Previous Next
Bağla

Dünya İqtisadi Forumu: 92 milyon insan peşəsi üzrə işsiz qalacaq

11-01-2025 20:06
Dünya İqtisadi Forumu: 92 milyon insan peşəsi üzrə işsiz qalacaq

Texnoloji inkişaf, yaşıl keçid, iqtisadi və demoqrafik dəyişikliklər qlobal əmək bazarını yenidən formalaşdırır. Qarşıdakı illərdə qlobal makrotrendlər təxminən 170 milyon yeni iş yeri yaradacaq. Bununla yanaşı, həmin tendensiyalar nəticəsində 92 milyon insan peşəsi üzrə özünə iş tapa bilməyəcək.

Xeberler.az Azərtaca istinadən xəbər verir ki, bu məlumat Dünya İqtisadi Forumunun növbəti beş il ərzində əmək bazarının gələcəyini araşdıran yeni hesabatında yer alır. Bəs hansı peşələr sıradan çıxacaq və hansı yeni sahələr yaranıb inkişaf edəcək? Hesabatda bu suallara cavab tapmaq üçün sorğu keçirilib. Sorğu dünya üzrə 22 sənaye klasterini və 14 milyondan çox işçini özündə birləşdirən 1000-dən çox böyük işəgötürəni əhatə edib.

Hesabatda qeyd olunur ki, 2030-cu ilədək bəzi peşə sahibləri əmək bazarında iş tapmaqda çətinliklə üzləşəcəklər. Bildirilir ki, kassir və bilet satıcıları, inzibati işlər üzrə köməkçilər, evlərdə təmizlik işçiləri, çap işləri ilə əlaqəli işçilər, mühasibat və əməkhaqqı üzrə kargüzarlar, auditorlar, yük daşıyıcıları və konduktorlar, mühafizəçilər, bəzi bank işçiləri, data məlumat daxilediciləri, müştəri məlumatları üzrə işçilər, qrafik dizaynerlər, biznes servis və administratorlarının iş tapmaqda digər peşələrlə müqayisədə bəxtləri gətirməyəcək. Hesabata görə, qarşıdakı illərdə avtomobil, kiçik həcmli yük maşını və motosiklet sürücülərinə, kənd təsərrüfatı işçilərinə, çatdırılma xidmətləri göstərən sürücülərə, proqram və applikasiya təminatı işçilərinə, inşaat üçün konstruksiyaların quranlara, mağaza satıcılarına, qida emalçılarına, peşəkar tibb bacılarına, qida və ərzaq xidməti göstərənlərə, sosial xidmət işçilərinə, layihə menecerlerinə, orta və ali təhsil müəssisələrinin müəllimlərinə, fərdi qulluq işçilərinə ehtiyacın artacağı proqnozlaşdırılır.

Bəzi peşələr sürətlə inkişaf edir. Texnoloji inkişaf, xüsusən də süni intellekt ilə əlaqəli işlərə tələb sürətlə artır. Beləliklə, süni intellekt, böyük verilənlərlə (big data) iş, texnologiya mühəndisliyi 2030-cu ilədək ən çox tələb olunan peşələrdən olacaq.

Karbon emissiyalarının azaldılması və iqlim böhranına uyğunlaşma səylərini əhatə edən yaşıl keçid meyilləri kənd təsərrüfatı sahəsində artımı sürətləndirəcək və 2030-cu ilə qədər 34 milyon əlavə iş yeri yaradacaq. Rəqəmsal əlçatanlığın genişlənməsi və yaşayış xərclərinin artması da bu sahə ilə əlaqəli peşələrin inkişafına töhfə verir.

Qida emalı sahəsində də işçilərə tələbatın artacağı gözlənilir. Bununla yanaşı, tibb bacıları, sosial işçilər və psixoloji məsləhətçilər kimi qayğı sektoru ilə bağlı işlərin də növbəti beş il ərzində əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Hesabat bunu əsasən demoqrafik tendensiyalar, xüsusən də işçi qüvvəsinin yaşlanması ilə izah edir.

İş bazarında tələb olunan əsas bacarıqların 39%-nin 2030-cu ilə qədər dəyişəcəyi gözlənilir. Ümumiyyətlə, qarşıdakı illərdə iş seçimində peşəkarlıqla yanaşı, yaradıcı və analitik düşünmə, çeviklik, bilik və bacarıqları artırmağa həvəs, təşəbbüskarlıq kimi xüsusiyyətlər əsas götürüləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Süni intellekt 130 milyondan çox yeni iş sahəsi yaradacaq

06-12-2024

Nazir: Süni intellektin inkişafı dünya əmək bazarını yenidən formalaşdırır

28-11-2025

KOBİA: Sürətli texnoloji dəyişikliklər kadr hazırlığında yeni strategiyalar tələb edir

28-11-2025

Onlayn “tədris inqilabı”: Rəqəmsal iqtisadiyyat üçün yeni imkanlar

27-01-2025

“AI Index Report 2026”: Süni intellekt sürətlə inkişaf edir

16-04-2026

Rəqəmsal və süni intellekt yol xəritəsi hazırlanır

01-10-2025

Fariz Cəfərov: Bu il qlobal süni intellekt bazarı 5 mlrd. dollara çatacaq

11-04-2025

Almaniya süni intellektdən istifadəni genişləndirir

15-07-2025

Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

30-08-2016

Dördüncü sənaye inqilabı texnologiyaları bizə nə vəd edir?

02-12-2021

Süni intellekt 2,3 milyon yeni iş yeri yaradacaq

20-12-2017

İtaliya səfiri: "Azərbaycana aqrar texnologiyaların gətirilməsinə töhfə verə bilərik"

16-10-2023

Naxçıvanda “İnnovasiya üzrə Alt İşçi Qrupu"nun iclası keçirilib

23-10-2025

BDU-da Süni İntellekt Etikası üzrə I Gənclər Forumu keçirilir

19-09-2025

İKT sahəsində əmək müqavilələrinin sayı 34 minə çatıb

29-11-2025

Ödənişli TV abunəçilərinin sayı 900 milyona çatıb

22-06-2015

Azərbaycanda proqram təminatı bazarı əhəmiyyətli böyüyəcək

24-01-2025

Azərkosmos BMT-nin “Qlobal Saziş” təşəbbüsünə qoşulub

15-11-2023

Dünyada smartfon tədarükü sürətlə azalır-Səbəb

30-10-2022

İKT bazarında 3,7 faiz artım proqnozlaşdırılır

25-06-2018

Dünyada İT xərclərin həcmi nə qədərdir?

02-03-2017

Ekspertlər 2015-ci il üçün İT bazarının əsas tendensiyalarını açıqladı

20-02-2015

2027–2030-cu illərdə elm və ali təhsilin strateji hədəfləri müzakirə olunub

06-10-2025

Dünyada sualtı internet kabellərini təmir edən gəmilərin sayı azalır

03-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə