Previous Next
Bağla

Dünyada 3,9 milyard nəfərin interneti yoxdur

20-09-2016 14:41
Dünyada 3,9 milyard nəfərin interneti yoxdur

BMT-nin Genişzolaqlı Rabitə üzrə Komissiyası dünyada genişzolaqlı rabitəyə çıxış üzrə hesabat təqdim edib.

Hindistan ABŞ-ı ötərək dünyada ikinci ən böyük internet bazarına çevrilib. Bu ölkədə 333 milyon nəfər “ümumdünya hörümçək toru”na çıxışa malikdir. Birinci yerdə qərarlaşmış Çində 721 milyon insan internetdən istifadə edir.

"Genişzolaqlı rabitənin vəziyyəti" adlı yeni hesabatda qeyd edilir ki, daha zəngin ölkələrdə internetə çıxış doyma həddinə yaxınlaşdığı halda  dünyada əhalinin yoxsul təbəqəsinin internetə çıxışı üçün imkanlar hələ ki yüksək templə artmır. Bu da xüsusilə təhsil və səhiyyə sahələrində müşahidə olunan fərqin aradan qaldırılmasına problem yaradır.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, görə, dünyada 3,9 milyard nəfər internetdən istifadə etmir. Lakin komissiyanın yeni hesabatına əsasən, planetin internetə çıxışı olmayan əhalisinin 55%-i Çin, Hindistan, İndoneziya, Pakistan, Banqladeş və Nigeriyada yaşayır. Bu nəticələr onu göstərir ki, yalnız bir neçə əsas bazarda məqsədyönlü səylər internetə qoşulmuş və internetə qoşulmamış ölkələr arasında "rəqəmsal fərqi" aradan qaldırmaqda köməklik etmiş olardı.

18 sentyabr tarixində Nyu-Yorkda keçirilən Genişzolaqlı Rabitə üzrə Komissiyanın 14-cü görüşü ərəfəsində buraxılmış hesabatda mobil genişzolaqlı rabitənin imkanları haqda optimist fikirlər yer alıb. Hazırda 165 ölkədə “4G” yüksək sürətli mobil şəbəkəsi istifadəyə verilib. ABŞ, Avropa, Yaponiya və Koreyada smartfonların populyarlığı doyma həddinə çatdığından Hindistan və İndoneziya kimi ölkələrin gələcək artımı təmin edəcəyi gözlənilir. Hindistan bu yaxınlarda ABŞ-ı ötərək dünyada ikinci ən böyük smartfon satış bazarına çevrilib.

Hər il BMT-nin Genişzolaqlı Rabitə üzrə Komissiyası tərəfindən çap edilən "Genişzolaqlı rabitənin vəziyyəti" adlı hesabat genişzolaqlı rabitə şəbəkəsinə çıxış və onun qiymət əlçatanlığı barədə unikal qlobal təsvirdir. Hesabata əsasən, BTİ-nin son rəqəmlərinə uyğun olaraq, 2016-cı ilin sonuna 3,5 milyard (dünya əhalisinin 47%-i) nəfər internetdən istifadə edəcək. Ötən il bu göstərici 3,2 milyard olub. BMT tərəfindən daha az inkişaf etmiş ölkələr kimi tanınan 48 ölkədə böyük irəliləyiş qeydə alınıb, həmçinin ilin sonunadək az inkişaf etmiş ölkələrin əhalisinin 15%-nin internetə çıxışı təmin ediləcək.

Cari ilin məlumatına görə, inkişaf etməkdə olan ölkələrin ev təsərrüfatlarında internetin nüfuzetmə səviyyəsi göstəricisi üzrə Koreya Respublikası əvvəllər olduğu kimi, ev təsərrüfatlarında genişzolaqlı rabitənin yüksək nüfuzetməsi ilə  səciyyələnir: 98,8% ev idarəetməsi internetə çıxışa malikdir; Qətər (96%) və Birləşmiş Ərəb Əmirlikləri (95%) müvafiq olaraq ikinci və üçüncü yerləri tutub. İslandiyada əhalinin 98,2%-i internetdən istifadə edir. Lüksemburq (97,3%)  bu göstərici üzrə Norveçi ötərək ikinci yeri tutub, Andorra (97%) isə Danimarkanı sıxışdıraraq üçüncü yerdə qərarlaşıb.

Monako əvvəlki kimi İsveçrəni cüzi qabaqlayaraq genişzolaqlı stasionar rabitənin nüfuzetməsi üzrə dünya lideridir. Hazırda Monako, İsveçrə, Lixtenşteyn, Danimarka, Niderland, Fransa və Koreya Respublikasında genişzolaqlı stasionar rabitənin nüfuzetmə səviyyəsi 40% -i ötür, 2014-cü ildə belə ölkələrin sayı altı, 2012-ci ildə yalnız birə bərabər idi.

Finlandiya mobil genişzolaqlı rabitə üzrə aktiv müqavilələrin sayına görə dünyada birincidir: 100 nəfərə 144 müqavilə düşür. Sonrakı yerlərdə Sinqapur (142) və Küveyt (139) yerləşib. Mobil genişzolaqlı rabitə üzrə bütün aktiv müqavilələrin təxminən 48%-i Asiya-Sakit okean regionunun payına düşür.

Ümumilikdə hazırda dünyanın 91 ölkəsində əhalinin 50%-dən çoxu internetə çıxış imkanına malikdir, halbuki 2015-ci ildə belə ölkələrin sayı 79 idi. Lakin 2014-cü ildə internetdən istifadə üzrə on aparıcı ölkə Avropada yerləşirdi, cari ildə bu qrupa Bəhreyn (7-ci yer) və Yaponiya (9-cu) daxil edilib. Sahara səhrasından cənubda yerləşən Afrika ölkələrində internetə çıxış üzrə ən aşağı səviyyə qeydə alınıb. Çad, Syerra Leone, Niger, Somali və Eritreyada əhalinin 3%-dən az hissəsi internetə çıxış imkanına malikdir.

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda internetdən istifadə edənlərin sayı artıb

Azərbaycanda internetdən istifadə edənlərin sayı artıb

22-09-2015
“Dünyada 4.2 milyard nəfər  hələ də internetsiz yaşayır”

“Dünyada 4.2 milyard nəfər hələ də internetsiz yaşayır”

23-01-2016
Ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq

Ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq

16-06-2017
Bakıda mövcud təsərrüfatların 95%-dən çoxunun genişzolaqlı internetə çıxışı  təmin olunub

Bakıda mövcud təsərrüfatların 95%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin olunub

31-07-2024
Dünya əhalisinin yarısından çoxu internetdən istifadə edə bilmir

Dünya əhalisinin yarısından çoxu internetdən istifadə edə bilmir

22-09-2015
Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

08-09-2015
Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

17-07-2024
Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

27-05-2015
İnternet istifadə etməyən gənclər hansı regionda yaşayır?-Hesabat

İnternet istifadə etməyən gənclər hansı regionda yaşayır?-Hesabat

23-11-2017
BMT: Dünyada 2,6 milyard insan hələ də internetə qoşulmayıb

BMT: Dünyada 2,6 milyard insan hələ də internetə qoşulmayıb

13-09-2023
Azərbaycan İKT reytinqində 9 pillə irəlidə

Azərbaycan İKT reytinqində 9 pillə irəlidə

01-12-2015
“Onlayn Azərbaycan” layihəsinin Bakı şəhərinə aid hissəsi tamamlandı

“Onlayn Azərbaycan” layihəsinin Bakı şəhərinə aid hissəsi tamamlandı

23-09-2024
İnternetdən ən çox hansı yaş qrupu istifadə edir?

İnternetdən ən çox hansı yaş qrupu istifadə edir?

02-08-2017
Ən sürətli mobil internetə malik ölkələr hansıdır?

Ən sürətli mobil internetə malik ölkələr hansıdır?

23-08-2016
"Aztelekom" MMC Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur

"Aztelekom" MMC Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur

02-10-2023
Finlər genişzolaqlı internetə çıxış hüququ qazanıblar

Finlər genişzolaqlı internetə çıxış hüququ qazanıblar

02-07-2010
Azərbaycan internet istifadəçiləri göstəricilərinə görə öndədir

Azərbaycan internet istifadəçiləri göstəricilərinə görə öndədir

22-10-2015
Azərbaycanda ev təsərrüfatlarının 55 faizi optik internetlə təmin olunacaq

Azərbaycanda ev təsərrüfatlarının 55 faizi optik internetlə təmin olunacaq

16-08-2023
Dünyada internetin sürəti 14 faiz artıb

Dünyada internetin sürəti 14 faiz artıb

18-12-2015
Samir Məmmədov: 1 milyon vətəndaş rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edə biləcək

Samir Məmmədov: 1 milyon vətəndaş rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edə biləcək

04-09-2024
SİM kartların sayı Yer kürəsi əhalisinin sayına yaxınlaşıb

SİM kartların sayı Yer kürəsi əhalisinin sayına yaxınlaşıb

04-06-2015
Azərbaycanda internetin sürəti 30 faiz artıb

Azərbaycanda internetin sürəti 30 faiz artıb

24-01-2024
İnternet istifadəçilərinin sayı 3,2 milyarda çatdı

İnternet istifadəçilərinin sayı 3,2 milyarda çatdı

22-12-2015
Azərbaycan internet istifadəçilərinin sayına görə dünyada 36-cı yerdədir

Azərbaycan internet istifadəçilərinin sayına görə dünyada 36-cı yerdədir

22-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə