Previous Next
Bağla

Dron istifadə etmək olarmı? – Açıqlama

04-10-2018 17:42
Dron istifadə etmək olarmı? – Açıqlama

Şəhərin mərkəzində dron qaldıran turistlər polisləri hərəkətə keçirtdi.

Bir neçə gün öncə, axşam saatlarında şəhərin mərkəzi Nizami küçəsində turistlərdən biri havaya dron qaldırıb. Çox keçməyib ki, polislər hərəkətə keçib. Əraziyə 10-dan çox polis nəfəri gəlib və dronu idarə edən şəxsi axtarmağa başlayıblar. Sonradan dronu daha çox yüksəyə qaldıran şəxs onu gözdən itirməyi bacarıb və polislər həmin şəxsi aşkarlamağa müvəffəq olmayıblar.

Xeberler.az  məlumat verir ki, məsələ ilə bağlı Bizimyol.info-ya danışan Milli İnternet Forumunun prezidenti Osman Gündüz dronlara qarşı münasibətin birmənalı olmadığını, dronların təyinatı üzrə istifadəsinə qadağanın qoyulmasının doğru olmadığını bildirib:

“Dronlar fərqliu təyinatlar üçün nəzərdə tutulub. Hərbi məqsədlər üçün istifadə olunan dronlara qadağa qoyulması normal haldır. Lakin məişət üçün nəzərdə tutulan dronların istifadəsinə qadağa qoymaq düzgün deyil. Hazırda ölkəmizə dron gətirilməsi nəzarətdədir. Belə ki, siz dron gətirmək istəyəkən DİN, DTX və digər hüquq mühafizə orqanların razılığını əldə etməli olacaqsınız. O zaman dronu ölkəyə keçirdə bilərsiniz. Lakin sirr deyil ki, dronu hissələrə ayıraraq müxtəlif yollarla keçirən, onu ölkəmizdə quraşdıraraq satışa çıxaran və yaxud istifadə edən insanlar var.

Düşünürəm ki, polislərin şəhər mərkəzində dron istifadə edən şəxslərə qarşı bu cür reaksiyası qəbuledilməzdir. Heç bir dünya ölkəsində drondan istifadəyə qadağa qoyulmayıb. Ola bilər ki, həmin dron vasitəsilə şəhərimizin misilsiz gözəlliyi lentə alınsın və hansısa bir telekanala ötürülsün və bu da ölkəmizin imici haqqında müsbət fikir formalaşdırsın. Bu zaman isə polislərin onlara mane olması heç doğru olmazdı”.

Yol nəqliyyat eksperti Elməddin Muradlı isə açıqlamasında bunun təhlükəsizlik məqsədi ilə atılmış bir addım olduğunu, lakin bu qədər sərt mövqe göstərməyin lazım olmadığını bildirdi:

“Dünyanın heç bir yerində belə bir qayda yoxdur. Camaat başqa ölkələrdə oyuncaq təyyarələr, qırıcılar uçurdur, texnolgiya günü-gündən inkişaf edir. Bu qədər sərt davranmaq doğru deyil. Xüusis qorunan dövlət obyeklərin ətrafında belə hal yaşanarsa müdaxilə olunması başadüşüləndir, lakin şəhərin mərkəzində, parklarda dronlardan istifadə olunması normal qarşılanmalıdır.

Dronlara nəzarət Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirildiyi üçün polislər bu durumda hazırlıqsız yaxalanıb. Əgər gələcəkdə zərurət yaranarsa polislərə də səlahiyyətlərin verilməsi lazımdır. Həmin cihazlara kənardan müdaxilə imkanları, dronlardan istifadə edən şəxslərin yerinin təsbit edilməsi imkanları verilməlidir. Bu texniki məsələlərdir, gərək polislər xüussi texnikalarla təchiz edilə”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ölkəyə DRON gətirilməsi prosesi daha da sərtləşdirilib

08-07-2019

Osman Gündüz: Dronlara məhdudiyyət yoxdurmu?

16-04-2019

Azərbaycanda dron problemi – Deputat isə razılaşmır

16-04-2019

Dron gətirmək üçün bu 6 qurumdan icazə alınmalıdır

17-03-2021

Sərnişin daşıyan dron təqdim edildi

07-01-2016

Dron operatorları imtahan verəcək

05-12-2017

Türkiyədə qeydiyyatda olan dronların sayı açıqlandı

10-05-2016

Havada və yerdə hərəkət edən dron-Video

15-11-2016

Dronlardan ən çox hansı sahələrdə istifadə edilir?

29-03-2016

Moskvaya dron hücumu olub

24-07-2023

Azərbaycanda dronların yarışı təşkil edilib-Fotolar

24-03-2016

Parrot-dan ilk sabit qanadlı dron

05-01-2016

Dronlar qəza zamanı özü məhv olacaq

01-12-2017

Göndərdiyiniz tweet-lərlə dronları idarə edə biləcəksiniz

23-12-2015

Ermənistan dronlarımızı zərərsizləşdirmək üçün bunu etdi - ŞƏRH

04-03-2021

Dronlardan küçə fənərləri kimi istifadə ediləcək-Video

22-11-2016

Silahla təchiz edilən dron yaradılacaq

12-03-2018

Mobil qurğuların işinə müdaxilə edən dron yaradılıb

02-08-2016

Dronların müxtəlif məqsədlər üçün istifadəsi beynəlxalq normalara uyğun deyil

04-12-2024

Dron uçuşunun təhlükəsizliyi necə təmin edilir?

27-10-2016

Ölkələrdə dronlardan istifadə necə tənzimlənir?

02-04-2018

Fransada dron-poçtalyonlar istifadəyə verilib

26-12-2016

Kaspersky mülki dronlara qarşı sistem təqdim edir

07-11-2019

Ərəb ölkələri anti-dron texnologiyası üçün Ukraynaya müraciət edir - Ekspert

10-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə