Dünya informasiya agentlikləri rəqəmli dövrdə fəaliyyət göstərmək üçün əməkdaşlıq etməlidir.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, bu barədə Koreya Respublikasının xarici işlər nazirinin birinci müavini Lim Son Nam çıxışı zamanı bildirib.
Nazir müavininin sözlərinə görə, budəfəki iclasın informasiya agentliklərinin mobil rabitənin inkişafı fonunda yeni imkanlar və çağırışlar qarşısında mövzusu çox aktualdır.
“İnformasiya axınlarının qloballaşması və rəqəmli texnologiyaların inkişafı informasiya agentlikləri üçün ciddi çağırış və rəqabət yaradıb. Kompüter və sosial şəbəkələrin informasiyanın ölkələr daxilində və arasında sürətli yayılmasında əsas rol oynadığı şəraitdə ənənəvi xəbər agentlikləri həmişə əhəmiyyətli informasiya mənbəyi ola bilməz”, - Lim Son Nam qeyd edib.
Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəsmisi əlavə edib ki, bu baxımdan ənənəvi xəbər agentliklərinin strategiyasında bir-biri ilə sıx əməkdaşlıq, o cümlədən ikitərəfli, regional və beynəlxalq səviyyələrdə informasiya mübadiləsi və müqayisəli təhlil nəzərdə tutulmalıdır. “Məhz bu səbəbdən OANA xəbər agentliklərinin rəqəmli dövrdə gələcəyi üçün böyük əhəmiyyət kəsb edəcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri