Previous Next
Bağla

Əcnəbilərin “ASAN Viza” sistemində istifadə qaydası müəyyənləşib

18-01-2017 10:31
Əcnəbilərin “ASAN Viza” sistemində istifadə qaydası müəyyənləşib

Azərbaycan Nazirlər Kabineti “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

Xeberler.az-ın məlumatına görə, dəyişikliklə bağlı sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Qaydaya əsasən,"Viza" altsistemi - altsistem vasitəsilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi üçün, habelə elektron viza verilməsi ilə əlaqədar İAMAS-la (Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) aşağıdakı işlər həyata keçirilir:

Viza alan əcnəbinin qanunvericilikdə nəzərdə tutulmuş məlumatları elektron formada İAMAS-ın "Əcnəbilər" informasiya resursuna daxil edilir və ona sistemdaxili identifikasiya nömrəsi verilir.

Daxil edilmiş məlumatlar əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində müvafiq yoxlamalar həyata keçirilir.

Yoxlamaların nəticəsindən asılı olaraq əcnəbilərə müvafiq vizalar verilir.

Dəyişikliyə əsasən, İAMAS-la elektron viza verilməsi prosesində isə “ASAN Viza” sistemindən təqdim edilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ərizə-anket məlumatları və sərhədkeçmə sənədlərinin fotoşəkil olan səhifəsinin skan edilmiş surəti, habelə elektron viza verilməsi və ya verilməsindən imtina edilməsi ilə bağlı məlumatlar real vaxt rejimində Xarici İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə  (DTX) və Xarici Kəşfiyyat Xidmətinə göndəriləcək. 

Eyni zamanda “ASAN Viza” sistemi “Sərhədkeçməyə məhdudiyyət siyahısı” informasiya resursundan yalnız məlumat alan informasiya sistemi olacaq. 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda elektron viza ilə bağlı yeni qaydalar tətbiq olunacaq

11-11-2016

Azərbaycanda “ASAN Viza” sistemi yaradılır-Fərman

01-06-2016

Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirildi-SƏRƏNCAM

08-08-2023

3 saat ərzində e-viza almaq imkanı-Yenilik

30-08-2017

Daha bir ölkə ASAN Viza ala biləcək

01-05-2018

Avtomobil gətirənlər “Xüsusi diqqət siyahısı”na düşəcək

31-08-2016

ASAN Viza sistemi haqqında Əsasnamə-də dəyişiklik edilib

10-04-2019

“ASAN Viza” sistemində yeniliklər edilib

07-07-2017

ASAN Viza-ya ən çox hansı ölkələrdən müraciət olur?

19-06-2017

“ASAN Viza” sistemində ölkə sayı 93-ə çatdı

17-05-2017

“ASAN Viza” sistemində yeniliklər

15-12-2017

“ASAN Viza” sistemində yenilik

15-05-2017

XİN vizaların sadələşdirilməsi ilə bağlı yeni təkliflərini təqdim edəcək

14-07-2015

“ASAN Viza” ilə bağlı dəyişiklik qüvvəyə minib

12-01-2018

“ASAN Viza” sistemində ispan dili də aktivləşdi

25-12-2017

Azərbaycanın hava limanlarında 376 mindən çox turistə viza verilib

15-05-2019

“ASAN Viza” portalı tam istifadəyə verildi

10-01-2017

Əcnəbilərin e-viza müraciətinə 3 saat ərzində baxılacaq

22-06-2017

ASAN viza-nın rüsumu açıqlanıb

15-05-2018

“ASAN Viza” sistemində 36 minə yaxın e-viza verilib

29-03-2017

ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

11-02-2019

“ASAN Viza”-dan ilk elektron viza alan əcnəbilər-Foto

05-01-2017

E-viza almaq üçün qaydalar təsdiqləndi

03-09-2015

"ASAN Viza" portalının türkmən dilində versiyası istifadəyə verilib

13-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə