Previous Next
Bağla

Fatih Birol: Qlobal sənayedə yeni, təmiz texnologiyalar dövrü başlayır

30-10-2023 16:08
Fatih Birol: Qlobal sənayedə yeni, təmiz texnologiyalar dövrü başlayır

Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol dünyanın sənayedə yeni, təmiz texnologiyalar dövrünə qədəm qoyduğunu bildirib.

Fatih Birol Anadolu agentliyinə müsahibəsində deyib: “Ölkələrin gələcəyi günəş panelləri, külək turbinləri kimi təmiz texnologiyalara bağlıdır. Bu yarışda irəli keçə bilmək üçün dövlətlər arasında ciddi rəqabət var. İndi Çin bu sahədə ən önəmli bir oyunçudur, dünyada istehsal edilən günəş panelləri və batareyaların 80 faizi bu ölkənin payına düşür. Eyni zamanda, satılan hər iki elektromobildən biri də Çindədir. Pekinin bu addımlarını görən digər ölkələr də onunla rəqabətə girir. Xüsusən ABŞ bu sahəyə böyük sərmayələr ayırır. Avropada yerli təmiz texnologiya istehsalçılarını dəstəkləmək məqsədilə sıfır karbon emissiyası üzrə qanun layihəsi hazırlanır. Hindistan, Kanada və İndoneziya da müvafiq addımlar atır. Əsas məqsəd təmiz enerji texnologiyaları sahəsində başqa ölkədən asılı olmamaqdır”.

BEA-nın icraçı direktoru qeyd edib ki, nəqliyyat sektorunda yeni texnologiyaların tətbiqi, Çində iqtisadi artım kimi faktorlar neftə tələbatı müəyyən edəcək. Onun sözlərinə görə, qazıntı yanacaqlarının qiymətləri 2030-cu ilədək yüksək olacaq, amma sonra enməyə başlayacaq. Fatih Birol bunun səbəblərini belə izah edib: “İki il əvvəl satılan hər 25 avtomobildən biri elektriklə işləyirdi, lakin 2030-cu ildə hər iki avtomobildən biri elektrik mühərriki ilə satılacaq. Təbii ki, dünyada hələ onilliklər boyu neftə tələbat olacaq və onun qiymətlərində azalma da o qədər böyük olmayacaq. Bəzi ekspertlər neftin qiymətinin daim qalxacağı qənaətindədir, əlbəttə, onların fikirlərinə hörmətlə yanaşıram. Amma zamanın çarxını geri döndərmək, texnoloji tərəqqinin qarşısını almaq mümkün deyil”.

Keçən il qlobal neft sənayesinin 4 trilyon dollar tarixi gəlir əldə etdiyini diqqətə çatdıran Fatih Birol bildirib ki, nəhəng şirkətlərin əksəriyyəti gəlirinin böyük bir hissəsini təmiz texnologiya sahəsinə sərmayələrə ayırır. “Belə ki, ABŞ-ın “Exxon Mobil” kompaniyası mərkəzi Texas ştatında olan “Pioneer Natural Resources” hidrokarbonat şirkətini 69,5 milyard dollara almaq üçün kontrakt imzalayıb. Birləşmiş Ştatların digər iri enerji şirkəti “Chevron” isə gəlirindən 53 milyard dolları neft-qaz kəşfiyyatı aparan “Hess” kompaniyasının satın alınmasına xərcləyib. Göründüyü kimi, şirkətlərin seçimi də fərqlidir”, -deyə BEA-nın icraçı direktoru vurğulayıb. (Azərtac)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Texnologiya nəhəngləri təmiz enerji sahəsinə 1 milyard ayırır

12-12-2016

Ölkələr külək, günəş və su enerjisindən istifadəyə keçə bilər

25-11-2015

Fatih Çoşkun: "Maliyyə cinayətlərinin aşkarlanmasında yeni texnologiyaların tətbiqi vacibdir"

03-12-2024

Avropa Komissiyası təmiz enerjiyə keçid səylərində Azərbaycanı dəstəkləməyə davam edəcək

02-02-2023

Dünyanın ən iri proqram təminatçısının mənfəəti 1,8 milyard dollar artıb

30-10-2010

“Yaşıl dəhliz” layihəsi təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir”

05-04-2023

Yeni texnologiyanın tətbiqi neft tələbatını ödəyə bilər

04-11-2015

Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

05-06-2023

MySpace iPod-un rəqibini buraxa bilər

08-11-2008

2022-ci ildə mobil texnologiyalar üzrə qlobal xərclər 1,8 trilyon dollara yaxınlaşacaq

07-09-2018

Microsoft şirkəti 3 ay ərzində 20 milyard dollar qazanıb

16-02-2011

Azərbaycanın dəniz külək enerji potensialının 7 giqavattını istifadəyə kömək edəcək

03-06-2022

Azərbaycan və Tunis "yaşıl enerji" ilə bağlı əməkdaşlığı müzakirə edib

17-01-2023

Dünyanın ən böyük günəş enerjisi stansiyası açıldı-Video

22-12-2016

“Azərbaycan “yaşıl” enerji ölkəsinə çevrilməsini qarşısına hədəf qoyub”

26-05-2023

Bakı Enerji Həftəsi başlayır

04-06-2024

Yahoo! ABŞ-da yeni məlumat mərkəzi yaradacaq

27-10-2008

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024

ABŞ səfirliyi günəş panelləri quraşdırır

11-08-2022

Günəş batareyaları ilə örtülmüş yollar salınacaq

12-01-2017

BANM tələbəsi beynəlxalq hakatonda qalib olub

28-01-2026

Crusoe startapı 1,4 milyard dollar investisiya əldə edib

27-10-2025

Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar adlı seminar keçirilib

18-12-2024

Nazir müavini nüvə enerjisindən istifadənin artırılmasına dair müzakirədə iştirak edib

14-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə