Azərbaycan Respublikasının Dubay şəhərindəki baş konsulluğu, “Mezo” Rəqəmsal İncəsənət Qrupu və Rəqəmsal İncəsənət Teatrının (TODA) təşkilatçılığı ilə Dubay şəhərində Azərbaycanın ilk süni intellekt rəssamı olan “Şuşa”nın canlı fərdi sərgisi təşkil edilib.
Xeberler.az-ın məlumatına görə, Baş konsulluqdan bildirilib ki, sərginin açılış mərasimində Türkiyə, Qazaxıstan, Özbəkistan və Tacikistan respublikalarının Dubaydakı baş konsulları, diplomatlar, bu şəhərdə yaşayan azərbaycanlılar və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Azərbaycanın Dubay şəhərindəki baş konsulu Cavidan Hüseynov və Türkiyə Respublikasının baş konsulu Onur Şaylan bu təşəbbüsü yüksək qiymətləndirib, gələcəkdə belə tədbirlərin davamlı olaraq təşkilinin Azərbaycan mədəniyyəti və incəsənətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolundan söhbət açıblar.
“Mezo” Rəqəmsal İncəsənət Qrupu İdarə Heyətinin sədri Nabat Qaraxanova süni intellekt tərəfindən mədəniyyət və incəsənət nümunələrinin müasir üsullarla təqdim olunması, o cümlədən mədəni irsin dünya ictimaiyyətinə çatdırılmasında innovativ texnologiyaların rolu barədə məlumat verib. O, bildirib ki, “Şuşa” adlandırılan rəssam süni intellektin köməkliyi ilə Azərbaycanın zəngin mədəni irsini əks etdirən rəqəmsal sənət əsərləri ərsəyə gətirir. N.Qaraxanova süni intellekt aparatının “Şuşa” adlandırılmasının təsadüfi olmadığını, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Azərbaycan mədəniyyətində əvəzedilməz yerinin olduğunu, ölkəmizin mədəniyyət və incəsənətinə dahi şəxsiyyətlər bəxş etdiyini vurğulayıb. Süni intellekt aparatının əsərlərinə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərindən ilhamlanan rəqəmsal xalçalar və digər sənət növləri daxildir. Layihənin məqsədi ənənəvi motivləri müasir rəqəmsal sənət üsulları ilə birləşdirərək tarix və texnologiyanın vəhdətini nümayiş etdirməkdir. O, rəqəmsal texnologiyalarla ərsəyə gələn mədəniyyət və incəsənət sahəsindəki yeniliklərin dünyada təbliği üzrə fəaliyyətin gələcəkdə də davam etdiriləcəyini qeyd edib.
Mərasimin sonunda süni intellekt aparatı vasitəsilə incəsənət nümunələrinin hazırlanması prosesi nümayiş etdirilib. Bu nümunələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları