Previous Next
Bağla

Dünyanın ən texnoloji şəhərləri hansıdır? - Araşdırma

15-07-2016 11:22
Dünyanın ən texnoloji şəhərləri hansıdır? - Araşdırma

Alimlər, araşdırmaçılar, ekspertler hesab edir ki, 35 ildən sonra dünya əhalisinin üçdə ikisi şəhərlərdə yaşayacaq. Bir çox şəhərlər buna hazırlanmağa çalışarkən bəziləri sahibkarlıq ruhu və yerli dəstəklər sayəsində artıq önə keçib.

 2thinknow  adlı araşdırma şirkəti texnoloji yatırımlar, infrastruktur, ekosistem, patent sayı kimi bir çox kriteriyaları əsas götürərək dünyanın ən texnoloji şəhərlərinin siyahısını hazırlayıb.

Xeberler.az həmin araşdırmaya istinadən dünyanın 25 texnoloji ölkəsini təqdim edir:

Vaşinqton- ABŞ

Son 10 ildə texnologiya sahəsindəki məşğulluğu 50 faiz artırıb. Bu gün 1000-dən çox startap mərkəz ofislərini şəhərdə açıb. Texnologiya ilə bağlı rəqəmlər sürətlə artır.

Kopenhagen- Danimarka

Startap ekosistemi çox geniş olmasa da, ağıllı istehsal texnologiyaları və ağıllı şəhərciklər baxımından  inkişaf etmiş şəhərdir. Kopenhagen  2025-ci ildə neftdən asılılığını tamamilə aradan qaldırmağı hədəfləyir.

Şenzen-Çin

Bir çox telekom və robot firması 11 milyonluq bu şəhəri mərkəz müəyyən edib. Şəhərdən çıxan texnoloji patent ədədlərində partlayış var.

 Dublin- İrlandiya

Vergi üstünlükləri və təşviqlər sayəsində Avropanın texnologiya mərkəzlərindən biri olub. Facebook,LinkedIn, Hubspot, Dropbox kimi firmaların Avropa və EMEA rəhbərlikləri burada yerləşir. Avropanın ən böyük startap fondu olan Enterprise Ireland da bu şəhərdədir.

Montreal- Kanada

Sürətlə böyüyən bir startap ekosisteminə sahib olan şəhərdir. Xüsusilə geyiləbilən texnologiyalar, sənaye dizaynı və proqramlaşdırmada çalışanlar üçün doğru ünvanlardandır.

Şanxay- Çin

Mindən çox startapda çalışan 100 mindən çox işçini saxlayan Zhangjiang Hi-Tech Park-a ev sahibliyi edir

Bura tez-tez Çinin Silikon Vadisi olaraq xarakterizə edilir.

Stockholm- İsveç

Stockholm  Avropada ən çox “unicorn”,  yəni dəyəri 1 milyard dolları keçən şirkəti saxlayan şəhərdir. Bu şəhər də 5-10 il içində tamamilə neftdən asılılığı azaltmağı hədəfləyir.  

Eyni zamanda, startap sərmayəsi investisiyalarında dünyanın ən sürətli böyüyən ikinci bazardır.

Stuttgart- Almanya

2thinknow araşdırmasına görə,  Stuttgart dünyada yüksək texnologiya sahəsində ən çox patent müraciəti edən beşinci şəhərdir.

Xatırladaq ki, Porsche, Daimler, IBM, Bosch  kimi nəhənglərin mərkəzləri də buradadır.

 Hong Kong-Çin

İnternet bağlantısı ən sürətli şəhərlərdən biri olan Hong Kong ötən il  243 milyard dollarlıq yüksək texnologiya ixrac edib.

 Bu,  şəhər dövlətinin bütün ixracatının yüzdə 51 faizini keçir.

 Moskova- Rusiya

60 milyon dollarlıq kosmos araşdırmaları fondunun mərkəzi buradadır. Şəhərin texnologiyaya çevrilməsi üçün də  ciddi investisiyalar qoyulur.

Vancouver-Kanada

Toplam gəlirləri 2 milyard dolları keçən 600-dən çox rəqəmsal media startapına ev sahibliyi edir. Ekosistem sürətlə böyüyür.

Münhen-Almanya

Əhali başına düşən patent sayında Almaniya birincisidir. Qlobal texnologiya nəhəngi Siemens-in burada olması da təəccüblü deyil.  Təxminən 550 amerikalı İT firması Avropa ofisini açmaq üçün Münheni seçib.

Berlin-Almanya

Dünyanın bütün avtomobil firmalarının təmsil edilidiyi şəhərdir.  Çox güclü bir startap ekosistemi və mədəniyyəti var. Startap sərmayəsi investisiya faizləri ilə Avropada ilk  3-dədir. 

Chicago-ABŞ

ABŞ-da yüksək texnologiya məşğulluğu sayında  ilk beşlikdədir.CityWorks adlı şəhər nəqliyyat və enerji çevrilmə layihəsi də diqqət çəkir.

Tokio-Yaponiya

Dünyanın ən sıxlıq olan şəhəridir, eyni zamanda qlobal texnologiya nəhənglərinin də yuvasıdır. Burada nəqliyyat infrastrukturu dünyanın ən yaxşılarındandır. Hər il 2,3 milyard sərnişin daşıyan Tokio metrosunda gecikmə nisbəti az qala sıfıra yaxındır.

Amsterdam- Hollandiya

Avropalı rəqiblərinə görə daha kiçik olsa da, finansal  texnologiyalar, enerji və sahibkarlıq mədəniyyəti baxımından Avropanın mərkəzlərindən biridir. 2025-ci ildə benzin və dizel vasitələri ilə işləyən qurğuları qadağan etməyi planlaşdırır.

Sinqapur

Dünyanın ən çox proqramçı və startap sərmayəsi yatırımçısı olan şəhərlərindəndir. MIT ilə birlikdə şəhərdə toplu daşımanın suveren qılınacağı nəhəng bir layihəyə  ev sahibliyi edir.

Toronto-Kanada

Kanadanın texnologiya firmalarının 30 faizi Torontodadır. Həmçinin bunların çoxunda çalışan işçilərin sayı da  çoxdur. Görünür, Kanadadan 10-ci ilə damğasını vuracaq layihələr böyük ehtimalla buradan çıxacaq.

 Taipei-Tayvan

Asus, MSI, Gigabyte və Acer kimi nəhənglərin mərkəzlərini olduğu şəhərdir. Təchizat və sənaye dizaynda Asiyanın liderlərindəndir.

 Boston-ABŞ

ARGE deyəndə ABŞ-da ilk ağla gələn şəhərlərdəndir. Gələcəyin texnologiyalarının hazırlanıb, inkişaf etdirildiyi MIT, Harvard, Tufts kimi elit universitetlərlə yanaşı,  Facebook kimi nəhənglərin ARGE laboratoriyalarının da ünvanı buradadır.

 Los Angeles-ABŞ

LA County Economic Development Corporation 2014 hesabatına görə,  Los Angeles yüksək texnologiya məşğulluğunda ABŞ-da bir nömrədir.  Bu sahədə ümumi gəlir isə  58 milyard dollardır. Bu sürətlə böyüməyə əsas səbəb startaplardır.

Seoul-Cənubi Koreya

“Gələcəyin şəhəri” olaraq xarakterizə edilən Seoul 2thinknow araşdırmasına görə, bu gün dünyada ən çox patent çıxaran  ölkədir. Ağıllı metro sistemindəki dəqiqlik və problemlərin olmaması baxımından ABŞ və Avropadakı bir çox metro sistemindən fərqlənir.

 New York-ABŞ

Texnologiya dünyasının ən qəribə mərkəzlərindəndir. İnfrastrukturu köhnə,  amma əhali və iqtisadiyyat bir o qədər mütərəqqidir. Təxminən 7 min yüksək texnologiya startap 100 min nəfəri işlə təmin edir. Manhattan ətrafını əhatə edən LinkNYC adlı  açıq  Wi-Fi şəbəkəsi layihəsi son dərəcə yaxşı çalışır və şəhərə yayılmağa da davam edir.

London-Birləşmiş Krallıq

2thinknow araşdırmasına görə, dünyanın ən çox startapçı və proqramçı saxlayan şəhəri Londondur. Avropadakı ən böyük tikinti layihəsi , 20 milyard dollarlıq  ağıllı metro və qatar şəbəkəsi layihəsi sürətlə davam edir.

San Francisco-ABŞ

Hər ölkənin “Silikon Vadimiz” deyə xarakterizə etdiyi bir bölgəsi var. Artıq bu standartı ifadə edən bu adın əsl sahib  isə bildiyiniz kimi,  San Franciscodur. Texnoloji inkişafa dair  hər şeyin mərkəzi olan şəhər startap mədəniyyəti, təşəbbüskar və sərmayəçi sayı, yüksək texnologiyada çalışan sayı və s. kimi  mövzularda dünya lideridir.

 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap yaratmaq üçün dünyanın ən yaxşı şəhərlərinin adı açıqlanıb

29-12-2015

Dünyanın ən yaxşı İT universitetləri

26-03-2009

Ağ Ev ağıllı şəhər layihəsinə 165 milyon dollar ayırdı

14-10-2016

Silikon Vadisinin ən yaxşı investisiya şirkətləri-Siyahı

21-07-2016

Dünyanın ağıllı şəhərləri -Reytinq

10-11-2017

Azərbaycan startapçıları Dubayda Texnologiya sərgisində iştirak edib

12-10-2019

Hansı ölkədə proqramçılar daha çox qazanır?-Hesabat

11-02-2017

Startap ekosisteminin ən çox inkişaf etdiyi ölkələr -Siyahı

17-10-2015

Uber 1 milyard dollarlıq investisiya almağa hazırlaşır

25-10-2015

İT mütəxəssislərin cəmləşdiyi ölkələr

08-09-2015

ABŞ-da ən yaxşı startapların yarısını mühacirlər yaradıb

22-04-2016

Türkiyədə ilkin mərhələdə olan startaplar üçün yeni təkan

16-02-2016

Çin ən innovativ ölkələr reytinqində ilk onluğa daxil olub

16-09-2025

"Azərkosmos”un ixrac gəlirləri təxminən 27 faiz azalıb

01-09-2023

Türkiyədən startap sahəsi ilə bağlı rekord

11-01-2017

Gənclər universitetə getmək əvəzinə öz startapını yaradır-Araşdırma

19-12-2015

“Texnologiya neftdən bahadır”

01-11-2017

Dünyanın ən böyük texnologiya şirkətləri necə qazanır?

22-05-2017

Amazon Facebook-u geridə qoydu

02-08-2016

Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib

19-01-2022

“Ən yaxşı startapların çox pula ehtiyacı yoxdur”

16-04-2016

Son 5 ildə patent almış maraqlı texnologiyalar

13-04-2018

Fatih Birol: Qlobal sənayedə yeni, təmiz texnologiyalar dövrü başlayır

30-10-2023

Microsoft Avropada ilk “Əşyaların İnterneti” laboratoriyasını açıb

31-03-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə