Previous Next
Bağla

Ekspert: Azəriqaz, Azərişıq və Azərsu vahid elektron platformada birləşdiriləcək

25-07-2022 17:19
Ekspert: Azəriqaz, Azərişıq və Azərsu vahid elektron platformada birləşdiriləcək

Prezident İlham Əliyev bir neçə gün öncə “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı təsdiq edib.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz “Facebook” səhifəsində paylaşım edib.

“Sənəddə qeyd olunan dövrdə müxtəlif istiqamətlərdə çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Onlardan biri də "Kommunal xidmətlərin vahid informasiya sistemi"nin yaradılmasıdır.

Adı çəkilən strategiyaya görə bu sistem 2022-2023 -də başa çatdırılmalıdır.

Beləliklə, uzun müddətdən bəri gözlənilən, müzakirəsi aparılan layihə gerçəkləşmək üzrədir. Məlum olduğu kimi, bundan xeyli öncə qəbul edilən bir çox sənədlərdə də ASAN-a tapşırılmışdı ki, adı çəkilən sistemi formalaşdırsın.

Lakin müxtəlif səbəblərdən, həm də müəyyən maraqlı tərəflərin müqaviməti ucbatından, oflayn formada “ASAN Kommunal” yaratmaq mümkün olsa da, vahid elektron platformanı reallaşdırmaq indiyədək mümkün olmayıb.

Bu sistemin reallaşması nələri nəzərdə tutur ?

1. Vətəndaşlar bir şəxsi şəxsi kabinet vasitəsilə onlayn olaraq sistemdə bütün kommunal xidmətlər üzrə məlumatlarına nəzarət edir, hər ay üzrə sərfiyyatı izləyir, sayğacdakı məlumatla müqayisə edir.

2. Sistem ancaq ağıllı sayğacların tətbiqini nəzərdə tutur. Ağıllı sayğacda isə nəzarətçilərə ehtiyac olmur, sayğac məlumatları özü oxuyur, özü mərkəzə ötürür. Məlumatın ötürülməsi müxtəlif şəbəkələr, mobil şəbəkə və ya internet üzərindən ola bilər.

3. Ötürülmüş məlumatlar əsasında vahid prinsiplər üzrə billing sistemində sərfiyyat üzrə avtomatik hesablamalar aparılır və vahid mərkəzə ötürülür.

4 Hər üç kommunal xidmətin ( işıq, su və qaz sərfiyyatı ilə bağlı ) məlumatları vahid bir mərkəzə yönəlir, burada vətəndaşın şəxsi kabineti formalaşır.

5. Ağıllı sayğaclar şəbəkədə, sistemdə baş verən nasazlıqlar haqqında məlumatları da qeyd edə və ötürə bilir.

6. Tarif dəyişikliyi avtomatik olaraq həyata keçirilir. ( Xatırlayıram ki, əvvəllər kommunal qurumlardan biri bu məqsədlə WhatsApp-la sayğacların fotosunu tələb edirdi)

7. Xidmətin verilməsi ilə bağlı distant formada məhdudiyyətlər tətbiq etmək mümkündür ( əvvəllər xidmətdən istifadəni dayandirmaq üçün "EVDƏN ÇIXANDA XƏBƏR EDİN" mesajları verilirdi)

8. Xidmətin verilməsində dayanma olarsa dərhal məlumat ötürülür.

9. Qeyri-qanuni müdaxiləyə dərhal reaksiya verə bilir və s.

Ümid edirəm, Azəriqaz, Azərişıq və Azərsu qurumlarını vahid elektron platformada birləşdirməyə cavabdeh olan ASAN və Energetika Nazirliyi qeyd olunan müddətdə layihəni başa çatdıra biləcəklər.

Ümid edirəm formalaşan elektron platforma üzərində, məlumatların toplanması və emalı üzərində, billing sistemləri üzərində, sayğac və xidmətin keyfiyyətinin ölçülməsi üzərində ictimai nəzarət imkanları da yaradılacaq.

Yeri gəlmişkən, Strategiyadan görmək olur ki, ölkədə rəqəmsal transformasiya ilə bağlı indiyədək icrası mümkün olmayan bir çox digər layihələrin reallaşması, uzun illər bu sektorla bağlı qəbulu mümkün olmayan qanunların və konsepsiyaların təsdiqlənməsi də adı çəkilən sənəddə nəzərdə tutulub.

Düşünürəm ki, Strategiyada müxtəlif istiqamətlərdə rəqəmsal transformasiyaya önəm verilməsi, bütün istiqamətlərdə rəqəmsal və innovativ tədbirlərin nəzərdə tutulması kifayət qədər əhəmiyyətlidir”

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 "Azəriqaz" hansı sayğaclardan istifadə edir?-TƏHLİL

"Azəriqaz" hansı sayğaclardan istifadə edir?-TƏHLİL

16-01-2023
Elektrik sayğaclarına nəzarət də Antiinhisara verildi

Elektrik sayğaclarına nəzarət də Antiinhisara verildi

06-08-2024
Ekspert: Sayğaclara nəzarət edən vahid informasiya sistemi yaradılmalıdır

Ekspert: Sayğaclara nəzarət edən vahid informasiya sistemi yaradılmalıdır

02-02-2022
Sayğacın düz, yo0xsa səhv işləməsini Antiinhisar müəyyən edəcək-ŞƏRH

Sayğacın düz, yo0xsa səhv işləməsini Antiinhisar müəyyən edəcək-ŞƏRH

03-08-2023
"Görünən odur ki, Azəriqazda yeni dövr başlayır" - Osman Gündüz

"Görünən odur ki, Azəriqazda yeni dövr başlayır" - Osman Gündüz

21-07-2025
“Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sistemi yaradılacaq

“Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sistemi yaradılacaq

19-03-2025
“Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası baş tutub

“Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası baş tutub

06-04-2025
Ekspert: "Sayğac fotosu ilə WhatsApp" əməliyyatı nə dərəcədə uğurlu mexanizmdir?

Ekspert: "Sayğac fotosu ilə WhatsApp" əməliyyatı nə dərəcədə uğurlu mexanizmdir?

07-01-2022
Ağıllı sayğaclara müdaxilə təhlükəsi varmı ?

Ağıllı sayğaclara müdaxilə təhlükəsi varmı ?

16-07-2019
İşıq pulu ilə bağlı baş verən billing problemi təkrarlana bilərmi ?

İşıq pulu ilə bağlı baş verən billing problemi təkrarlana bilərmi ?

09-03-2019
ASAN Kommunal 3 yeni xidmət göstərəcək

ASAN Kommunal 3 yeni xidmət göstərəcək

12-07-2017
Növbəti “ASAN Kommunal” mərkəzi fəaliyyətə başladı-Foto

Növbəti “ASAN Kommunal” mərkəzi fəaliyyətə başladı-Foto

06-03-2017
Ekspert: Azəriqaz rəsmisinin açıqlaması olduqca absurd səslənir

Ekspert: Azəriqaz rəsmisinin açıqlaması olduqca absurd səslənir

08-01-2022
"mygov" üzərindən kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi mümkün olacaq

"mygov" üzərindən kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi mümkün olacaq

02-10-2024
 “ASAN Kommunal”  evinizdə də xidmət edəcək-Yenilik

“ASAN Kommunal” evinizdə də xidmət edəcək-Yenilik

25-07-2017
“Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun iclası keçirilib

“Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun iclası keçirilib

18-11-2025
Kommunal xidmətlərlə bağlı yenilik

Kommunal xidmətlərlə bağlı yenilik

05-09-2017
Ekspert ağıllı sayğaclarla bağlı açıqlama verdi

Ekspert ağıllı sayğaclarla bağlı açıqlama verdi

10-08-2018
Ekspert: Hansı daha effektivdir? - “ASAN müraciət” sistemi, yoxsa Şamaxı “Elektron müraciət portalı” ?

Ekspert: Hansı daha effektivdir? - “ASAN müraciət” sistemi, yoxsa Şamaxı “Elektron müraciət portalı” ?

23-08-2021
Azərbaycanda internet provayderlərin vahid platforması yaradılacaq

Azərbaycanda internet provayderlərin vahid platforması yaradılacaq

11-10-2021
“ASAN Kommunal” necə fəaliyyət göstərəcək?

“ASAN Kommunal” necə fəaliyyət göstərəcək?

05-05-2016
Kommunal xidmətlər sahəsində vahid informasiya sistemi yaradılır

Kommunal xidmətlər sahəsində vahid informasiya sistemi yaradılır

09-10-2025
“IMEI.az” xidmətləri Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək

“IMEI.az” xidmətləri Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək

24-06-2022
Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə