“E-sosial” portalı qızıl mükafata layiq görülüb

05-03-2025 / 15:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “E-sosial” portalı ABŞ-də keçirilən beynəlxalq onlayn “AVA Digital Awards” müsabiqəsində “Veb sayt – dövlət” kateqoriyası üzrə qızıl mükafata layiq görülüb 

Xeberler.az bildirir ki, “E-sosial” portalının vətəndaşlar üçün bir kliklə 100-dən çox e-xidməti əlçatan etməsi, pensiya kalkulyatoru, həmçinin e-arayışları yükləmək və yoxlamaq imkanı yaratması müsabiqədə yüksək qiymətləndirilib.

Sözügedən müsabiqəyə 30-a yaxın ölkədən müxtəlif dövlət qurumları, həmçinin “Samsung”, “The Grove”, “MJ2 Marketing” kimi nüfuzlu beynəlxalq təşkilatlar, univeristetlər və tədqiqat institutları daxil olmaqla 2900 qurumdan müraciət daxil olub.

“AVA Digital Awards” rəqəmsal kommunikasiyada mükəmməlliyi qiymətləndirən beynəlxalq müsabiqədir. 1994-cü ildə təsis edilən mükafat rəqəmsal medianın konsepsiyası, istiqaməti, dizaynı və istehsalı ilə məşğul olan yaradıcı mütəxəssislərin nailiyyətlərini dəyərləndirir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə