Previous Next
Bağla

İnformatika fənni niyə qəbul imtahanına salınmır?

17-10-2017 18:10
İnformatika fənni niyə qəbul imtahanına salınmır?

Qəbul imtahanlarında kompüter və İT ilə bağlı ixtisaslara informatika əvəzinə kimyadan imtahan daxil edilməsi ekspertlər tərəfindən müzakirə edilən mövzulardandır.

Belə ki, uzun müddətdir qeyd edilir ki, bu məsələyə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi yenidən baxmalıdır.

“Əslində, təqdim edilən son qiymətləndrimə modelindən də görsənir ki, hər iki qurum razılaşıb ki, informatikanın məktəblərdəki tədrisi keyfiyyətsiz olduğundan kompüter və İT ixtisaslarına elə kimyadan imtahan daxil etmək məqsədəuyğundur.
Fikrimcə, ölkədə təhsil siyasətinə cavabdeh qurum olan TN buna razılıq verməməliydi”.

Bunu məsələni Xeberler.az-a şərh edərkən Azərbaycan İnternet Formunun prezidenti, ekspert Osman Gündüz deyib.

O hesab edir ki, cari ildəki 9-cu siniflərin yeni proqram əsasında riyaziyyatdan verdiyi buraxılış imtahanındakı nəticənin 44%-nin sıfır olması TN –ni ciddi narahat edib:

“Amma düşünürəm ki, istənilən halda TN bu razılaşmaya getməməliydi və informatikadan imtahan salınması və informatikanın məktəblərdə tədrisinin yaxşılaşdırılması xəttini seçməliydi. Tam məsuliyyətlə deyə bilərəm ki, yeni qiymətləndrimə modelindəki “informatika” əvəzinə “kimya” təklifi dolayısı ilə ölkədə son dövrlərdə qəbul edilən Azərbaycanın gələcəyi ilə bağlı konseptual sənədlərə, Startei Yol Xəritəsinin təhsil və kadrların hazırlanması ilə bağlı istiqamətinə, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyaya tamamilə ziddir”.

Ekspert deyib ki, bu məsələdə 2 əsas seçim var:

“Hökumət ya bu tip konseptual sənədləri yendiən nəzərdən keçirib müvafiq dəyişikliklər etməlidir. Və yaxud  da TN və DİM-in təklif etdiyi razılaşdırılmış modeldə qəbul imtahanları ilə bağlı 1-ci qrup ixtisaslarının 2 hissəyə ayrılmasını (kompüter, İT və riyaziyyat ixtisasları qrupu və digər ixtisaslar üzrə qrup) təmin etməlidir. Və kompüter ixisasları üzrə qrupda da informatikadan imtahan daxil edilməlidir. Ümid edirəm ki, 2-ci varinata üstünlük veriləcək”.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: "İnformatika yoxsa Kimya" problemi növbəti imtahanadək həll edilməlidir

19-01-2021

Test imtahanlarına İnformatika da salınsın

16-01-2013

Ekspert: İnformatika, yoxsa Kimya? məsələsi hələ də öz həllini tapa bilmir

14-04-2021

İnformatikadan ilk qəbul imtahanına hazırlıq necədir?

12-01-2022

Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

07-06-2022

Hansı prioritetdir İnformatika yoxsa Kimya ?

09-08-2019

Ekspert: “İT-ni seçən abituriyentin imtahana İnformatika əvəzinə Kimya üzrə hazırlaşması doğru deyil”

09-09-2021

DİN dərsləri yoxsa innovasiya və informatika?

01-05-2019

Ekspert DİM-i tənqid etdi: "Qurum ciddi işlərə zaman ayırsın"

23-04-2021

İnformatika problemini hansı qurum həll etməlidir?

11-08-2015

Qəbul imtahanı üçün informatikadan vəsait hazırlanacaq

16-11-2021

İnformatika üzrə bunker müəllimləri hazırlanır

15-02-2023

Ekspert informatika olimpiadası haqqında açıqlama verdi

06-09-2018

Ekspert: Ermənistan revanş məsələsinə lap aşağılardan başlamaq niyyətindədir

11-11-2020

Təhsil Nazirliyi bütün şagirdlərin 2 almasının səbəblərini müzakirə edəcəkmi ?

04-09-2019

TQDK-nı əvəz edən qurum hazırlıq kursları təşkil edəcək

12-04-2016

“Mikayıl Cabbarovun rəyi bu məsələdə çox vacibdir”- Deputat

22-06-2015

Ekspert: DİM buraxılış imtahanların modelini nə üçün dəyişib ?

29-12-2020

Azərbaycanda ilk dəfə informatika fənni üzrə qəbul imtahanı keçirildi

05-06-2023

Ekspert: 50 faiz şagird imtahanda bu fəndən sıfır bal toplayıb

31-12-2020

Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

30-08-2022

Ekspert: Təhsil və innovasiya ekosisteminin indiki vəziyyəti absurddur

14-06-2021

Ekspert: Təhsil sahəsində İT statistika necədir ?

16-09-2019

Ekspert: Hökumət Təhsil Nazirliyini pandemiya ilə təkbətək buraxmamalıydı

09-03-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə