Previous Next
Bağla

Azərbaycan startapçıları Dubayda Texnologiya sərgisində iştirak edib

12-10-2019 12:50
Azərbaycan startapçıları Dubayda Texnologiya sərgisində iştirak edib

Xeberler.az bildirir ki, Yaxın Şərqin və dünyanın ən böyük İKT sərgilərindən hesab edilən “GITEX Technology Week” və “GITEX Future Stars” sərgiləri bu il Dubayda keçirilib. Oktyabrın 6-dan 10-dək keçirilən sərgidə Azərbaycan İnnovasiyalar Agentliyinin əməkdaşları da iştirak ediblər.

Agentlikdən bildirilib ki, hər il sərgidə dünya texnologiya liderləri, müəssisə və startaplar bir araya gəlirlər. Bu il “GITEX” sərgisi 100-dən çox ölkənin 4 min 800 şirkətinə ev sahibliyi edib. Burada müxtəlif istiqamətlərdə inkişaf edən texnologiya şirkətləri öz məhsullarını dünyanın aparıcı sənaye liderlərinə, nüfuzlu qurum və potensial investorlara nümayiş etdiriblər. Sərgidə 3D printing, VR/AR, dronlar, robotiks və başqa texnologiya və innovasiyalar sahələrində məhsullar təqdim olunub.

Sərgiyə “InEx” mübadilə proqramı çərçivəsində qatılan İnnovasiyalar Agentliyinin rəhbər şəxsləri Fariz Quliyev, Ayan Kərimova və Tural Maqsudov burada beynəlxalq mühitlə tanış olub, beynəlxalq vençur fondları və investorlarla görüşlər keçiriblər.

Yaponiyanın Xarici Ticarət Təşkilatı və Koreyanın Kiçik və Orta Sahibkarlıq Qurumu ilə yüksək texnoloji məhsul və xidmətlərin inkişafı sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb. Texnoloji məhsulların yığımı və satışını reallaşdırmaq məqsədilə xarici innovativ müəssisələrə rezidentliyin verilməsi də danışıqlar mövzusu olub.

İtaliya Ticarət Agentliyinin Dubay nümayəndəliyi ilə startap mühitinin formalaşması və İtaliya texnoloji müəssisələrinin Azərbaycanda rezidentlik, maliyyələşmə, ticarət, istehsal və yığım imkanları araşdırılıb.

Həmçinin sərgi çərçivəsində Səudiyyə Ərəbistanı Texnoloji İnkişaf və İnvestisiyalar Təşkilatı, İxrac Agentliyi, “Elham startap” təşkilatı, “Badr inkubasiya və akselerasiya”, Birləşmiş Ərəb Əmirliklərinin “Hub71- Mabadala Startap İnkubasiya və Akselerasiya” qurumları ilə Azərbaycanda startap ekosisteminin inkişafına yönəlmiş ideya, məhsul və xidmət istehsalının dəstəklənməsi və maliyyələşdirilməsi ətrafında müzakirələr aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“AzInTelecom” Dubayda keçirilən və dünya texnologiya nəhənglərinin toplaşdığı sərgidə təmsil olunur

“AzInTelecom” Dubayda keçirilən və dünya texnologiya nəhənglərinin toplaşdığı sərgidə təmsil olunur

17-10-2023
Dövlət Agentliyinin nümayəndə heyəti GİTEX Texnologiya Həftəsində iştirak edib

Dövlət Agentliyinin nümayəndə heyəti GİTEX Texnologiya Həftəsində iştirak edib

09-10-2019
Azərbaycan texnologiya sərgisində iştirak edəcək

Azərbaycan texnologiya sərgisində iştirak edəcək

08-06-2015
Azərbaycan Yüksək Texnologiyalar sərgisində təmsil olunacaq

Azərbaycan Yüksək Texnologiyalar sərgisində təmsil olunacaq

23-08-2019
Startap və Texnologiya Transferi Mərkəzi yaradılacaq

Startap və Texnologiya Transferi Mərkəzi yaradılacaq

24-09-2019
"İnnovasiyalar Mərkəzi"nin nümayəndə heyəti "Mərkəzi Avrasiya Startap Sammiti"ndə iştirak edib

"İnnovasiyalar Mərkəzi"nin nümayəndə heyəti "Mərkəzi Avrasiya Startap Sammiti"ndə iştirak edib

19-04-2022
Azərbaycan Hindistanla texnoloji transferləri müzakirə edib

Azərbaycan Hindistanla texnoloji transferləri müzakirə edib

25-07-2019
İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023
İsrail İnnovasiya Mübadilə Proqramı-nın məzunlarına sertifikatlar təqdim olunub

İsrail İnnovasiya Mübadilə Proqramı-nın məzunlarına sertifikatlar təqdim olunub

19-03-2019
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi səfər qrantları üçün qəbul elan edir

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi səfər qrantları üçün qəbul elan edir

09-07-2019
Azərbaycanın 3 layihəsi Startap Chile-da iştirak edir

Azərbaycanın 3 layihəsi Startap Chile-da iştirak edir

24-07-2019
4-cü Beynəlxalq Səudiyyə Ərəbistanı Media Forumu keçiriləcək

4-cü Beynəlxalq Səudiyyə Ərəbistanı Media Forumu keçiriləcək

14-01-2025
İnnovasiyalar Agentliyi və “500 Startups” şirkəti arasında müqavilə imzalanıb

İnnovasiyalar Agentliyi və “500 Startups” şirkəti arasında müqavilə imzalanıb

21-12-2020
İnnovasiyalar Agentliyi və “500 Startups” şirkəti arasında müqavilə imzalandı

İnnovasiyalar Agentliyi və “500 Startups” şirkəti arasında müqavilə imzalandı

14-01-2021
Azərbaycanlı startapçılar Startap Çili proqramına qoşulub

Azərbaycanlı startapçılar Startap Çili proqramına qoşulub

17-08-2019
Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

21-12-2018
"INNOLAND"də Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

"INNOLAND"də Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

17-01-2023
ITU Telecom World 2019 beynəlxalq sərgi-konfransı davam edir

ITU Telecom World 2019 beynəlxalq sərgi-konfransı davam edir

10-09-2019
Azərbaycan startapları layihələrini xarici investorlara təqdim edib

Azərbaycan startapları layihələrini xarici investorlara təqdim edib

31-03-2022
IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

16-02-2026
Azərbaycanda Falcons Summit sammiti keçirilir

Azərbaycanda Falcons Summit sammiti keçirilir

26-04-2019
"ASAN xidmət" “Take Off İstanbul 2025” startap sammitində iştirak edib

"ASAN xidmət" “Take Off İstanbul 2025” startap sammitində iştirak edib

15-12-2025
ABŞ-ın “Caspian Policy Center” təşkilatının nümayəndələri İnnovasiyalar Agentliyində olublar

ABŞ-ın “Caspian Policy Center” təşkilatının nümayəndələri İnnovasiyalar Agentliyində olublar

05-07-2019
“INNOLAND”in rezidenti olan “Nextsale” startapını ABŞ şirkəti satın alıb

“INNOLAND”in rezidenti olan “Nextsale” startapını ABŞ şirkəti satın alıb

09-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə