Previous Next
Bağla

Ekspert: 50 faiz şagird imtahanda bu fəndən sıfır bal toplayıb

31-12-2020 12:37
Ekspert: 50 faiz şagird  imtahanda bu fəndən sıfır bal toplayıb

 “Ötən dərs ili ölkə üzrə 50% 9-cu sinif şagirdi 1-ci mərhələdə imtahan vərəqələrini heç nə yazmadan geri qaytarmışdı. Yəni , 50% 9-cular 0 bal toplamışdı” 

Xeberler.az bildirir  ki, bunu  Azərbaycan  İnternet  Forumunun  Prezidenti  Osman  Gündüz  bildirib. 

O qeyd  edib  ki, DİM-in  elmi- statistik  nəticələrini  araşdrımaqla  bir  neçə dəfə buna  münasibət  bildirib:

“Ölkə üzrə  Riyaziyyat  1-ci  mərhələdə  orta  bal  isə (%-lə) 10 bal olub. Bu, anlaşıqlı  formada  o  deməkdir  ki, klassik  qiymətləndrimə  ilə, ölkə  üzrə bütün 9-cular  ötən  dərs  ilində  Riyaziyyat- kurrikulumdan  “2”  qiymət  alıblar .

Son  2-3  ildir  ki, 9 - cu siniflərin  Riyaziyyat  buraxılış imtahanlarının  1- ci mərhələsinin (kurikulum)  nəticələri  ağlasığmaz  dərəcədə aşağı  səviyyədə  olur.” 

O nəzərə çatdırıb ki, 2  il  öncə  təxminən  74%  şagird  bu  nəticəni  göstərib: 

“Xatırlayıram  ki,  2  il öncə  də  9-cu  siniflərin  riyaziyyatdan  buraxılış imtahanlarında  çox  bərbad  nəticələr  alınmışdı. Həmin ildə  1-ci  mərhələ riyaziyyat  imtahanında  ölkə  üzrə  41 %  9- cu sinif şagirdi  "0" bal, 33%  isə cəmi  6  bal  toplamışdı  (30 ballıq sistemdə). Bu  isə  köhnə, klassik qiymətləndirmə sistemi ilə təxminən  74%  şagirdin "2" qiymət alması  anlamına  gəlirdi”.

Ekspert təklif edilən yeni modeldən də danışıb: 

“Təhsil naziri, xatırlayıram ki, bu nəticələri ciddi təhlil edib, Riyaziyyatın və İnformatikanın tədrisinin  yaxşılaşdırılması  ilə  bağlı xüsusi bir Əmr də imzalamışdı. İndi yeni model təklif olunub. 

Güman ki, bu model , həm əvvəlki illərin kurrikulum nəticələrinin hədsiz aşağı olması  və həm də cari ildə pandemiya  ilə əlaqəli  təhsil  sistemində yaranmış vəziyyət  nəzərə  alınmaqla  tətbiq  edilib.  Yaranmış  situasiya  ilə  əlaqəli  hələlik adı  çəkilən fənnin  tədrisində  ciddi  keyfiyyət  dəyişikliklərinə  nail  olmaq mümkün olmayıb. 

Əgər  DİM-in  əvvəlki  illərin klassik  metodunun  tətbiqi  baş  versəydi,  9-cuların riyaziyyatdan  kurikulum  üzrə  buraxılış  qiymətlərini  proqnozlaşdırmaq  elə də çətin  olmazdı”. 

Əlavə olaraq qeyd  edək  ki, ötən gün DİM  Təhsil nazirliyi  ilə  razılaşdırmaqla  yeni buraxılış  imtahanı  modelini  təqdim  edib. Yeni  modelə  əsasən, DİM  2021-ci ildə IX  sinif  şagirdləri  üçün  buraxılış  imtahanını  bir  mərhələli  edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: DİM buraxılış imtahanların modelini nə üçün dəyişib ?

29-12-2020

Şagirdlərin 80 faizi riyaziyyatdan "2" alır - Günah kimdədir?

22-02-2020

Ekspert: Dəhşətdir, bu şagirdlərin yarısı sıfır bal yığıb

16-08-2019

Təhsil Nazirliyi bütün şagirdlərin 2 almasının səbəblərini müzakirə edəcəkmi ?

04-09-2019

Ekspert: Hökumət Təhsil Nazirliyini pandemiya ilə təkbətək buraxmamalıydı

09-03-2021

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019

DİM buraxılış imtahanlarının nəticələrini açıqlayıb

14-03-2017

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017

Test üsulu ləğv oluna bilərmi ?

25-08-2017

“İmtahan formalarının təhlükəsizliyi xüsusi barkodla qorunacaq”

04-02-2017

Qəbul imtahanında birinci olan Ləman bu ixtisası seçdi

03-09-2023

Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

17-01-2018

Beynəlxalq Riyaziyyat Olimpiadasında məktəblilərimizin uğuru

13-07-2023

56 rayonda buraxılış imtahanı keçirilib

12-03-2017

İnformatika fənni niyə qəbul imtahanına salınmır?

17-10-2017

DİM buraxılış imtahanının nəticələrini elan edib

28-05-2019

9-cular üçün “Abituriyent” jurnalı onlayn sifariş etmək olar

02-03-2017

Ekspert informatika olimpiadası haqqında açıqlama verdi

06-09-2018

IX sinifin yazılı imtahanları necə yoxlanacaq?

14-12-2016

Təhsil Nazirliyindən test üsulunun ləğvinə münasibət

29-08-2017

Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

07-06-2022

Buraxılış imtahanının nəticələri açıqlandı

24-04-2019

Nazir test imtahanların ləğvinə aydınlıq gətirib

11-09-2017

Respublika dördüncüsü BANM tələbəsi oldu

21-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə