Dünyanın ən kiçik kompüteri

22-10-2008 / 16:53
Siz heç kompüterin maksimal dərəcədə kiçik olması haqda düşünmüsünüz? Bu suala  fit-PC slim qurğusunu yaradanlar cavab veriblər. fit-PC slim 4,3 х 3,9 х 1,2 düym ölçülərlə diqqəti cəlb edir və dünyada ən kiçik personal kompüter hesab olunur.
Texniki xüsusiyyətlərinə gəlincə isə, AMD Geode 500 MHs tezlikli prosessorunu, 512 Mb operativ yaddaş və 40 Gb HJMD, seçənəkli Wi-Fi adapter, 3 USB və VGA portunu qeyd etmək lazımdır.
Linux-da hazırlandığına baxmayaraq, kompüter Windows XP ilə də işləyə bilər. Extreme Tech işçiləri təsdiq edirlər ki, OpenOffice və ya Firefox kompüterdə problemsiz işləyir. Nisbətən ağır proqramlar isə əməliyyatları çətinliklə yerinə yetirirlər. Qiyməti və hansı auditoriya üçün nəzərdə tutulduğu barədə isə hələlik heç nə söylənilmir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə