcək-Video

Dronlardan küçə fənərləri kimi istifadə ediləcək-Video

22-11-2016
Aeroportda dronların hərəkətinin idarə edilməsi mərkəzi yaradılacaq

Aeroportda dronların hərəkətinin idarə edilməsi mərkəzi yaradılacaq

09-10-2019
Kaspersky mülki dronlara qarşı sistem təqdim edir

Kaspersky mülki dronlara qarşı sistem təqdim edir

07-11-2019
Osman Gündüz: Dronlara məhdudiyyət yoxdurmu?

Osman Gündüz: Dronlara məhdudiyyət yoxdurmu?

16-04-2019
Məlumat təhlükəsizliyi üçün vahid standartlar tətbiq ediləcək

Məlumat təhlükəsizliyi üçün vahid standartlar tətbiq ediləcək

17-12-2015
Dronların işıq şousu-Video

Dronların işıq şousu-Video

06-05-2016
Dronlar qəza zamanı özü məhv olacaq

Dronlar qəza zamanı özü məhv olacaq

01-12-2017
Dron gətirmək üçün bu 6 qurumdan icazə alınmalıdır

Dron gətirmək üçün bu 6 qurumdan icazə alınmalıdır

17-03-2021
İsrail Azərbaycana yeni dronların satışını planlaşdırır

İsrail Azərbaycana yeni dronların satışını planlaşdırır

12-04-2016
Robot və dronların yürüşü adlı seminar keçirilib

Robot və dronların yürüşü adlı seminar keçirilib

26-11-2018
Fransada dron-poçtalyonlar istifadəyə verilib

Fransada dron-poçtalyonlar istifadəyə verilib

26-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə