Previous Next
Bağla

Hansı ölkədə proqramçılar daha çox qazanır?-Hesabat

11-02-2017 12:05
Hansı ölkədə proqramçılar daha çox qazanır?-Hesabat

Məlumdur ki, bu gün bir çox proqram mühəndisinin arzusu San-Fransiskoda həyat qurmaq, Silikon Vadisində çalışmaqdır. Amma bəzən reallıqlar düşündüyünüz kimi, "çəhrayı" olmaya bilər.

Muzdlu texnoloji maaşların qlobal vəziyyəti barədə 2017-ci il araşdırmaları Silikon Vadisində işlərin proqramçılar üçün getdikcə çətinləşdiyini açıqlayıb.

Xeberler.az məlumat verir ki, hesabat San-Fransisko xaricində dünyanın bütün texnologiya mərkəzlərində işləmək üçün doğru zamanın gəldiyini deyir.

5 min şirkətə aid, 45 min namizədlə 280 min iş görüşməsini əhatə edən araşdırma ABŞ-ın fərqli şəhərləri ilə yanaşı, Kanada, İngiltərə, Fransa və Avstraliyaya qədər uzanır.

Araşdırmanın 2017-ci il nəticələrinə görə, proqram mühəndislərinin dünyada ən çox qazandığı bölgə illik 134 min dollar maaşla San-Fransiskodur.

Onu 126 min dollarla Seattle izləyir. New York 120 min ödəyərkən, ən aşağı maaş 110 min dollarla Austindədir.

Kanada üçün bu ortalama Torontoda illik 74 min dollara düşür. Melbourne, Avstraliya üçün bu ortalama isə illik 83 min dollardır.

San-Fransiskonun ən çox qazandıran şəhər olması proqram mühəndisləri üçün cazibədar bir məkandır. Amma hesabata görə, burada yaşayış xərcləri çox yüksək olduğu üçün proqramçıların qazandığı maaşın elə yarısı bu xərclərə gedir.

Müqayisə üçün, Austində 110 min dollar qazanmaq San -Fransiskoda 198 min dollar qazanmaq deməkdir. Eyni formada, Melburndakı maaşınızı San–Fransiskoda qazanmaq istəyirsinizsə, 158 min dollarlıq bir müqavilə imzalamalısınız.

ABŞ xaricindəki texnologiya mərkəzlərindən Londonda illik 73 min dollar qazanan proqram mühəndisləri, Parisdə 55 min dollar, Sinqapurda 61 min dollar qazanır.

Şəhərlərdə yerli işçilər və xaricdən gələn proqram mühəndislərinə təklif edilən orta maaşlar bu şəkildədir:

Hesabatda namizədlərin iş müraciətlərində maaş tələblərinin nəzər alınması ilə bağlı maraqlı məlumat qeyd edilib.Göstərilir ki, Latın və Asiya mənşəli kimi proqramçıların maaş tələbləri ağlara görə daha aşağıdır.

Araşdırmaya görə, firmalar zənci işçiləri işə götürməyə daha meyillidir, nəinki digər millətləri.

 

 Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Silikon Vadisində təcrübə keçənlər nə qədər maaş alır?

Silikon Vadisində təcrübə keçənlər nə qədər maaş alır?

03-05-2016
Google və Facebook nə qədər maaş verir?

Google və Facebook nə qədər maaş verir?

31-10-2015
İşçiləri 240 min dollar maaş alır

İşçiləri 240 min dollar maaş alır

18-04-2018
Ötən il Azərbaycana eşitmə aparatı idxalı 70 faiz artıb

Ötən il Azərbaycana eşitmə aparatı idxalı 70 faiz artıb

13-03-2023
Dünyanın ən böyük şirkətləri saniyədə nə qədər qazanır?

Dünyanın ən böyük şirkətləri saniyədə nə qədər qazanır?

24-11-2015
Porno saytlar haqda nə bilirik?

Porno saytlar haqda nə bilirik?

03-10-2010
“Azərkosmos”un ixrac gəlirləri azalıb

“Azərkosmos”un ixrac gəlirləri azalıb

06-04-2026
“Bitkoin”in qiyməti 120 min dollara kimi yüksələ bilər

“Bitkoin”in qiyməti 120 min dollara kimi yüksələ bilər

11-07-2023
Bu il Azərbaycana nə qədər smartfon idxal olunub?

Bu il Azərbaycana nə qədər smartfon idxal olunub?

06-04-2023
Ötən ay “Azərkosmos”un ixrac etdiyi xidmətin dəyəri 1 milyon dolları ötüb

Ötən ay “Azərkosmos”un ixrac etdiyi xidmətin dəyəri 1 milyon dolları ötüb

03-03-2026
Azərbaycana idxal olunan smartfonların sayı açıqlanıb

Azərbaycana idxal olunan smartfonların sayı açıqlanıb

07-06-2023
Apple Watch-da tətbiqlərin sayı 10 mini keçdi

Apple Watch-da tətbiqlərin sayı 10 mini keçdi

12-09-2015
Apple-ın direktoru ötən il  nə qədər pul qazanıb?

Apple-ın direktoru ötən il nə qədər pul qazanıb?

08-01-2016
Nazirliyə məxsus QSC-nin zərəri 7 milyon manata yaxınlaşıb

Nazirliyə məxsus QSC-nin zərəri 7 milyon manata yaxınlaşıb

14-05-2019
60 min porno sayt bağlandı

60 min porno sayt bağlandı

29-11-2010
On bir ayda “Azərkosmos”un ixrac gəlirləri 6 faizdən çox azalıb

On bir ayda “Azərkosmos”un ixrac gəlirləri 6 faizdən çox azalıb

29-12-2024
Vankuverdə hakerlərin növbəti müsabiqəsi keçiriləcək

Vankuverdə hakerlərin növbəti müsabiqəsi keçiriləcək

07-02-2011
Samsung yeni televizor təqdim edib

Samsung yeni televizor təqdim edib

07-04-2015
Azərbaycana eşitmə aparatlarının idxalı 2 dəfə artıb

Azərbaycana eşitmə aparatlarının idxalı 2 dəfə artıb

28-08-2023
Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

15-01-2025
"Azərkosmos"un ixrac etdiyi xidmətin dəyəri 11 milyon dolları ötüb

"Azərkosmos"un ixrac etdiyi xidmətin dəyəri 11 milyon dolları ötüb

30-09-2025
“Azercell” ötən il 129 milyon manata yaxın xalis mənfəət əldə edib - Hesabat

“Azercell” ötən il 129 milyon manata yaxın xalis mənfəət əldə edib - Hesabat

13-07-2023
Stiv Cobsun ilk kompüteri satıldı

Stiv Cobsun ilk kompüteri satıldı

12-12-2014
Facebook-a yaxın əraziyə köçən  işçilər 10  min dollar alır

Facebook-a yaxın əraziyə köçən işçilər 10 min dollar alır

20-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə