Previous Next
Bağla

Dron uçuşunun təhlükəsizliyi necə təmin edilir?

27-10-2016 11:05
Dron uçuşunun təhlükəsizliyi necə təmin edilir?

Son illərdə texnologiya və idarəetmə sistemlərinin təkamülü nəticəsində pilotsuz uçuş aparatlarına (dron) tələbat artıb. Hazırda kənd təssərüfatı, səhiyyə, təhsil, incəsənət, media, tikinti, ekologiya, idman və s. sahələrdə bu aparatlardan geniş istifadə olunur.

Xeberler.az məlumat verir ki, bu fikirləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Şakir Mehdiyev institutun elmi seminarında “Dronlar: müasir vəziyyəti, problemləri və perspektivləri” mövzusunda çıxışı zamanı səsləndirib.

Məruzəni təqdim edən Ş.Mehdiyev pilotsuz uçuş aparatların əsas vəzifəsinin insanlar üçün potensial təhlükəli missiyaları yerinə yetirmək olduğunu vurğulayıb. Dronların yaranma tarixi barədə məlumat verən məruzəçi ilk dəfə məsafədən radiodalğalarla idarə olunan gəmi modelinin 1898-ci ildə nümayiş etdirildiyini, 1933-ci ildə isə Böyük Britaniyada Queen Bee tərəfindən pilotsuz uçuş aparatlarından istifadə olunduğunu söyləyib.

Dronların hərbi sənayedə və mülki sahələrdə geniş tətbiq olunduğunu bildirən şöbə müdiri qeyd edib ki, dronlar əsasən kəşfiyyat, itmiş insanlar, təbii fəlakət qurbanları və qaçaq cinayətkarların axtarışı, həmçinin yol qəzaları və ya tıxacların fotoçəkilişi, və s. məqsədlərlə istifadə edilir. Bildirib ki, bu aparatlar nadir və təhlükə yaradan heyvanların müşahidəsi, tibbi ləvazimatların və dərmanların çatdırılması, binaların istilik xəritələrinin yaradılması üçün istifadə oluna bilər.

Şöbə müdiri, həmçinin bu aparatların iş prinsipi, onlardan istifadə qaydaları, “MQ-1 Predator” dronunun kütləsi, uçuş məsafəsi, sürəti, uzunluğu, uçuş müddəti və s. haqqında ətraflı məlumat verib. Qeyd edib ki, dronların uçuşunun təhlükəsizliyini təmin etmək üçün Linux platforması əsasında yaradılmış Airware əməliyyat sistemindən və intellektual uçuş sistemlərindən istifadə olunur.

Ş.Mehdiyev casus dron, intellektual uçuş sistemlərini dəstəkləyən DJI Phantom 4, Cloud vasitəsilə idarə olunan dron, polis-dron və dron-fotoaparatın istifadə imkanlarından söz açıb, 2020-ci ildə dron bazarının həcminin 2 milyard dollar təşkil edəcəyini diqqətə çatdırıb.

Bir sıra ölkələrdə bu sahədə fəaliyyətin tənzimlənməsi məqsədilə qanunvericilik bazasının formalaşdırıldığını qeyd edərək ölkəmizdə də müxtəlif sənədlərdə pilotsuz uçan aparatlar barədə ümumi müddəaların yer aldığını nəzərə çatdırıb.

Onun sözlərinə görə, dronlar insanların işini xeyli asanlaşdırsa da, cəmiyyətdə bu kimi qurğulardan istifadə vətəndaşların şəxsi həyatının toxunulmazlığı və s. problemlərə yol açır.

 

Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dronlardan ən çox hansı sahələrdə istifadə edilir?

29-03-2016

Azərbaycanda dron problemi – Deputat isə razılaşmır

16-04-2019

Türkiyədə qeydiyyatda olan dronların sayı açıqlandı

10-05-2016

Fransada dron-poçtalyonlar istifadəyə verilib

26-12-2016

Dron operatorları imtahan verəcək

05-12-2017

Silahla təchiz edilən dron yaradılacaq

12-03-2018

Dronları necə idarə etməli? –Təlimlər başladı

09-10-2017

Pilotsuz uçuş aparatlarının istehsalı istiqamətində işlər davam edir

16-05-2016

Ölkələrdə dronlardan istifadə necə tənzimlənir?

02-04-2018

Ən sürətli dron təqdim edilib-Video

16-09-2016

Göndərdiyiniz tweet-lərlə dronları idarə edə biləcəksiniz

23-12-2015

Dronlardan küçə fənərləri kimi istifadə ediləcək-Video

22-11-2016

Dronların zərərsizləşdirilməsi üçün qurğu yaradılıb

15-10-2015

Mobil qurğuların işinə müdaxilə edən dron yaradılıb

02-08-2016

Koreyada pilotsuz uçan aparatlarla mübarizə texnologiyası hazırlanır

07-04-2015

Poçt bağlamaların çatdırılması üçün pilotsuz uçan aparatlar hazırlanır

23-04-2015

Təcili tibbi yardım dronları istifadəyə veriləcək

16-09-2019

Kaspersky mülki dronlara qarşı sistem təqdim edir

07-11-2019

Yaponiyada süni intellektli müşayiətçi pilotsuz uçuş aparatları təqdim edilib

17-10-2024

Dronlar üçün aerovağzal tikiləcək

22-09-2015

Yaponiya şirkəti dron xidmətləri göstərəcək

25-08-2015

Maneələri dəf edən dron təqdim olunub

03-03-2016

Pilotsuz uçan aparatlar meşələri bərpa edəcək

28-04-2015

Ölkəyə DRON gətirilməsi prosesi daha da sərtləşdirilib

08-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə