Previous Next
Bağla

Ölkələrdə dronlardan istifadə necə tənzimlənir?

02-04-2018 15:17
Ölkələrdə dronlardan istifadə necə tənzimlənir?

Dronlar gündəlik həyatımızda gün keçdikcə daha çox sahələrdə tətbiq olunur.Mütəxəssislər güman edirlər ki, tezliklə pilotsuz uçuş aparatlarıinsan həyatının ayrılmaz hissəsinə çevriləcək. 

Son zamanlar dünya ölkələrində dronlardan istifadəyə görə inzibati məsuliyyət məsələsi böyük aktuallıq kəsb edir.

Müxtəlif ölkələrdə dronlardan istifadəyə dair müxtəlif qanunlar qüvvədədir.

Xeberler.az AMEA İnformasiya Texnologiyaları İnstitutuna istinadən həmin ölkələri təqdim edir:

 Böyük Britaniya

Britaniyanın Hitrou aeroportunda dronun A320 aerobusu ilə toqquşma təhlükəsi nəticəsində hakimiyyət pilotsuz uçuş aparatlarını potensial təhlükə kimi qəbul edərək bir neçə qanun qəbul etdilər.  Belə ki, Böyük Britaniyada maksimum 122 metr hündürlükdə kopterlərdən istifadə etmək olar. Şəxsi həyatın mühafizəsi ilə əlaqədar olaraq, dronların obyektə (insan, tikinti və s. ) maksimum yaxınlığı 50 metr təşkil edir. Sıx məskunlaşmış ərazilər və ya böyük insan qruplarından uzaqlıq 150 metr kimi müəyyənləşdirilib. Üstəlik, kopter istifadəçiləri dronlardan kommersiya məqsədlərilə istifadəyə dair icazəyə malik olmalıdır.

Fransa

Fransa hələ 2012-ci ildə dünyada ilk dəfə olaraq, pilotsuz təyyarələrə qanun çərçivəsində nəzarət etməyə başlamışdır. Ölkədə dronlar iki kateqoriyaya bölünür: birinci kateqoriya həvəskarlar üçün nəzərdə tutulmuş dronlardır. Bu aparatları insanların məskunlaşdığı ərazilərdə gecə vaxtı 150 metrdən çox hündürlükdə istifadə etmək qadağandır.

İkinci kateqoriya dronların peşəkar istifadəçilərinə aiddir. Bu kateqoriyaya daxil olan dron istifadəçiləri öz fəaliyyəti ilə bağlı mülki aviasiya idarəsini xəbərdar etməli, material və ehtiyat hissələrini qeydiyyatdan keçirməli, eləcə də insanların yaşadığı ərazilərin üzərindən uçuş üçün icazə almalıdır.

Almaniya

Almaniyada dronlardan hər yerdə istifadə etmək olar. Əgər siz:

5 kq-dan kiçik drona sahibsinizsə;

Uçuş zamanı dron vizual olaraq nəzarətdədirsə;

Uçuşla heç kəsə mane olmursunuzsa.

Almaniyada insanlar, küçələr və binalar üzərindən uçmaq olmaz.  Əgər dronun çəkisi 25 kq-dan çoxdursa, bunun üçün lisenziya tələb olunur.

İtaliya

İtaliyada dronlardan istifadə etmək üçün müvafiq orqanlarda qeydiyyatdan keçmək vacibdir.

İndoneziya

İndoneziyada drona xüsusi icazə olmadan sahib olmaq qadağandır. Bu aparatlardan qanunsuz istifadəyə görə, 400 milyon rupiyə qədər (təxminən 120 min AZN) cərimə nəzərdə tutulur.

Tailand

Tailandda dronlardan istifadə etmək olmaz. Məmurların fikrincə, pilotsuz təyyarələr hava hərəkətinin təhlükəsizliyi və milli təhlükəsizliyin təmin olunması baxımından böyük təhlükə yaradır. Dronlardan icazəsiz istifadəyə görə, 40 min bat (təxminən 2 501 manat) məbləğində cərimə və ya 1 il müddətinə azadlıqdan məhrum edilmə nəzərdə tutulur.

Antarktida

Antarktida tur operatorları beynəlxalq assosiasiyası bütün turistlərə ekologiyanı nəzərə alaraq Antarktida ərazisində dronlardan istifadəni qadağan edir.

ABŞ

ABŞ-da dronların səbəb olduğu 700 hadisədən sonra, bu aparatların qeydiyyatı məcburi hesab edilib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dronlardan ən çox hansı sahələrdə istifadə edilir?

29-03-2016

Yaponiya poçtu dronlardan istifadəyə başlayıb

14-11-2018

Fransada dron-poçtalyonlar istifadəyə verilib

26-12-2016

Kaspersky dronlardan qorunmaq üçün ilk sistem inteqratoru hazırlayıb

07-02-2020

Dron gətirmək üçün bu 6 qurumdan icazə alınmalıdır

17-03-2021

Dronlardan küçə fənərləri kimi istifadə ediləcək-Video

22-11-2016

Dron operatorları imtahan verəcək

05-12-2017

Göndərdiyiniz tweet-lərlə dronları idarə edə biləcəksiniz

23-12-2015

Dronlar üçün aerovağzal tikiləcək

22-09-2015

ABŞ hökuməti xaricdə istehsal olunan dronları qadağan edib

30-12-2025

Türkiyədə qeydiyyatda olan dronların sayı açıqlandı

10-05-2016

Suda hərəkət edən dron təqdim edilib

11-12-2015

Dronların müxtəlif məqsədlər üçün istifadəsi beynəlxalq normalara uyğun deyil

04-12-2024

Pilotsuz uçan aparatlar üçün aeroport tikiləcək

20-10-2015

Türkiyənin keçirdiyi hərbi əməliyyatlar hər bir ölkənin texnoloji imkanlarını müəyyənləşdirib

02-03-2020

Azərbaycanda dronların yarışı təşkil edilib-Fotolar

24-03-2016

Dron uçuşunun təhlükəsizliyi necə təmin edilir?

27-10-2016

Azərbaycanda dron problemi – Deputat isə razılaşmır

16-04-2019

Akulalar pilotsuz uçan aparatlarla izləniləcək

26-11-2015

Tokioda pilotsuz uçan aparatlardan istifadə qadağan edilib

15-05-2015

Təcili tibbi yardım dronları istifadəyə veriləcək

16-09-2019

Dron istifadə etmək olarmı? – Açıqlama

04-10-2018

Dənizdə batan şəxsləri dronlar xilas edəcək

22-05-2018

Tibbi dronlar-Video

22-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə